Tanınmış alim AMEA- dan Mehriban xanım Əliyevaya şikayət etdi

13:55 25.07.2022 655
Tanınmış alim AMEA- dan Mehriban xanım Əliyevaya şikayət etdi

Çox hörmətli Mehriban xanım!

Başqa yolum qalmadığı üçün Sizi narahat etmək məcburiyyətindəyəm. 20 ildir ki, AMEA sistemində işləyirəm, 10 il AMEA Rəyasət Heyətində və AR Prezidenti yanında Ali Attestasiya Komissiyasında çalışmışam. 2021-ci ildən AMEA Rəyasət Heyəti aparatının Təhsil şöbəsinin Doktorantura sektorunun müdiriyəm.

Biologiya üzrə fəlsəfə doktoru, dosentəm. Cari ilin 8 iyun tarixində doktorluq dissertasiyasını müdafiə etmişəm. 112 elmi əsərin müəllifiyəm. Ümumilikdə həyatımın 22 ilini elmə həsr etmişəm. Həmişə ləyagətimi və təmiz adımı qoruyub saxlamışam. Akademiklər Feyzulla Qasımzadə və Mikayıl Useynovun nəvəsiyəm, akademik Fuad Qasımzadənin qardaşı qızıyam. 02 fevral 2007-ci il tarixi ən xoşbəxt gün kimi yaddaşıma həkk olunub, həmin gün Gənclər gününün 10-illiyi münasibətilə Möhtərəm cənab Prezident qarşınızda elmi gəncliyin nümayəndəsi kimi çixiş etmişəm.
Sizdən həm ölkənin Birinci xanımı, həm Birinci Vitse-prezident, həm də alim kimi yardım istəyirəm. Əsassız olaraq, kiçik bir qrupun sabotajı nəticəsində işdən çıxarılıram. Elmər doktoru dissertasiyamın təqdimatı dövründə – 20 may 2022-ci il tarixində AMEA-nın rəhbərliyinə mənə qarşı sabotaj xarakterli ərizə təqdim olunmuşdur. Ərizənin təşkilatçıları şöbə müdiri Ələddin Məlikov və Magistratura sektorunun müdiri Qafil Dəmirov olub. Qafil Dəmirovun rəhbərlik etdiyi sektorun əməkdaşlarının imzaları təəccüb doğurur, mənim onlarla heç bir iş əlaqəsi yoxdur. Həmin sektorun ərizəyə imza atmayan nümayəndəsi də var. 08 iyul 2022-ci il tarixində elmlər doktoru dissertasiyasını müdafiə etdikdən sonra mənə qarşı olan hücumlar daha da kəskinləşdi. Yeğanə məqsədləri məni elmlər doktoru diplomumu almamış vəzifəmdən uzaqlaşdırmaqdır.

İşlədiyim müddət ərzində heç bir işçi tərəfindən mənim haqqımda şikayət ərizəsi verilməyib, xəbərdarlıq və töhmət almamışam, il boyu yaxşı işimə görə mükafatlandırılmışam. Ən böyük günahım odur ki, rəhbərlik etdiyim sektorda heç bir qanun pozuntusu etməyə imkan verməmişəm (ikinci ali təhsilimə görə hüquqşünasam).

AMEA-nın Doktoranturası olan 35 institutundan 31-i AMEA-nın prezidentinə rəsmi müraciət edərək, mənə dəstək olublar və bu məsələnin ədalətli həll olunmasını xahiş ediblər. Dəfələrlə Arif müəllimin qəbuluna düşmək istəsəm də, alınmadı. AMEA-nın 31 İnstitutunun rəyi nəzərə alınmadan mənə xəbər göndərildi ki “müdafiə edibsə, gedib institulardan birində elmlə məşğul olsun”. Məcbur qalaraq, AR Prezidentinin Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh xanım Əliyevanın qəbulunda oldum. Yalnız bundan sonra, 28 iyun 2022-ci il tarixində akademik Arif Həşimov məni qəbul edərək bildirdi ki, “Məndən Fərəh xanıma şikayət etmisən, bundan sonra Rəyasət Heyətində qalmayacaqsan, get şöbə müdirinə yalvar, etiraz etməsə, bəlkə müqaviləni uzadaram”. Deyəndə ki, axı məni 31 institut dəstəkləyir, yəni onların fikri önəmli deyil? Bu institutlara 7 vitse-prezidentin rəhbərlik etdiyi elmi müəssisələr də daxildir, mənə sarkazmla cavab verdi ki, “çox yaxşı, göndərərik, onlarla da işləyərsən”.

30 iyun 2022-ci il tarixində Təhsil şöbəsinin müdiri Ələddin Məlikova ərizəmi təqdim edib viza verməsini xahiş etdim. Mənə bildirdi ki, Arif müəllim icazə verərsə, viza qoyacağam. Həmən gün saat 11.00-da Ələddin müəllim məni çağırıb xəbərdarlıq etdi ki, "akademik Arif Həşimovla telefon danışığı olub və Arif müəllim ona viza qoymağı qadağan edib" (bu barədə Arif müəllimə yazdığım ərizənin surətini də əlavə edirəm).
Qeyd edim ki, AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin müdiri Ələddin Məlikov "elmlər doktoru" elmi dərəcəsi diplomu olmadığı halda özünü "fəlsəfə elmləri doktoru" kimi qələmə verir və bu təkcə AMEA-nın rəsmi saytında deyil, hətta AMEA-dan gedən rəsmi sənədlərdə belə öz əksini tapıb.

Çox hörmətli Mehriban xanım, işdən qanunsuz olaraq çıxarılsam da, bir alim olaraq Möhtərəm cənab Prezident İlham Əliyevin və Sizin siyasi kursunuzu hər zaman dəstəkləyəcək, Prezidentə sadiq böyük alimlər ordusunun sıravi əsgəri olacağam.

Dərin hörmət və ehtiramla,

Tubuxanım Elman qızı Qasımzadə,

AMEA Rəyasət Heyəti Təhsil şöbəsi Doktorantura sektorunun müdiri,
biologiya üzrə fəlsəfə doktoru, dosent


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir