
İngiltərə Liqa kubokunun qalibi müəyyənləşib.
Publika.az xəbər verir ki, “Mançester Yunayted” “Sautqempton” üzərində qələbə qazanaraq kubokun sahibi olub. Qarşılaşma 3:2 hesabı ilə başa çatıb. Zlatan İbrahimoviç qarşılaşmada 19 və 88-ci dəqiqələrdə qol vuraraq dubl edib.
MY tarixində beşinci dəfə İngiltərə Liqa Kubokunun sahibi olub. Komanda sonuncu dəfə 2010-ci ildə kuboku qazanıb.