Somalidə ictimai işlər və inkişaf naziri Abbas Abdullahi avtomobilində silahlı hücuma məruz qalıb. Musavat.com-un məlumatına görə, nazir aldığı gülə yarasından hadisə yerində ölüb. Abbas Abdullahinin palata sədri Nur Faraha mühafizəçilik edən bir əsgərin açdığı atəş nəticəsində öldüyü bildirilib. Abbas Abdullahin öldürüldüyü avtomobildə başqa bir nazirin də olduğu, lakin onun silahlı basqından sağ çıxdığı qeyd edilib.