“Lavrov planı” Azərbaycan üçün məqbul deyil” – Ayaz Mütəllibov

11:36 9.05.2017 1 985
“Lavrov planı” Azərbaycan üçün məqbul deyil” – Ayaz Mütəllibov

Eks-prezident: “Biz Rusiyanın maraqlarını gözləməklə öz maraqlarımızı qulaqardı edə bilmərik”

“Vaqif Hüseynov 20 Yanvar hadisələri ərəfəsində yanıma gəlib dedi ki...”

Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov Minval.az saytına müsahibı verib. Müsahibənin tərcümə variantını təqdim edirik.

- Cənab Mütəllibov, məlumdur ki, bu gün Şuşanın Ermənistan tərəfindən işğalının 25-ci ildönümüdür. Necə hesab edirsiniz, Qarabağ nizamlanmasının hazırkı mərhələsi nəzərə alınmaqla Azərbaycan torpaqlarının işğaldan qurtuluşu nə dərəcədə yaxın perspektivin işidir?

- Bu, hələ də mövcudluğunu davam etdirın ciddi bir problemdir. Onun həlli zaman tələb edir. Bir də onu tələb edir ki, biz eyni konsepsiyadan çıxış edək ki, ərazilərimizin qaytarılması məsələsində, bütövlükdə Dağlıq Qarabağ məsələsinə yanaşmada fikir ayrılığı olmasın. Ancaq əfsus ki, Dağlıq Qarabağ uğrunda mübarizədə daha böyük sərbəstliyə malik olduğumuz dövrlə müqayisədə hazırda çətinliklər var. O mənada çətinliklər ki, biz çoxdan etməli olduğumuz bir işi - torpaqları güc yolu ilə geri qaytarmağı, ölkənin qanuni ərazi bütövlüyünü bərpa etməyi artıq Qərbə, beynəlxalq ictimai rəyə boylanmadan reallaşdıra bilmirik. Bunu bizə heç kim qadağan edə bilməz, lakin belə rəy var ki – bu rəy qismən doğrudur – beynəlxalq birlik mövcud geosiyasi reallıqları nəzərı alaraq, Azərbaycanın öz ərazi bütövlüyünü güc yolu ilə bərpasını dəstəkləyəsi olmayacaq. Bu da sizə ötən 25 il ərzində buraxılan imkanlara dair nümunə. Halbuki, bu hadisələr başlayanda biz SSRİ tərkibində idik. Daha sonra müstəqillik əldə elədik və zaman-zaman məqamlar oldu ki, risk edə bilərdik, heç kimin etiraz edə bilməyəcəyi şeyi özümüzə qaytara bilərdik.

- Ötən şənbə siz ilk dəfə bəyan etdiniz ki, Azərbaycan ərazisində ümumxalq səsverməsi yalnız Azərbaycan Konstitusiyasının tələbləri çərçivəsində keçirilə bilər. Qarabağ konfliktinin həlli referendum tələb edən duruma çatsa, bütün Azərbaycan xalqı onda iştirak edə bilər. Bunu isə xarici işlər nazirinin müavini Araz Əzimov deyib. Bu fikri necə şərh edərdiniz?

- Bu bəyanatı tamamilə dəstəkləyirəm. Çünki məntiqlidir. Məntiq isə sadədir: Dağlıq Qarabağ həmişə Azərbaycanın tərkibində olub və indi orada baş verənlərin hamısının yalnız bizim ölkəyə dəxli var, Bakının səlahiyyətinə aiddir. Bu mənada Əzimov haqlıdır.

- Bəs rusiyalı politoloq və filosof Aleksandr Duqinin bu bəyanatına necə baxırsınız: o deyib ki, “Rusiyanın Azərbaycanın ərazi bütövlüyün tanıması çox ciddi məsələdir”? Onun fikrincə, hər hansı postsovet dövlətinin ərazi bütövlüyü Rusiyadan asılıdır.

- Mən deməzdim ki, Rusiyanın Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qarantı olduğunu söyləməyə dəyər. Ancaq Rusiyanın Qarabağ nizamlanmasına müəyyən təsirinin olduğunu inkar eləmək olmaz. Yox, bu gün biz Rusiyaya münasibətdə müstəqilik, MDB üzrə bərabərhüquqlu tərəfdaşıq və bununla hər şey deyilib. Əlbəttə ki, bizim xalqın marağındadır ki, Rusiya ilə kifayət qədər yaxşı, dost münasibətlərdə olaq. Bu ölkə - bizim böyük qonşumuzdur və biz belə bir gerçəyi görməzlikdən gələ bilmərik. Bizim ölkənin prezidenti İlham Əliyevin rus dilinə, bizim tariximizə, Bakı ilə Moskva arasında əlaqələrə münasibətdə apardığı siyasəti də mən tamamilə dəstəkləyirəm.

Biz dost ölkələrik, fəqət, biz Rusiyanın maraqlarını gözləməklə öz maraqlarımızı qulaqardı da edə bilmərik. Rusiyanın maraqları ondan ibarətdir ki, bizim ölkənin ərazisi üçüncü ölkə tərəfindən ona qarşı plasdarm qismində istifadə olunmasın. Onlar məsələni bu cür qoymaqda, biz isə öz milli maraqlarımızdan çıxış edərək həmin məsələni həll etməkdə haqlıyıq.

- Azərbaycanın işğal altındakı rayonlardan 5-nin Ermənistan tərəfindən geri qaytarılmasını nəzərdə tutan “Lavrov planı” barədə nə deyə bilərsiniz?

- Ermənistan 5 rayonu BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsinin tələbinə əsasən qaytarmağa borcludur. Həmin qətnamələr Ermənistanı təcavüzkar kimi tanıyır. Təəssüf ki, indiyədək bu qətnamələr həyata keçməmiş qalıb və həmin sənələrlə bağlı dəqiq bəyanatlar olmayıb. Bu gün bizə deyirlər ki, bəzi rayonları qaytaracaqlar... Bizim öz ərazimizi qaytarır, ancaq bu zaman şərt qoyurlar – Qarabağın müstəqilliyi. Bu, fikrimcə, qeyri-məqbuldur.

- Yeri gəlmişkən, bir neçə il öncə Rasim Ağayev və Zərdüşt Əlizadənin “Azərbaycan: İkinci Respublikanın (1988-1993) sonu” kitabı işıq üzü görüb. Orada 1980-cı illərin sonu, 1990-cı illərin əvvəlindəki hadisələr təhlil edilir. Bizim qənaətimizcə, kitabda sizin idarəçiliyiniz dövrü ilə bağlı bəzi məqamların əlavə şərhə ehtiyacı var. O sırada müəlliflərin sizin Vaqif Hüseynovla (Azərbaycan SSR DTK-sının keçmiş sədri –red.) münasibətlərinizə dair mülahizələri maraq doğurur. İddia edilir ki, o vaxtlar sizin ətrafınızdakı rəsmi şəxslər V.Hüseynova qarşı qarayaxma kampaniyasına başlayıblar. Hüseynovun özü isə açıq şəkildə bəyan edib ki, bu kampaniyanı siz təşkil etmişiniz. Belə iddialara münasibətinizi bilmək istərdik.

- Xeyr, mən ona qarşı guya hansısa kampaniya aparmağımla bağlı iddialarla razılaşa bilmırəm. Mənimlə onun arasında həm professional nöqteyi-nəzərdən, həm də şəxsi planda çox yaxşı, qarşılıqlı etimada söykənən münasibətlər olub. Heç bir itələmə və ya qarşıdurma üçün heç bir əsas olmayıb. Bunlar hamısı əsassız söhbətlərdir. Onun iş prosesində KQB rəhbərliyi ilə müəyyən problemləri var idi, onun əleyhinə quruplaşmalar mövcud idi – bəli, bu haqda eşitmişəm. Ancaq ona qarşı qarayaxma kampaniyası ilə məşğul olmağım – yox, bu mənim xarakterimə uyğun deyil.

- Müəlliflər onu da iddia edirlər ki, Vaqif Hüseynov mühüm, həlledici fiqur olub, az qala, respublikada sabitliyi təmin edib. Onların rəyincə, Vaqif Hüseynovun xalq arasında böyük nüfuzu olub, Mərkəzi Komitənin katibliyində əksəriyyətlə, MK üzvləri ilə yaxşı münasibətlər saxlayıb, onun təşkilatçılıq bacarığı və insanları inandırmaq qabiliyyəti olub. Bütün bunlar da V.Hüseynovu sizin kompartiyanı buraxmaqla bağlı planlarınıza mane ola və praktik şəkildə həmin planları poza biləcək əsas fiqura çevirib. Bu üzdən sizin ondan canınızı qurtarmağınız vacib olub. Bu iddialar nə dərəcədə həqiqətə uyğundur?

- Məsələ ondadır ki, kompartiyanın acı taleyini yenidənqurma dalğasında öz fəaliyyəti ilə Mixail Qorbaçov müəyyən eləmişdi. Və təkcə Azərbaycanda yox, bütövlükdə SSRİ-də kommunist sisteminə o, zərbə vurmuşdu. Qorbaçov tez-tez deyirdi: “Ola bilsin, mən çox şey edə bilmədim, ancaq kompartiyanın bel sütununu sındırmağı bacardım – mənim xidmətim bundadır”. Ona görə də mən şəxsən həmişə Qarabağ qarşıdurması dalğasında ciddi problemlərlə üzləşən bizim Azərbaycan cəmiyyətini ağlara və qırmızılara bölməməyin tərəfdarı olmuşam.

Ermənilər tərəfindən bizə qarşı cəbhə açılmışdı və hansısa yeni cəbhənin açılmasına imkan vermək olmazdı. Ancaq əfsuslar olsun ki, qarşıdurmanın bu sistemliliyi bizim Dağlıq Qarabağdakı maraqlarımızın qorunmasında özünün bəd rolunu oynadı və biz indi gördüyümüz mənzərə ilə üz-üzə qaldıq. Mən, məsələn, Kompartiyanın sonuncu sessiyasında çıxışım zamanı öz mövqeyimi izah elədim. Dedim ki, heç kim Kompartiyanın demokratik, yəni qeyri-dövlət partiyasına çevrilməsini, cəmiyyətin demokratikləşməsi dalğasında isə başqa partiyalarla birgə Azərbaycanın siyasi həyatında öz yerini tutmasını qadağan eləmir. Vəssalam.

Dövr elə idi ki, ölkədə gedın proseslər geniş ictimaiyyətin diqqət mərkəzində, nəzarətində idi. Proseslər həmçinin, SSRİ-də demokratik dəyişiklikləri izləyən və köhnə hər şeyi söküb dağıdan Qorbaçovu alqışlayan Qərbin də diqqətində idi. Bax, orda da cürbəcür iddia-iradları önləmək lazım idi. Qısası, situasiya belə idi ki, nə Vaqif Hüseynov, nə Ayaz Mütəllibov, nə də kimsə başqası axına və zamanın iradəsi əleyhinə getmək gücündə deyildilər. Biz sadəcə, yetərli deyildik.

Tamamilə yanlış fikirdir ki, mən Vaqif Hüseynovun timsalında güclü bir rəqib görürdüm və o üzdən də onu təcrid eləmək və ya kənarladırmağa çalışmışam. Mənə inanmaq üçün tam səmimi deyəcəyəm: 20 Yanvar hadisələri ərəfəsində Vaqif Hüseynov necəsə yanıma gəldi və dedi ki, mən Kommunist Partiyasına rəhbərlik eləmək üçün hazır olum. O vaxt o, dövlət komitəsinin sədri idi və biz qurultay keçirməli idik. O zaman mən ona cavab verdim ki, Azərbaycanın partiya rəhbəri olmağa razı deyiləm və bu vəzifəni onun özünə məsləhət görürəm, çünki o, təcrübəli, bərkdən-boşdan çıxmış bir adam, prinsipləri olan kommunist idi. Onu da dedim ki, mən daha çox təsərrüfatçıyam və ona kömək edəcəyəm. Qarşılığında isə o, mənə bildirdi ki, bu, onun qaldıracağı yük deyil. Söhbət belə olub. Bunu o, özü də təsdiqləyə bilər.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi