Dünən Şarcda (BƏƏ) FİDE Qran-Prisinin birinci mərhələsinin 4-cü turu keçirilib.
Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, bu turda ağ fiqurlarla oynayan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ingilis idmançısı Maykl Adamsla qarşılaşıb. Görüş 43-cü gedişdə şahmatçımızın qələbəsi ilə başa çatıb.
Beləliklə də, Məmmədyarov öz aktivinə üçüncü xalı yazıb və turnir cədvəlində birinci pilləyə qalxıb.
Həmçinin qeyd etmək lazımdır ki, bu gün 5-ci tur çərçivəsində azərbaycanlı qrossmeyster ABŞ idmançısı Hikaru Nakamura ilə qarşılaşacaq.