İtaliyanın 5 Ulduz Hərəkatı və Rusiya hökuməti arasında əlaqə var.
azerinform.az xəbər verir ki, bu barədə informasiyanı “La Stampa” qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb. Qəzet artıq amerikalıların İtaliya hakimiyyətini bununla bağlı xəbərdar etdiyini bildirib:
“Amerika hökumətində artıq Rusiyanın bütün Qərbi zəiflədib, parçalamaq istəyindən əmindirlər. Bu cür hücum cəhdi artıq Baltiklərdə olub. Onlar özlərinin sovet keçmişləri sayəsində bu cür hücumları hər kəsdən tez müəyyən etmək gücündədirlər. Moskva artıq yaxın günlərdə seçkilər keçiriləcək bütün ölkələri hədəf alacaq. Tezliklə, Vaşinqton və Roma 5 Ulduz Hərəkatını Kremlin nümayəndəsi kimi tez-tez müzakirə etməyə başlayacaq”.
Qeyd edək ki, 5 Ulduz Hərəkatı özünün populist bəyanatları ilə seçilir. Beppe Qrillonun rəhbərlik etdiyi hərəkat TAP qaz kəmərinin əsas əleyhdarlarından biridir. Hərəkat artıq ölkənin cənubunda bununla bağlı etirazlara da başladıb. Getdikcə daha da populyarlaşan hərəkat hakimiyyətin əsas rəqiblərindən birinə çevrilməyə başlayır.