"Dünya xalqlarının tarixinin araşdırılmasından görünür ki, hər bir xalqa, millətə dövlətçilik ənənələrini bilən, əsl siyasi lider olan rəhbər qismət olmur. Bu baxımdan biz dünyada qismətinə belə bir şəxs düşən azsaylı xalqlardan, millətlərdən biriyik. Bunu fəxrlə deyə bilərik ki, məhz Ulu Öndər Heydər Əliyev xalqımızın üçün əsl siyasi lider və rəhbər olaraq göndərilmişdir. İstər birinci hakimiyyəti dövründə, istərsə də ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə respublikamızın inkişafına nail olmaqla yanaşı, həmçinin ölkəmizi məhv olmaq təhlükəsindən xilas etmişdir. Ulu Öndər Heydər Əliyevin təcrübəsi və siyasi peşəkarlığı sayəsində xalq qarşısında göstərdiyi xidmətlər, çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik və öz xalqına olan sadiqliyi xalqımızın onun ətrafında birləşməsini təmin etmişdi."Bu sözləri Azerinform.az-a müsahibəsində
YAP Şamaxı rayon təşkilatının sədri Bəxtiyar Abbasov söyləyib.
Rayon ziyalısı deyib:"Birinci dəfə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Respublikası Sovet Sosialist Respublikalar İttifaqının 15 müttəfiq respublikası arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Ümummilli Liderin fəaliyyətinin nəticəsində isə qısa zamanda qabaqcıl yerlərdə möhkəmləndi və donor Respublikalardan birinə çevrildi. Onun rəhbərliyi altında ölkəmizdə həm sənaye, həm kənd təsərrüfatı sahələrini böyük dərəcədə inkişaf etdi. Böyük sənaye şəhərləri inkişaf etdi. İttifaq Respublikaları ilə bərabər, xarici ölkələrə məhsulları ixrac edilən zavodlar və fabriklər yaradıldı. Bu isə əhalinin rifah halının yüksəlməsinə və yaşayış şəraitinin yaxşılaşmasına səbəb oldu. Ulu Öndərin qətiyyəti, cəsarəti, müdrikliyi, xalqla daim təmasda olması, korrupsiyaya və rüşvətxorluğa qarşı amansız mübarizəsi haqlı olaraq xalq tərəfindən ona böyük rəğbət qazandırmışdır."
O bildirib ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə ikinci gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb. 1993-cü il Respublikamızın həyatında ağır illərdən biri olmuşdur. Torpaqların ardıcıl olaraq işğal edilməsi, daxili çəkişmələrin xüsusilə hakimiyyət daxili çəkişmələr Respublikamızı parçalanmaq təhlükəsi ilə üzbüz qoymuşdur. Həmin ilin oktyabr ayında Ulu Öndər Heydər Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə Prezident vəzifəsinə seçildi və ölkənin böhrandan çıxma prosesi başladı.
Bəxtiyar Abbasov deyib: "Ulu öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. 20 Yanvar faciəsinə siyasi qiymət verildi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq. Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bizim nizami ordumuz yox idi. Kadrların yetişdirilməsi ilə bağlı önəmli addımlar atıldı. O kadrlar ki, bu gün ölkəmizin müxtəlif sahələrində öz töhfələrini verirlər.
Müstəqilliyin əvəzsiz bir nemət olduğunu və xalqın tarixi taleyində çox önəmli rol oynadığını böyük qürur hissi ilə bəyan edən Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədi və dönməz etdi. Əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü il sentyabrın 20-də Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi – “Əsrin kontraktı” imzalandı. Bununla da Azərbaycan ilk dəfə olaraq öz sərvətlərinin sahibi kimi çıxış etdi. Dünyanın aparıcı dövlətlərinin ən qabaqcıl şirkətlərinin bu kontraktda iştirakı isə ölkəmizin regionda əhəmiyyətini və nüfuzunu artırdı. Azərbaycan iri regional layihələrə, Avropa və bütövlükdə dünya enerji təhlükəsizliyi sisteminə qoşuldu. 1993-cü ildən başlayaraq dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən işlər və atılan məqsədyönlü addımlar Azərbaycanın bugünkü uğurları üçün ən etibarlı təməl oldu. Bir sözlə, əgər Azərbaycanın müstəqilliyi tarixi zərurətdən irəli gələn hadisə idisə, bu müstəqilliyin əbədiliyi və dönməzliyi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır.
Azərbaycanın bü günkü inkişafının əsası məhz həmin illərdə qoyulmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ulu Öndərin layiqli davamçısı olaraq onun başladığı işi davam etdirərək Respublikamızın dünyanın sürətlə inkişaf edən ölkəsinə çivrilməsinə nail olmuşdur. Bunun nəticəsini isə biz 44 günlük Vətən Müharibəsində zəfər qazanmaqla gördük."
Təşkilat sədri sonda qeyd edib ki, Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin nəticələrinə arxalanaraq, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, sosial və hərbi sahələrdə nəzərəçarpan tərəqqi əldə edib. Azərbaycan yerləşdiyi bölgədə baş verən strateji, siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrilib. Azərbaycan özünün siyasi və iqtisadi qüdrəti, strateji mövqeyi, zəngin təbii ehtiyatlarından xarici siyasət prioritetlərinin təmin olunmasında məharətlə istifadə edir. Dövlətimizin başçısının həyata keçirdiyi uğurlu inkişaf strategiyası nəticəsində ölkə iqtisadiyyatı özünün inkişaf sürətinə görə dünyada ən yüksək yerlərdə durur.
Müstəqil Azərbaycanın yetişdirdiyi vətənpərvər gənclik bu gün Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ətrafında sıx birləşərək güclənmiş nizami ordunun düşmən üzərində qələbəsində iştirak edir. Azad edilmiş torpaqlarımızda qürurla Azərbaycan bayrağını dalğalandırır. Bu gün mənfur qonşularımızın işğal etdiyi müqəddəs torpaqlarmızın azad edilməsi dövlətimizin əldə etdiyi nailiyyətlərin, dövlət və ordu quruculuğu sahəsində görülən məqsədyönlü tədbirlərin, ölkə başçısının apardığı uğurlu daxili və xarici siyasətin, xalqımızın öz Prezidenti ətrafında sıx birləşməsinin nəticəsində həyata keçirilir. İndi müstəqil dövlətimizin müzəffər ordusu üçrəngli bayrağımızı Ali Baş Komandanımızın rəhbərliyi ilə əzəli və əbədi torpağımızda – Qarabağda dalğalandırır.
Azərbaycanın müstəqilliyi əbədi və dönməzdir!
Azerinform.az