Təcili: RUS GETSƏ İRAN GƏLİR - Bakı buna hazır olmalıdır

21:45 27.04.2017 3 371
Təcili: RUS GETSƏ İRAN GƏLİR - Bakı buna hazır olmalıdır

Tehran Ermənistanda Rusiyanı əvəz etmək niyyətindədir

Erməni ekspert Alik Eroyans Ermənistanı Rusiyanın qaz asılılığından xilas etməyə çağırıb.
İstiPress-in məlumatına görə, “Lragir”ə müsahibə verən Alik Eroyans Gürcüstanı misal gətirərək onun Azərbaycan qazı hesabına Rusiya qazından xilas olmasını təqdir edib. Alik Eroyans Ermənistanın xilasının İranda olduğunu vurğulayıb və bu ölkə ilə yalnız qaz sahəsində deyil, həm də iqtisadiyyatın başqa sahələrində əməkdaşlığa çağırıb.
Təcili: RUS GETSƏ İRAN GƏLİR - Bakı buna hazır olmalıdır

Alik Eroyans Ermənistanın yeni nəsil gənc ekspertlərindəndir və onun ənənəvi ruspərəst ermənilərdən fərqli düşünməsi artıq bu günün trendidir. Bu məsələdə Tehranın da məqsəd yönümlü siyasət güddüyü diqqətdən qaçmır. İrəvanda olanlar Tehranın bu ölkədə tərəfdarlar toplamaq üçün ciddi siyasət yürütdüyünü deyirlər.

Məsələn, İrəvanda fəaliyyət göstərən Şah Abbas məscidində cümə namazına gələnlərin çoxu ermənilərdir. Bu ermənilər İrana xırda alverə gedib-gələn zaman islamı qəbul ediblər. İçlərindən hətta Qumda ilahiyyat üzrə ali təhsil alanlar da var. 2015-ci ildə Qumda ali təhsil almış Arsen Safaryan Ermənistan müftisi seçilib və hazırda İrəvanda cümə xütbələrini o, ermənicə aparır. Bu isə avtomatik olaraq müsləman ermənilərin sayını artırır.

Təcili: RUS GETSƏ İRAN GƏLİR - Bakı buna hazır olmalıdır
Qeyri-rəsmi hesablamaları görə, hazırda İrəvanda 30 minə qədər müsəlman yaşayır. Onların sırasında şiəliyi yeni qəbul etmiş ermənilər və həmşinlər (sünni ermənilər) üstünlük təşkil edir. Amma İrandan biznes və təhsil üçün gəlmiş farslar və azərbaycanlılar da çoxdur. İranlılar İrəvanda "türk məhəlləsi" deyilən zonada yaşyırlar və yerli əhali bazarda onlarla əsasən Azərbaycan dilində danışır.

Ermənilər türkcə danışan bu iranlıları sevməsələr də ehtiyat himayə variantı kimi onlarla mehriban davranırlar. Məsələ aydındır, Rusiya regionu tərk edərsə, Ermənistan Türkiyə və Azərbaycanın hücumundan qorunmaq üçün İran ordusunu dəvət edə bilər. Bu fikri hətta yaşlı nəsil erməni ekspertləri də irəli sürürlər.

Təcili: RUS GETSƏ İRAN GƏLİR - Bakı buna hazır olmalıdır
Məsələn, erməni politoloq Levon Şirinyan bu günlərdə “Lragir”ə verdiyi müsahibəsində İranı ermənilərin “qüdrətli dostu” adlandırıb: “Bizim qüdrətli dostumuz İran regionda üçüncü dövlətlərin mövcudluğunun əleyhinədir. İstənilən halda, İranın bəyanatı bizim xeyrimizədir ”.

İran özünü ermənilərin dostu kimi göstərmək yolunda çox iş görür. Məsələn, İran tarixində ilk dəfə olaraq ermənilərə Türkiyə səfirliyi qarşısında uydurma erməni soyqırımı ilə bağlı kütləvi aksiya keçirməyə icazə verib. Səfirliyin qarışısına toplanmış yüzlərlə erməni “Türkiyə faşist dövlətdir”, “Ermənilər şəhid oldular” və s. kimi bəyanatlar veriblər. İran əhalisinin 40 faizinə qədərinin türk mənşəli olması belə Tehranı qorxutmayıb.
Təcili: RUS GETSƏ İRAN GƏLİR - Bakı buna hazır olmalıdır
Levon Şirinyanın nə demək istədiyi aydındır. Rusiya əgər bölgəni tərk edərsə İran Ermənistana qoşun yeridəcək və təbii ki, Azərbaycanın Dağlıq Qarabağ üzərində nəzarəti təmin etməsinə də maneçilik göstərəcək. Bu gün Moskvada səfərdə olan İran müdafiə naziri Hüseyn Dehqan da Ermənistanın müdafiə naziri Vigen Sarkisyanla görüşündə Azərbaycanın Qarabağ münaqişəsini hərb yolu ilə nizamlaya bilməyəcəyini deyib. Yəni Tehranın nəyə işarə etdiyi aydındır və rəsmi Bakı bu varianta hazır olmalıdır.

Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir