İran miqyaslı hərbi-dəniz qüvvələri təlimləri çərçivəsində yeni “Nasr” qanadlı raketi sınaqdan keçirib.
azerinform.az xəbər verir ki, bu barədə “Press TV” telekanalı məlumat yayıb.
“İran qüvvələri ölkənin cənubunda hərbi-dəniz qüvvələrinin təlimləri zamanı yeni “Nasr” qanadlı raketi sınaqdan keçiriblər”, - telekanalın məlumatında deyilir.
Daha öncə İranın hərbi-dəniz qüvvələri “Velayet-95” irimiqyaslı təlimlərə başlayıb. Təlimlər bazar günü səhər tezdən İran Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Həbibulla Sayarinin əmri ilə başlayıb. Manevrlərin keçirildiyi ərazi təxminən iki milyon kvadratmetri əhatə edir.