“İran Dağlıq Qarabağda gərginliyin artması ehtimalının təhlükəsini dəqiq ifadə edir”. Bunu Ermənistanın müdafiə naziri Vigen Sarkisyan “İnterfax”a müsahibəsində bildirib.
“Ermənistanın müstəqillyinin ilk günlərindən İran özünü bölgənin "etibarlı və məsuliyyətli” oyunçusu kimi göstərib. Bu ölkə Dağlıq Qarabağ münaqişəsənin tənzimlənməsində təmkinli və balanslı mövqe nümayiş etdirib. Tehran həmişə ağır vaxtlarında Ermənistana dayaq olaraq, hətta mühasirə günlərində ərzaqla yardım edib”, - nazir vurğulayıb.