Azərbaycandan olan qızılbaşlar və... – İrəvanın Qarabağa gətirdiyi əfqan döyüşçülər haqda DƏHŞƏTLİ FAKTLAR

19:00 5.06.2017 1 337
Azərbaycandan olan qızılbaşlar və... – İrəvanın Qarabağa gətirdiyi əfqan döyüşçülər haqda DƏHŞƏTLİ FAKTLAR

Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbeyin Ermənistanın 8 min əfqan muzdlu əsgərini 5 illik müqavilə ilə Qarabağa gətirməsi haqda açıqlaması bu döyüşçülərin kimlər ola biləcəyi haqda suallar yaratdı.

Publika.az xəbər verir ki, Ermənistan rəhbərliyinin Qarabağa muzdlu döyüşçü gətirməsi haqda xəbərlər yeni deyil. Buna qədər minlərlə PKK terrorçusunun Azərbaycanın işğal olunmuş torpaqlarına gəldiyi, hətta terrorçuların Qəndildəki qərargahlarını Laçına köçürmək planlarının olduğu haqda məlumatlar yayılmışdı. Lakin məhz əfqan döyüşçülərinin gətirilməsi bəzi məqamları ön plana çıxarır: Bu döyüşçülər kimlərdir, onlar niyə Qarabağa gəlirlər, tranzit rolunu hansı ölkə oynayır?!

“Aprel müharibəsi”ndən sonra Ermənistanın Qarabağa muzdlu döyüşçü toplaması prosesini sürətləndirməsi təsadüfi deyil. Çünki erməni ordusunda intiharlar, qətllərlə yanaşı, Qarabağda hərbi xidmətdən yayınan, müxtəlif vasitələrlə bu bölgəyə gəlməkdən imtina edənlərin sayı artıb. Lakin niyə məhz əfqan döyüşçülərinin gətirilməsi maraqlıdır:

1. Əfqanıstandakı vəziyyət əfqanların yaşamaq üçün pulla döyüşməsinə səbəb olub. Yəni, daha yaxşı yaşamaq, xüsusilə başqa ölkənin vətəndaşlığını almaq üçün əfqan döyüşməyə asanlıqla razılaşır. G.Gökselin açıqlamasından da aydın olur ki, Ermənistan əfqan döyüşçülərə 5 il müddətinə 3 min dollar verəcək, həmçinin, 5 ildən sonra Ermənistan vətəndaşlığı və Avropaya viza almaq vədi verilib.

2. Muzdlu əfqan döyüşçülər İran vasitəsilə Ermənistana gəlib. G.Gökselin bu iddiasında həqiqət payı çoxdur. Çünki əfqanların Ermənistana gələ biləcəyi yeganə potensial marşrut İrandır. Bu baxımdan, Ermənistan üçün ucuz döyüşçü kütləsini əldə etmək o qədər də çətin deyil.

Burada İranın tutduğu mövqe də ikimənalıdır: hesab etmək olar ki, Tehran hakimiyyətinin əfqan döyüşçülərinin Ermənistana aparılması və Qarabağa yerləşdirilməsindən xəbəri yoxdur. Lakin İranın işğalçı Ermənistana müxtəlif vasitələrlə dəstək verməsi fonunda bu şübhəlidir.

Əgər əfqan döyüşçülərinin İran tərəfindən bilərəkdən Ermənistana göndərilməsi doğrudursa, bu, səbəbsiz deyil:

a) İranın Azərbaycanın ərazi bütövlüyünə dəstək verdiyini nə qədər bəyan etsə də, işğalçı ölkəyə dəstək verdiyi məlumdur və bunun bir neçə səbəbi də aydın görünür: Tehran hesab edir ki, Azərbaycan Ermənistanın işğal etdiyi torpaqları azad edərsə, Cənubi Azərbaycanla birləşə bilməsi şansı yarana bilər; İran Ermənistana “düşmənimin düşməni dostumdur” prinsipi ilə yanaşmaqla yanaşı, bu ölkə üzərindən Cənubi Qafqaz siyasətini yürüdür; sanksiyalar dövründə İranın Ermənistan vasitəsilə pullarını xaricə çıxarmaq təcrübəsi var. Bu baxımdan, ABŞ-da Tramp hakimiyyətə gələndən sonra, İranın Ermənistana ehtiyacı artır; Azərbaycanın müstəqil siyasəti, son dövrlərdə isə Ərəb-İslam-Amerika sammitində iştirak etməsi İranın qəbul etmədiyi məsələlərdən ola bilər.

b) Əfqanlar üçün İran iş tapmaq və yaşamaq üçün getdikləri ölkələrdən biridir. İddialara görə, Tehran ölkəyə gələn əfqanlara işləmək və yaşamaq hüququ vermək qarşılığında, onlardan Suriyada Bəşər Əsəd tərəfindən döyüşmək tələb edir. Suriyada ən azı bir ay döyüşən əfqan İranda iş tapır və yaşamaq hüququ qazanır. Eyni prinsipi Ermənistan da irəli sürür: Qarabağda döyüşmək əvəzinə maaş və yaşamaq hüququ. Ehtimal ki, Qarabağa gələn əfqan döyüşçülər İranda yaşamağa gələn əfqanlardır.

İrana gələn əfqanların şiə məzhəbinə aid olduğunu nəzərə alsaq, bu ölkə üzərindən Ermənistana keçənlərin də şiələr olduğu məlum olur. Burada onların kimliyi də müəyyən mənada aydınlaşır.

Əfqanıstan əhalisinin 80-90 faizi sünnilərdir. Yerdə qalanların əksəriyyəti isə şiələr - xəzər-bərbərlər, teymurlar, qızılbaşlar, əfqan-dzadzlar, əfqan-fars qrupu və farslardır. Onlar arasında qızılbaşlar vaxtilə Səfəvilər dövründə Azərbaycandan Əfqanıstana köçənlərdir. Qızılbaşlar Əfqanıstana gedəndən sonra bu ölkədə kompakt şəkildə yaşayıblar, həmçinin, ictimai-siyasi həyatda aktiv iştirak ediblər. Bu amil Qarabağa gələrək, Azərbaycana qarşı döyüşə hazırlanan şiə əfqanların içində də qızılbaşların olması ehtimalını artırır. Azərbaycan əsilli insanlar illər sonra öz tarixi vətənlərinə qarşı döyüşürlər. Araşdırma bunun istisna olmadığını deməyə əsas verir. Beləliklə, Ermənistanın niyə muzdlu əfqan döyüşçlərini Qarabağa gətirməsinin əsas səbəblərindən biri də aydınlaşır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi