“Xalq, dövlət və ordunun birliyi zəfər çalmağımızda mühüm amil oldu”

10:18 29.09.2022 636
“Xalq, dövlət və ordunun birliyi zəfər çalmağımızda mühüm amil oldu”

Fəzail Ağamalı: “İkinci vacib amil ölkə başçısının ortaya qoyduğu vətənpərvərlik nümunəsi idi”

“Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu”. Bunu Prezident İlham Əliyev Füzuli rayonunun Qaraxanbəyli kəndində 27 Sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önündə çıxışı zamanı deyib: “Bu gün Azərbaycanda Anım Günüdür. Bütün Azərbaycan xalqı şəhidlərimizin əziz xatirəsini yad edir. Allah bütün şəhidlərimizə rəhmət etsin. Şəhidlərimiz Vətən, torpaq uğrunda öz canlarını fəda etdilər.

Biz öz şəhidlərimizlə fəxr edirik. Qəhrəman əsgər və zabitlərimizlə fəxr edirik. Şəhidlərimizin qanı yerdə qalmadı, biz şəhidlərimizin qanını aldıq. Döyüş meydanında qisasımızı aldıq. Doğma torpaqlarımızı düşməndən azad etdik, ölkəmizin ərazi bütövlüyünü bərpa etdik. 44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Azərbaycan xalqı bütün gücünü səfərbər edib, yumruq kimi birləşərək düşməni doğma torpaqlarımızdan qovdu. Bütün Azərbaycan xalqı birlik, iradə göstərmişdir. Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik. Eyni zamanda, fəxr edirik ki, biz-bu torpaqların sahibləri bu torpaqlara yenidən həyatı qaytarırıq”, - dövlət başçısı bildirib.

Millət vəkili Fəzail Ağamalı “Yeni Müsavat”a bildirdi ki, vaxtilə cəmiyyətdə gənclərin vətənpərvərliyi ilə bağlı müəyyən şübhələr olsa da, Vətən müharibəsi göstərdi ki, bu fikirlərin heç bir əsası yoxdur: “Qarabağ işğal edildikdən sonra gənclərin təsir altında düşdüyü, daha çox kosmopolit olduğu, vətənpərvərlik hisslərindən uzaq olduğu deyilirdi. Lakin bu fikirlər cəmiyyətdə həlledici təsirə malik deyildi. Gələcəyə ümid bəsləyən, genetik kodlarımızdan qaynaqlanan vətənpərvərlik hisslərinin daşıyıcıları olan gənclərin daha çox olduğuna inananlar üstünlük təşkil edirdi. Bir neçə fərqli mövqe nümayiş etdirən var idi. Mühafizəkar yaşlı nəsil adət-ənənələrə kifayət qədər əməl edilməməsindən şikayət edirdi. Onların fikirlərində bəzi həqiqətlər olsa da, tamamilə razılaşmaq mümkün deyildi. Qərb tərəfdən milli kimliyimizə, milli mənliyimizə, milli qürurumuza təsir edə biləcək layihələr həyata keçirilirdi. Cənubdan gələn dini kəsim də milli mənliyi daha çox dini düşüncələrlə əvəz etməyə çalışırdı. Lakin hər hansı xalqın dünyagörüşünü formalaşdırmaq, bu və ya digər şəkildə istiqamətləndirmək, milli kodlara söykənən xüsusiyyətlərini, milli kimliyini tamamilə yox etmək mümkün deyil. Genetik kodların diktə etdiyi şərtlər var, vətənpərvərliyimizi, Vətənə bağlılığımızı aradan qaldırmaq qeyri-mümkündür. İkinci vacib amil ölkə başçısının ortaya qoyduğu vətənpərvərlik nümunəsi idi. Prezident bütün platformalarda, bütün addımlarında özünü ən alovlu vətənpərvər kimi təqdim etdi. Vətən müharibəsində qələbəmizi şərtləndirən ən mühüm amillərdən biri vətənpərvərlikdir ki, bunu ölkə prezidenti 17 il ərzində sözlərlə deyil, atdığı addımlarla hər kəsə aşılaya bildi, gənclərdə formalaşdıra bildi. Eyni zamanda mətbuatda vətənpərvərliklə bağlı aparılan təbliğat öz rolunu oynadı”.

Millət vəkili vurğuladı ki, bundan sonrakı mərhələdə nəinki gənclər, hər kəs diqqətli olmalıdır: “Həm rəsmilər, həm millət vəkilləri, həm də media - bütün səviyyələrdə gənclərə aşılamalıyıq ki, biz müharibədə qalib gəlmişik, lakin müharibə tamamilə başa çatmayıb. Vandal, vəhşi, terrorçu, ayrı-ayrı dövlətlərin əlində maşaya çevrilən Ermənistan kimi qonşumuz varsa, biz ehtiyatı əldən verməməli, onların məkrli planlarını yaddan çıxarmalı deyilik. Prezident Anım günündə gənclərə əmanətin qorunması ilə bağlı çağırış etdi. Şəxsi nümunə ilə uşaq yaşlarından başlayaraq təhsildə, yaradıcılıqda və s. milli kimliyə bağlılığı, dövlətə sədaqəti aşılamalıyıq. 10 ildən sonra hansı ölkədən bizə qarşı düşmənçilik addımları atılacağını bilə bilmərik. Dövləti gücləndirmək üçün lazımi tədbirlər görülüb, görüləcək də. Lakin biz də atılan addımlara adekvat olaraq fəaliyyətimizi qurmalıyıq. Xüsusilə iki hadisəni yaddan çıxarmamalıyıq: azadlıq uğrunda xalq olaraq birləşdiyimiz, sona qədər mübarizə apardığımız 20 Yanvarı və 200 ildir bizə qarşı düşmənçilik edən, himayəçi dövlətlərin yardımı ilə torpaqlarımızı işğal edən ermənilər üzərində qazandığımız qələbəni, yəni 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi zəfəri. Xalqın dövlət və ordu ilə birliyi, həmrəyliyimiz zəfərin əldə olunmasında mühüm amil oldu”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir