“BELƏ BƏYANAT VERƏNLƏRİN BAŞI XARABDIR...” – “Rusiya Azərbaycanın haqlı olduğunu yaxşı bilir”

13:04 16.05.2021 601
“BELƏ BƏYANAT VERƏNLƏRİN BAŞI XARABDIR...” – “Rusiya Azərbaycanın haqlı olduğunu yaxşı bilir”

10 noyabr üçtərəfli razılaşmasında Azərbaycan və Ermənistan dövlət sərhədlərinin müəyyən edilməsi nəzərdə tutulsa da, İrəvan rəsmi Bakının bu istiqamətdə atdığı addımları “dövlət sərhədinin pozulması” kimi təqdim edir. Ordumuz Qaragöl və Vardenis istiqamətində dövlət sərhədinə çıxdıqdan sonra Nikol Paşinyan Fransa və Rusiya prezidentləri ilə müzakirələr aparıb və Ermənistan bu məsələ ilə bağlı faktiki olaraq, dövlət səviyyəsində Azərbaycan əleyhinə geniş kampaniyaya başlayıb. Hətta İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından rəsmən dəstək də istəyib.

“AzPolitika.info” bu mövzu ətrafında Vəhdət Partiyasının sədri, millət vəkili və hüquqşünas Tahir Kərimli ilə söhbətləşib.

- Tahir bəy, Azərbaycan-Ermənistan sərhədində demarkasiya və delimitasiya prosesində ciddi mübahisələr ortaya çıxıb. İrəvan iddia edir ki, Qaragöl və Vardenis rayonu istiqamətində Azərbaycan hərbçiləri 2-3 kilometr Ermənistanın ərazisinə girib. Yaranmış vəziyyəti necə qiymətləndirirsiniz?

- 10 noyabrda imzalanan üçtərəfli razılaşmada sərhədlərin delimitasiyası və demarkasiyası nəzərdə tutulub. Hər iki tərəfdə də razılaşdırılan xəritə var. Bu xəritə SSRİ-nin inzibati xəritəsidir. O dövrdə Ermənistan və Azərbaycan müstəqil olmadığından bu iki ölkə arasında dövlət sərhədi olmayıb, inzibati sərhəd olub. Amma beynəlxalq məhkəmənin xüsusi qərarı var və BMT də bu qərarı qəbul edib. Başqa sözlə, hansısa federasiya dağılanda onun inzibati sərhədi dövlət sərhədinə çevrilir.

İndi inzabiti sərhədləri bərpa etmək lazımdır. Hər iki tərəfin razılaşdığı xəritə əsasında. Bildiyiniz kimi, Ermənistan tərəfi buna etiraz edirdi. Mümkündür ki, Sergey Lavrovun regiona səfəri zamanı bu məsələ də müzakirə olunub. Qaragöl və digər ərazilərdə ermənilərin Azərbaycan ərazisinə girdiyi xəritə ilə müəyyən olunub, Azərbaycan həqiqətən də lazım olan məsafədə irəliləyərək Azərbaycan və Ermənistan arasında dövlət sərhədini bərpa edib. Bu zaman bizim Silahlı Qüvvələrimiz atəş açmayıb. İradəsini ortaya qoyub. Bu iradə də Azərbaycan dövlət sərhədlərinin bərpasından ibarətdir. Məsələ bu qədər sadə və bəsitdir.

Ermənistanda revanşist qüvvələr var ki, bu məqamlardan istifadəyə cəhd edirlər. Qazax rayonu istiqamətində bizim bir neçə kəndimiz qaytarılmalıdır. Eləcə də Naxçıvanda bəzi yüksəkliklər. İndiki vəziyyətdə Laçın, Gorus - Zəngəzur istiqamətlərində sərhədləri irəli çəkiblər və düşünürlər ki, bu ərazilər onların əlində qalmalıdır. Bu, olmayacaq. Azərbaycan tərəfi tam qanuni şəkildə öz iradəsini həyata keçirir.

- Rəsmi İrəvan bu addımımızı dövlət sərhədinin pozulması kimi qiymətləndirərək dünyada hay-küy yaradıb. Paşinyan Rusiya və Fransa rəhbərləri ilə danışıb, ABŞ Dövlət Departamenti, ATƏT sədri ilə əlaqələr qurulub. Elan edirlər ki, guya Ermənistanın dövlət sərhədini pozaraq onun içərilərinə doğru irəliləmişik. Faktiki əleyhimizə kampaniya başladılıb. Ermənistanın davranışlarını necə qiymətləndirirsiniz və İrəvan nəyə görə belə şou yaradır?

- Bu, tamamilə cığallıqdır. Ermənistan özü bilir ki, sərhəd necə olub. Yəni sərhəd Azərbaycan tərəfinin dediyi kimidir. Onun irəli çəkilməsi halı var. Əlbəttə, bunun psixoloji təsiri də var. Azərbaycan digər əraziləri də geri qaytaracaq. Elə yerlər var ki, qarşı tərəf sərhədi irəli çəkərək Azərbaycan ərazilərini mənimsəyib. Ermənistanda seçkiöncəsi kampaniya gedir, bunlar öz xalqına xoş gəlmək üçün belə bəyanatlar verirlər. Azərbaycan heç bir dövlətin ərazisinə daxil olmayıb, əksinə, sərhədini bərpa edib. Təbii ki, burada Fransa və bəzi dövlətlər Ermənistanı açıq şəkildə müdafiə edirlər. Heç bir hüquq, haqq və tarixi gerçəklik onları maraqlandırmır. Makron demişdi ki, ermənilər bizim tariximizin bir parçasıdır. İndi az qala Ermənistana olan münasibəti Fransaya münasibət kimi qiymətləndirir. Hesab edirəm ki, Ermənistanın dövlət və siyasi xadimlərinin səs-küyü uduzmaları ilə barışmamalarından irəli gəlir və öz əllərində az da olsa qalan Azərbaycan ərazilərini qoruyub saxlamaq istəyindən doğur. Bunlar ömür boyu torpaq oğrusu olublar.

Azərbaycan tərəfinin iddiası da beynəlxalq məhkəmə tərəfindən qəbul edilib. Getdikcə Azərbaycan beynəlxalq hüquqda öz haqlarını müdafiə edəcək. Sadəcə, belə əsassız hay-küy salmaqla tərəfdarlarını çoxaltmaq, guya havadarları vasitəsilə Azərbaycana təzyiqləri artırmaq istəyirlər.

- Ermənistan açıq elan edir ki, bir metr də torpaq verməyəcəklər, mübarizə aparacaqlar və s. Bu halda müharbə və ya lokal döyüş ehtimalı nə dərəcədə realdır?

- Bilirsinizmi, onlar deyirlər ki, diplomatik yolla Azərbaycanı geri çəkilməyə vadar etmək istəyirlər. Əgər, bu olmasa, hətta bizi hərbi güclə hədələyirlər. Belə bəyanat verənlərin başı xarabdır. Olsun. Azərbaycan Prezidenti bəyan edib ki, dəmir yumruq həmişə öz yerindədir və onların təpəsinə endirilə bilər.

Türkiyə də birmənalı şəkildə Azərbaycanın tərəfində olduğunu bəyan edib. Əgər Fransa və digərləri onların müttəfiqidirsə, Azərbaycana da kömək edən dost və qardaş ölkələr var. Azərbaycan geri çəkilməyəcək, bu, dövlət sərhədidir. Əgər həqiqətən onlar diplomatik-hüquqi müstəvidə mübarizə aparmaq istəyirlərsə, buyursunlar. Azərbaycanı beynəlxalq məhkəməyə versinlər. Onda kimin haqlı olduğu ortaya çıxacaq. Azərbaycan sübut edəcək ki, keçmişdə inzibati sərhədi olan ərazilərini bərpa edir. Onların nə hərbi, nə də hüquqi şansı var. Əlbəttə, onların ağılsızlıq edib, hərbi qarşıdurma yaratmaları biabırçılıq olardı. İndi onlar da mübahisəli saydıqları əraziyə hərbçilər gətirirlər. Azərbaycan tərəfinin kifayət qədər gücü var, dövlət sərhədini nəzarətə götürəcək və geri çəkilməyəcək.

- Bu prosesdə Rusiyanın davranışlarını necə qiymətləndirirsiniz?

- Rusiya tarixən Ermənistana himayədarlıq edib. Fransanın da ermənipərəst siyasəti onlara sərf edir. İkinci bir tərəfdən, Rusiyanın özü xəritələri təqdim edib, bununla razılaşıb. Və ən əsası, bu, Rusiyaya da sərf edir. Niyə Rusiya 50-ci illərin xərtələrini ortaya qoyub? Çünki həmin xəritədə Krım Rusiyanın tərkibində idi. Yəni Rusiyanın da burada mənafeyi var. İndi Rusiya ikili davrana bilməz. Bunların hamısı Azərbaycan və Rusiyanın sərhədlər məsələsində vahid mövqeyini əks etdirir. Rusiya bu mənada Azərbaycanın haqlı olduğunu bilir. Digər tərəfdən də ermənilərin Rusiyaya basqısı var. Mən güman edirəm ki, indi Rusiya diplomatik danışıqlarda Ermənistan tərəfini bu reallıqla barışdırmağa çalışır. Çünki Azərbaycan haqlı addımlar atır. Amma Rusiya Ermənistana himayardarlığını da aradan qaldıra bilmir. Üstəlik, Türkiyənin, elə Azərbaycanın da möhkəmlənməsini istəmir. Yəni gizli istəkləri bizim əleyhimizədir. Lakin açıq mövqe bizim maraqlarımıza uyğundur.

- Sizcə, Bakı bu məsələləri öncədən Sergey Lavrovla müzakirə edib, razılaşdırıbmı?

- Şübhəsiz. Sergey Lavrov istər İrəvanda, istərsə də Bakıda bir deyil, bir neçə məsələləri müzakirə edib. Lavrov yalnız bir məsələni müzakirə etməyə gəlməmişdi. Kommunikasiyaların, nəqliyyat dəhlizinin açılması da bura daxildir. Güman edirəm ki, sərhəd məsələləri də ciddi müzakirə edilib. Bu məsələdə Azərbaycanın haqlı tərəf olduğunu Lavrov yaxşı bilir. Bir daha deyirəm ki, ermənipərəst niyyətlə Azərbaycanın haqlı tərəf olması arasında qalıblar, vurnuxurlar və istəyirlər ki, konsensus əldə edilsin. Azərbaycan da öz haqlı mövqeyini ifadə edir. Ermənistansa oğurladıqlarını əldən vermək istəmir.

- Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciət edərək Azərbaycanın onun dövlət sərhədlərini pozduğunu bildirib və dəstək istəyib. Gözləntiniz nədir?

- Bilirsinizmi, əgər Rusiya hesab etsəydi ki, Azərbaycan dövlət sərhədini pozub, çoxdan KTMT-nin ultimatumu ortaya çıxardı. Bizə qarşı çıxış edərdilər. Amma Ermənistanın KTMT-yə rəsmi müraciətinə baxmayaraq, belə bir hal müşahidə edilmir. Məncə, KTMT-də gözəl anlayırlar ki, Azərbaycan tərəfi sərhədi pozmayıb, əksinə, Ermənistanın oğurlayaraq öz ərazisinə qatdığı torpaqları geri qaytarır. Odur ki, KTMT və Azərbaycan arasında problem yaranacağını düşünmürəm.

- Sizcə, nəhayət, Ermənistanla sərhədlərin delimitasiyasını aparmaq mümkün olacaqmı?

- Mümkün olacaq, amma asan olmayacaq. Hətta bizə özünü dost göstərən Gürcüstanla da bəzi məsələlər var. Elə Dağıstanla da sərhədlərin demarkasiyası zamanı mübahisələr olub. Amma tərəflər çalışıblar ki, yaranan mübahisələri danışıqlar və hüquq çərçivəsində həll etsinlər. Lakin Ermənistan açıq düşməndir. Hətta baş nazir özü bəyan edir ki, Azərbaycan və Türkiyə bizə düşməndir, amma dil tapmalıyıq. Yəni düşmənliyindən əl çəkmir. Üstəlik, bizdən oğurladıqları əraziləri qaytarmaq onları yandırır. Onlar bu əraziləri vermək istəməz. Ancaq Azərbaycan iradə göstərir. Prezident Əliyev bu sahədə qətiyyətlidir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi