XACMAZ. İLHAM ƏLİYEV xalqımızın və HEYDƏR ƏLİYEVİN inamını layiqincə doğruldur

12:08 25.12.2017 5 971
XACMAZ. İLHAM ƏLİYEV xalqımızın və HEYDƏR ƏLİYEVİN inamını layiqincə doğruldur

“Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”- HEYDƏR ƏLİYEV

Azerinform.az İnformasiya portalı olaraq ziyalılarla görüşümüzü mütəmadi olaraq davam etdiririk. Bu dəfəki görüşümüz Prezident İlham Əliyevin doğum günü ilə əlaqədar olaraq ziyalıların,dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edən işgüzar insanların Ulu öndər və onun siyasi kursunun layiqli davamçısı ,dövlət başçısı İlham Əliyevlə bağlı bir-birindən maraqlı xatirələri yada saldıq, rəhbərə sədaqət, vətəninə bağlılıq və insanpərvərlik ruhunda söhbətlər etdik. Yadda qalan söhbətlərimizdən biri də Xacmaz rayon Suvarma Sistemləri idarəsinin rəisi Vaqif Səlimovdur.

-Vaqif müəllim, uzun illərdir ki, Ulu öndər Heydər Əliyevlə və onun siyasi kusunun davamçısı İlham Əliyevlə fəaliyyətinizi davam etdirirsiniz, bu illər ərzində xatirənizdə qalan məqamlar yəqin ki, çox olub.Prezident İlham Əliyevə doğum günü münasibəti ilə bir ziyalı olaraq nə arzu edərdiniz?

-Çox sağolun ki, Prezident İlham Əliyevin doğlum günü ilə bağlı mənimlə söhbət aparırsınız. Heydər Əliyev taleyin xalqımıza bəxş etdiyi əvəzolunmaz şəxsiyyət idi . Azərbaycan xalqının xilaskarı, müstəqillik tariximizin zirvəsi idi O. Heydər Əliyevdə dövləti idarəetmədən tutmuş, şəxsiyyət faktoruna qədər hər bir xüsusiyyət bir-birini tamamlayırdı. Yadınızdadırsa xalqımız 93-cü il təhlükəsi ilə üz-üzə idi. Ulu öndər siyasi hakimiyyəti ələ aldıqdan sonra vətəndaş müharibəsinin qarşısını aldı, xarici havadarlara xidmət edən qruplaşmalar zərərsizləşdirildi. Ölkəmizin dünyaya pəncərə açmasında Əsrin müqaviləsinin çox böyük rolu oldu. Siyasi sabitliyin, dinc şəraitin yaradılması üçün atəşkəs əldə edildi. Xarici investorların Azərbaycanda fəaliyyəti üçün lazımi şərait yaradıldı. Davamlı inkişafın əsası qoyuldu. O dövrdə Heydər Əliyevin səbrli və düşünülmüş daxili və xarici siyasətinin nəticəsidir ki, Azərbaycan Zaqafqaziyada və dünyada söz sahibinə çevrilən regionun inkişaf etməkdə davam edən dövlətinə çevrilib. İndi ölkəmiz heç bir beynəlxalq layihədən kənarda qalmır. Nəyin ki, qalmır hətta beynəlxalq layihə və iqtisadi – mədəni forumlara ev sahibliyi edir. Bu bir həqiqətdir ki, Heydər Əliyevin memarı olduğu müstəqil və müasir Azərbaycanı Heydər Əliyev siyasi kursunun layiqli davamçı, onun siyasi kursunu keçmiş, özünün dediyi “ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deməsindən bəllidir ki, xalqımızın taleyi etibarlı əldədir. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi altında gündən-günə inkişaf edir, regionun söz sahibinə çevrilir , bayrağımız dünya bayraqları arasında dalğalanır. İlham Əliyev gözəl insan, layiqli rəhbər, vətənsevər Azərbaycan övladıdır. Atasının sona çatdıra bilmədiyi işləri uğurla davam etdirir, paytaxtda və regionlarda aparılan tikinti, abadlıq və quruculuq işlərini gündən-günə artırır. Bu isə ondan xəbər verir ki, ulu öndər Heydər Əliyevin davamçısı olaraq İlham Əliyev öz işinin öhdəsindən müvəffəqiyyətlə gəlir. Bu qurub yaratma ənənəsi ona atasından qalıb. Hələ sovetlər dönəmində Heydər Əliyev yüzlərlə binanın təməlinin qoyulmasında, qurub-yaradılmasında, açılışında iştirak edərək əsl şəxsiyyət, əsl rəhbər adını qazanmışdır. Onu səmimiyyətlə demək lazımdır ki, bu ənənə uğurla davam edir və bu gündən sonra da davam edəcək. İlham Əliyev hər bir Azərbaycan vətəndaşının yerini bilən dövlət başçısıdır. Onun xanımı Mehriban Əliyevanın xeyirxahlıq təşəbbüsləri və bütün sahələrdə gördüyü işlər birinci xanımların birincisinə layiq fəaliyyətdir. Bu ailə bütünlüklə vətəninə bağlı olan , dövləti möhkəm təmməllər üzərində möhkəmləndirən bir Zat ailədir… Bu ailə sözün əsl mənasında , ən yaxşı diqqətə , böyük uğur və prespektivlərə layiqdir. 24 dekabr Prezident İlham Əliyevin doğum günüdür. Bu gün münasibəti ilə onu təbrik edir,ona can sağlığı, uzun ömür, ailəsində xoşbəxtlik, səadət dolu günlər, müstəqil və müasir Azərbaycanımızın çiçəklənməsi naminə apardığı daxili və xarici siyasətdə nailiyyətlər arzu edirəm…


-Vaqif müəllim, bir ziyalı olaraq gəncliyə nəyi tövsiyyə edərdiniz?

-İlk növbədə vətənə bağlılıq, el-obaya məhəbbət, mükəmməl təhsil, xoşbəxt ailə qurmaqlarını arzu edirəm. Çalışın böyüklərdən özünüzə örnək götürün, Heydər Əliyevin hayat və fəaliyyətini dərindən öyrənin! İlham Əliyev kimi siz də valideyninizə, vətəninizə, el – obanıza savadlı və layiqli övlad olun! Çalışdığınız peşə sahəsində peşənizi dərindən mənimsəyin. Xalqımıza layiqli vətəndaşlar olun.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir