Birləşmiş Ərəb Əmirliklərinin Şərca şəhərində şahmat üzrə FİDE "Qran-Pri"si davam edir. goal.az-a istinadən xəbərdə deyilir ki, ötən gün baş tutan VII turda yarışdakı yeganə təmsilçimiz Şəhriyar Məmmədyarov rusiyalı Yan Nepomnyaşşi ilə qarşılaşıb. Qrossmeysterimizin ağ fiqurlarla oynadığı partiyada rəqiblər 14-cü gedişdə heç-heçəyə razılaşıblar. Bu nəticə ilə aktivindəki xalları 4.5-ə yüksəldən Məmmədyarov liderliyini qoruyub.
Hesabat turunda qədər Şəhriyarla birlikdə ortaq lider olan Maksim Vaşe-Laqrev də Yakovenko ilə heç-heçə etdiyindən ilk pillədə dəyişiklik olmayıb.