AŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA... - Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri...

12:18 11.02.2021 689
AŞ PROKUROR “ŞƏRİK”, HESABLAMA PALATASININ SƏDRİ QUDA... - Və ya Ziya Məmmədovun bir tunelə yarım milyard dollar xərcləyə bilməsinin sirri...

İndi vəzifəsini itirən, korrupsiya əməlləri rəsmən ifşa olunan, yaxud həbs edilən sabiq iri ranqlı məmurlar barədə yazanda, bəziləri “yıxılanı baltalamazlar” deyib, irad tuturlar. Ancaq reallıq ondan ibarətdir ki, belələrini nəinki vəzifəsini itirəndə, hətta həbsxanaya düşəndə də “yıxılmış” saymaq olmaz.

Təcrübə göstərir ki, bu adamlar həbsxanada da “xan-bəy” kimi gün keçirir və elə də uzun olmayan “ayrılıqdan” sonra azadlığa çıxıb, yığdıqları milyonları həzmi-rabedən keçirməklə məşğul olurlar – “Rabitə işi”ni yada salmaq kifayətdir. Nəticədə məlum olur ki, əsl yıxılan “vurulan” məmurlar yox, onların çapıb taladığı ölkə, onun sərvətləri və “qara camaat”dır...
Məsələn, Ziya Məmmədova “yıxılan” demək olarmı?
“AzPolitika.info” sabiq məmurların dövlət büdcəsini talama, külli miqdarda mənimsəmə, vəzifə saxtakarlığı, rüşvət alma və başqa cinayətlərilə bağlı başlanılan araşdırmalar çərçivəsində onun da istintaqa çağırıldığını yazandan sonra Ziya Məmmədov kənddəki evində oturduğunu, maldarlıqla, əkinçiliklə məşğul olduğunu və “dolanmaq lazımdır, indiki dövrdə dolanmaq asan deyil” deyərək, öz aləmində insanların gözünə “kül üfürdü”.
Lakin bunun ardınca sosial şəbəkələrdə “Italian Design” holdinqin rəhbəri Franco Rizzatonun adından Ziya Məmmədovun nazir olduğu illərdə Qələbə meydanındakı (Gənclik metrostansiyası) tunelin tikintisinə 512 milyon (!) ABŞ dolları xərcləndiyinə dair yayılan məlumat, bir növ “Ucardakı fermer”ə xatırlatma oldu. Yəqin ki, bu məlumatın məhz indi dövriyyəyə buraxılması təsadüfi deyildi və maraqlıdır ki, sonradan həmin paylaşım silindi...

Lakin istənilən halda qeyd olunan rəqəm realdır və bunu rəsmi statistikaya istinadla müstəqil iqtisadçılar da təsdiqlədilər.
Bu da azmış kimi, məlum olur ki, Ziya Məmmədovun Nəqliyyat naziri olduğu dövrdə təkcə yolların tikintisi və təmirinə 10,5 milyard (!) manat xərclənib. Bunun Azərbaycan reallığında necə fantastik bir gəlir mənbəyi olduğunu təsəvvür edirsinizmi?
Biz hələ onun nazir olduğu illərdə yaratdığı “qoçu dəstələri”nin vasitəsilə sürücülərin cibinə göz dikməsini, eləcə də nazirliyə digər mənbələrdən gələn gəlirləri demirik. İndi özünüz təsəvvür edin ki, Ziya Məmmədovun bu milyardlarda nə qədər, neçə faiz payı olub...

Bir tunelə az qala bütöv bir şəhər salınacaq qədər, yəni yarım milyard dollardan artıq pul “silinən” məmləkətdə Ziya Məmmədov kimi “bulağın gözündə” oturmuş adamlardan biri indi hansı üzlə dolanmaqda çətinlik çəkdiyini, “çobanlıq” etdiyini deyə bilər axı?...
Təbii ki, bu talançılığı bütünlüklə Ziya Məmmədovun ayağına yazmaq insafsızlıq olar. Nəzərə alın ki, qeyd etdiyimiz bu milyardlarla vəsait Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb.
Bəs, haradaydı o zaman bu soyğunçuluğu görməli və bunun qarşısını almalı olan dövlət qurumları – Nazirlər Kabineti, Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və sair?
Axı bu vəsaitlərin hara və necə xərcləndiyini, ən dəqiq Nazirlər Kabineti və Hesablama Palatası izləyə bilirdi...
Buradakı mənimsəməni, talançılığı isə Baş Prokurorluq, Hesablama Palatası, Vergilər Nazirliyi və s. üzə çıxarmalıydı. Çıxardımı? Əlbəttə ki, yox.

Niyə? Bunun çoxlu sayda səbəbləri var. Məsələn, indi məşhurlaşan “Gənclik”dəki tunelin tikintisində həmin dövrün Baş prokuroru Zakir Qaralovun olduğu iddia edilən “Akkord” şirkəti də iştirak edib! Belə çıxır ki, bu tunelin tikintisində onun da "şərikliyi" var.
İkinci səbəb: Hesablama Palatasının o vaxtkı sədri Heydər Əsədov Ziya Məmmədovun doğmaca qudasıdır!
Üçüncü səbəb: O illərdəki Vergilər naziri Fazil Məmmədov da elə Ziya Məmmədovun tayıdır və sair.

Bu səbəblər siyahısını uzatdıqca uzatmaq olar. Prokuror “şərik”, Hesablama Palatasının sədri quda, qalanlar da yenə “özününkülər” – Ziya Məmmədov “qaz vurub qazan doldurmasın”, varlanmasın, bəs neyləsin?
Bəli, bu gün rəsmən üzə çıxan talançılıq, korrupsiya faktları həm də uzun illər məmur oliqarxiyasında müşahidə olunan tayfa, qohum, quda və s. əlaqələr sisteminin məhsuludur...
Bu sırada həmin illərdə Nəqlliyyat Nazirliyinin nəzdindəki “Azəryolservis” ASC-nin rəhbəri, hazırda isə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tutan Cavid Qurbanovun “zəhmətini” də yerə vurmaq düz olmazdı.
Yuxarıda qeyd edilən milyardlarda onun da “əl izləri” olmamış deyil. Ən azından ona görə ki, nazirliyin yol tikintisilə bağlı podratçı şirkətlərə sifarişləri məhz onun rəhbərlik etdiyi qurum vasitəsilə verilirdi. Təkcə 2011-2015-ci illərdə Şəki-Qax yolunun tikintisi zamanı törədilmiş irimiqyaslı korrupsiya hallarının araşdırılması və buna hüquqi qiymət verilməsi kifayət edərdi ki, C.Qurbanovun o dövrlərdəki “nailiyyətləri” barədə dolğun təsəvvür yaransın.

İstənilən yolun çəkilişi zamanı podratçı şirkətlə sövdələşərək texniki şərtləri pozmaq, Bakı-Quba yolu kimi keyfiyyətsiz “əsər” yaratmaq hesabına “qənaət edib” külli miqdarda dövlət vəsaitini mənimsəmək Nəqliyyat Nazirliyi və C.Qurbanovun qurumu üçün adi hal deyildimi? Onu da unutmayaq ki, hazırda yüksək vəzifədə olmaq törədilmiş korrupsiya əməllərinə görə cəzadan immunitet yaratmır, yaratmalı deyil!...

Əslində, “sabiqlər” mövzusunu son zamanlar istintaq orqanlarının apardıqları araşdırmalar, xüsusilə Səlim Müslümovun həbsi gündəmə gətirdi və aktuallaşdırdı. Ancaq yuxarıda adı çəkilən və çəkilməyən məmurların korrupsiya əməlləri hələ onlar vəzifədə olan zaman da mətbuatın müəyyən kəsimi tərəfindən gündəmə gətirilirdi. Lakin yazılanlara demək olar ki, məhəl qoyan yox idi.
Yəqin ki, bunun səbəblərindən biri də həmin illərdə neft pullarının “fontan vurması”, ona görə də “xırdaçılıq edilməməsi”dir. Və bəlkə də həmin “fontan vurmaqda” davam etsəydi, nə “Beynəlxalq Bank işi” kimi milyardlıq korrupsiya faktlarının, nə də Səlim Müslümov və digər “sabiqlərin” izinə düşən olmayacaqdı...“AzPolitika.info”


BİA.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

Bazar ertəsi, 06 Yanvar 2025
01:17

"Orbita” MTK-nın rəhbəri Famil Bağıyev Həmrəylik günü və Yeni il münasibətilə xalqı təbrik edib

01:08

ABŞ-dan inanılmaz: Zurabişvilini “tanımağa” hazırlaşır

23:15

Gələn il bəzi dövlətlər parçalanacaq - Deputat

23:12

Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində...

23:11

Prezident müsahibə verdi

18:30

“Nar”ın dəstəyi ilə uşaq hüquqlarına həsr olunmuş debat forum keçirildi

20:02

Tiktokda əxlaqsızlıq təbliği… – Xalq şairi çağırış etdi

19:57

Yeni Suriyada kürdlərə yer varmı? - İNCƏLƏMƏ

21:59

“Nar”ın rouminq paketləri ilə Yeni il səyahətində sərfəli ünsiyyət!

00:59

Hikmət Hacıyev Pakistan səfiri ilə görüşdü

23:59

Putin-Fitso görüşü: Çətin vəziyyət yaranıb

23:52

Zirəddinin 2024 proqnozu: süni insan yaradıldı

22:12

Prokuror “Kanal 11”in direktoruna cəza istəyib

21:57

Bayram tətilindən sonra dərslərin başlayacağı tarix açıqlandı

21:54

"Özünə hörmət edən adam “feyk” profil işlətməz" - ETİRAZ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı