Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu misilsizdir

13:33 21.09.2020 814
Dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolu misilsizdir

Əsrin müqaviləsi”nin 26 illiyi ərəfəsində Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Abşeron” yatagının dəniz əməliyyatlarının təməlqoyma mərasiminə, eyni zamanda, möhtərəm Prezidentimiz İlham Əliyevin bu mərasim çərçivəsində Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və Real Televiziyasına müsahibəsinə yönəldərək bildirib ki, dövlətimizin başçısının da vurğuladığı kimi, “Abşeron”, bir ay bundan əvvəl isə “Qarabağ” və digər layihələrin icrası istiqamətində atılan addımlar bundan sonra da Azərbaycan iqtisadiyyatının tərəqqisində neft-qaz amilinin önəmli rolunu təsdiqləyir. Möhtərəm Prezidentimiz bu fikri xüsusi qeyd edir ki, neft bizim üçün məqsəd deyil, daha yaxşı həyat yaratmaq, ölkə qurmaq üçün vasitədir. 2003-cü ildən başlayaraq “qara qızıl”ın insan kapitalına çevrilməsi tezisi irəli sürülərək bu istiqamətdə əldə olunan uğurlar da deyilənlərin təsdiqidir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1999-cu ildə Dövlət Neft Fondunun yaradılmasında da əsas məqsəd neft gəlirlərinin istifadəsində şəffaflığın qorunması, ədalət prinsipinə üstünlük verilməsidir. Fondun maliyyələşdirdiyi istiqamətlərə diqqət yetirdikdə görürük ki, ölkənin hərtərəfli inkişafı əsas hədəfdir.

Azərbaycan nefti tam şəkildə xalqın maraqlarına xidmət edir. Azərbaycan bütün beynəlxalq reytinqlərdə ən qabaqcıl yerlərdədir. Əməkdaşlıq əlaqələrini regional çərçivədən beynəlxalq müstəviyə doğru inkişaf etdirən Azərbaycan bu gün bütün dünyada təşəbbüsləri gerçəkliyə çevirən ölkə kimi tanınır və nüfuz qazanır. Çoxlarına əfsanə kimi görünən BTC və BTƏ neft-qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın istifadəyə verilməsi, cari ilin sonuna qədər layihənin digər tərkib hissəsi olan TAP-ın istifadəyə verilməsinin nəzərdə tutulması da deyilənləri bir daha sübut edir. 2017-ci ildə Ulu Öndərin müəllifi olduğu “Əsrin müqaviləsi”nin icra müddətinin 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan “Yeni əsrin müqaviləsi”nin imzalanması bir daha Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, ölkəmizin dünyanın enerji təhlükəsizliyinin təminatında aparıcı rolunu artırır. Bu gün Azərbaycanda uğurlu neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı sürətləndirilir, infrastruktur layihələri həyata keçirilir, bazar iqtisadiyyatının əsas aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafı prioritet məsələ kimi öndə saxlanılır.

Bu gün Azərbaycan infrastruktur layihələrinin icrasına verilən dəyərə görə dünyada qabaqcıl yerdədir. Davos Dünya İqtisadi Forumu avianəqliyyat, dəmir yolu nəqliyyatı sahələrində Azərbaycanı 11-12-ci yerlərə layiq görüb. Ölkəmiz yol infrastrukturunun keyfiyyətinə görə dünyada 27-ci yerdədir. Bir sözlə, “Əsrin müqaviləsi” Azərbaycana bütün sahələrdə uğurlar qazandırıb və hazırda bunların əsasında qarşıdakı dövrün hədəfləri müəyyənləşdirilir. Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək istəyimiz də ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlu icrasının nəticəsidir. Möhtərəm Prezidentimiz İlham Əliyev qeyd olunan müsahibəsində bu mühüm məqamı xüsusi qeyd etmişdir: “Budur, müstəqilliyin üstünlüyü. Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir.” Azərbaycan neftinin 2006-cı ildə, 28 May-Respublika Günündə Ceyhan terminalına çatması da oz rəmzi mənası ilə diqqət çəkmişdi. Bu mühüm hadisə bir daha dövlət müstəqilliyimizin möhkəmləndirilməsində “Əsrin müqaviləsi”nin rolunu dünyaya təqdim etdi.

Qeyd edək ki, yeni neft strategiyasının əsas icraçılarından olan SOCAR bu gün dünya miqyasında modern beynəlxalq şirkətə çevrilib. Hazırda SOCAR Türkiyə, Gürcüstan, Ukrayna və digər xarici ölkələrdə böyük investisiya layihələri həyata keçirir. Şirkət ölkəmizdə zəngin neft-qaz ehtiyatlarına malik yataqların xarici tərəfdaşlarla birgə işlənməsini həyata keçirərək ixrac imkanlarımızı daha da genişləndirir. SOCAR-ın malik olduğu imkanlar ona hər bir layihəni uğurlu sonluqla başa çatdırmağa stimul verir. Ən əsası, qurumda yüksək ixtisaslı kadrların önə çəkilməsi müasir dövrün tələbləri ilə tam uzlaşır, yeni-yeni hədəflərə yol açır.

Tural Hüseynli,
iqtisadcı-ekspert, Nəsimi rayonu.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO