Heydər Əsədov həbs olunmalıdır - Nazirlə bağlı sərt ittiham

12:17 29.04.2017 1 693
Heydər Əsədov həbs olunmalıdır - Nazirlə bağlı sərt ittiham
“Xalqını belə murdar ətlə zəhərləyən Heydər Əsədovdur”

Aprelin 26-da Daşkəsən rayonunun Quşçular kəndi ərazisində 6 ton murdar ət aşkarlanıb. Rayon polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində murdar ət “Elba 999" MMC-nin sözügedən kənddəki kəsim sexində tutulub. Bu hadisə, mənşəyi məlum olmayan ətlər mövzusunu bir daha ictimaiyyətin gündəminə gətirib. Maraqlısı budur ki, leş ətlər mövzusu dəfələrlə ictimailəşdirilsə də, görünür bu işlə məşğul olanlar öz əməllərindən geri çəkilmək niyyətində deyillər...

1982-1989-cu illərdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyində balıqçılıq şöbəsində rəhbər vəzifələrdə çalışan Hafiz Hacıyev problemin əsas səbəbkarı kimi kənd təsərrüfatı naziri Heydər Əsədovun adını çəkib. O, “Yeni Müsavat”a bildirib ki, bu məsələyə görə Heydər Əsədov məsuliyyətə cəlb olunmalıdır:

“Hələ bir neçə ay öncə bildirmişdim ki, Daşkəsəndə murdar ətləri gətirib Bakıda xalqımıza, restoranlara, dönərxanalara satırlar. Bu məlumatı mənə rəhbər vəzifədə çalışan hörmətli şəxs vermişdi. Bu gün Azərbaycan xalqını belə murdar ətlərlə zəhərləyən adam nazir Heydər Əsədovdur. Heydər Əsədov bu xalqa eşşək əti də, it əti də satdırıb. Bu adam harada və nə qədər murdar ət varsa, hamısını Azərbaycan xalqına sırıyır.
Heydər Əsədov həbs olunmalıdır - Nazirlə bağlı sərt ittiham
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini müvəqqəti icra edən Azər Süleymanov deyib ki, Heydər Əsədova yarım milyon pul vermişəm, ona görə də bildiyimi edəcəyəm. Yəni bunlar hamısı əlbir olan adamlardır. Daşkəsəndə tutulan ətlə də bu adamların birbaşa olaraq əlaqəsi var. Heydər Əsədov bu gün Ermənistandan Azərbaycana kənd təsərrüfatı ilə bağlı dərmanlar da gətirir ki, onların da hamısı zəhərli maddələrdir. Nəticədə, ölkədə bitkiçiliyin də kökü kəsilir. Ötən il pambıq sahəsində həşəratları öldürmək üçün aldığı dərman keyfiyyətsiz çıxdı, əksinə, qurdlar ölmək əvəzinə daha da çoxaldılar. İndi də Heydər Əsədov xalqa eşşək əti, mənşəyi məlum olmayan ətlər yedirməyi qarşıya məqsəd qoyub".

H.Hacıyev bildirib ki, bu kimi hallar ölkədə restoranlara da təsir edib: “Bu gün insanlar qorxularından gedib restoranda yemək yemirlər. Çünki bu ətlər ora da verilir. Hüquq-mühafizə orqanları yoxlasınlar ki, Heydər Əsədovun xalqla nə qəsdi-qərəzliyi var. Bu kimi halların hamısının bir mənbəyi var ki, Heydər Əsədovla keçmiş nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Bilirsiniz ki, onlar da xaricdə Azərbaycanın imicinə qarşı zərbə vuran dəstənin başında dururlar. Bu adamların Azərbaycanın qida sənayesinə rəhbərlik etməsi cinayətdir. Düşünürəm ki, Heydər Əsədov haqqında təcili olaraq cinayət işi qaldırılmalıdır. Azərbaycanın kənd təsərrüfatına ayrılan milyonlarla vəsaitin hesabı sorulmalıdır. Bəs bu vəsait hara gedib? Əgər hara getdiyini bilmirlərsə, biz onlara kömək edərik. Əsədovun Həsən Əliyev küçəsində aldığı 6 milyonluq villası və eləcə də digər yerlərdəki evlərinin hamısı bu pulların hesabına alınıb. Xalq da Əsədovdan haqq-hesab tələb etməlidir ki, nə üçün vətənə xəyanət edir. Səlahiyyətli orqanlar tədbir görməlidirlər. Bütün məsələlər bəllidir və ciddi araşdırma aparılıb, Azər Süleymanovla Heydər Əsədov təcili şəkildə istintaqa cəlb olunmalıdır. Belə olarsa, bu işin dalınca gedən, bu sahədən pul qazanmaq arzusunda olan insanlar da dərs alarlar. Onlar da görərlər ki, bu işlə pul qazanan adamların aqibəti yoxdur”.

Hafiz Hacıyev Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanovun 28 aprellə bağlı söylədiyi fikirlərə də sərt münasibət bildirib:

“Rauf Qurbanov da işğal gününü bayram hesab edirsə, deməli, bu adamın heç tarixdən, siyasətdən anlayışı yoxdur. Azərbaycanın işğal səbəbi kommunistlər olublar. Bu gün də elə mənəvi cəhətdən işğallarına davam edirlər. Hökumətdə insanlar var ki, keçmiş kommunist partiyanın aparıcı fiqurlarından olublar. Çox təəssüf ki, Rauf bəy kimi insanlar ya tarixi bilmirlər, ya da siyasi savada malik deyillər. Onlar çalışırlar ki, kommunistləri ”diriltsinlər", bu da mümkün olan məsələ deyil. “20 Yanvar” hadisələrini də kommunistlərin tör-töküntüləri həyata keçirdilər. Rauf Qurbanova da sözüm odur ki, özünü biabır eləməsin, gedib başqa işlərlə məşğul olsun. Azərbaycan kommunist ideyaları çoxdan dəfn olunub. Rauf haradasa içmək, bayram eləmək istəyirsə, bunun adını başqa qoysun, gedib istədiyini eləsin".

Onu da qeyd edək ki, mövzu ilə bağlı H.Əsədovla danışmaq istəsək də, hər dəfə cəhdlərimiz boşa çıxıb.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir