“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır

00:14 23.08.2019 785
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır


“Nar”, 2019-cu ilin 6 ayı ərzində əldə etdiyi nailiyyətlər barədə açıqlama edib. Mobil operatorun təqdim etdiyi tariflər və qiymətlərin sərfəli olması, baza stansiyalarının sayının sürətlə artımı, abunəçilərə göstərilən yüksəkkeyfiyyətli internet xidməti sayəsində “Nar”-ın abunəçi bazası çoxalıb. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə aktiv abunəçi bazası 13% artıb. Hazırda mobil operatorun istifadəçilərinin sayı 2,3 milyona yaxınlaşıb.

Ötən yarım ilin nəticələrinə əsasən, “Nar” mobil şəbəkəsini daha da genişləndirməyə nail olub. Mobil operator 6 ay ərzində 490 yeni baza stansiyası quraşdırıb. Hazırda “Nar”-ın 4G baza stansiyalarının sayı 2140-ı, 3G baza stansiyalarının sayı isə 2700-ü ötüb. Bununla da “Nar” ölkədə ən geniş 4G şəbəkəsinə malik mobil operator olub. Aparılan şəbəkə təkmilləşmə işlərinin nəticəsi olaraq paytaxla yanaşı, regionlarda da “Nar” şəbəkəsi daha da gücləndirilib. Hazırda 53 region 4G baza stansiyası ilə təmin edilib.

Ölkə ərazisində yeni baza stansiyalarının sürətlə quraşdırılması sayəsində 4G istifadəçilərinin sayı 96% artıb. “Nar” abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı isə 17% çoxalıb. Ümumilikdə, mobil operatorun abunəçiləri arasında smartfon iştifadəçilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə regionlar üzrə 15%, Bakı üzrə isə 18% artıb.

Media nümayəndələrinin iştirakı ilə yarım ilin nəticələrinin açıqlandığı mətbuat konfransında “Azerfon”un baş icraçı direktoru Qunnar Panke bildirib ki, “Nar” 6 ay ərzində nəzərəçarpacaq nəticələr əldə edib: “”Nar” olaraq əsas hədəflərimizdən biri üstün müştəri məmnuniyyətinə nail olmaq və hər bir müştəriyə fərdi yanaşmanı yüksək səviyyədə təmin etməkdir. Azərbaycan mobil rabitə bazarında müşahidə olunan güclü raqabət mühitində biz müştəri yönümlü strategiyamızı uğurla davam etdirmişik və müştəri məmnuniyyətində artıma nail olmuşuq. Müştərilərə göstərdiyimiz yüksəkkeyfiyyətli xidmət sayəsində 2 il ərzində ilk dəfə olaraq müştəri loyallığı indeksi üzrə mobil operatorlar arasında “Nar” birinci olub”.

“Nar”, abunəçilərinə Çağrı Mərkəzləri, nar.az internet səhifəsi ilə yanaşı, sosial media vasitəsilə də yüksəkkeyfiyyətli və operativ müştəri xidmətləri göstərməkdə davam edir. Belə ki, son 6 ay ərzində mobil operatorun sosial şəbəkələri vasitəsilə abunəçilər tərəfindən 115 mindən çox müraciət daxil olub. Sosial şəbəkələr vasitəsilə daxil olmuş müraciətlərin 94,7%-i bir dəqiqə ərzində cavablandırılıb.

2019-cu ilin 6 ayı ərzində mobil operator ikiqat internetdən istifadə və daha çox ünsiyyət qurma imkanı verən “CavanNar” tarifini, eləcə də xaricə səyahət etmək istəyən abunəçiləri üçün sərfəli rominq paketləri təqdim edib.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən “HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
“Nar”-ın abunəçi bazası sürətlə artmaqdadır
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO