Şəmil Ziyadov: "Ölkəmizdə icra edilən infrastruktur layihələri arasında su layihələri xüsusi yer tutur"

15:45 28.07.2020 1 398
Şəmil Ziyadov: "Ölkəmizdə icra edilən infrastruktur layihələri arasında su layihələri xüsusi yer tutur"

Bu gün dünyada koronavirus pandemiyasının bir çox ölkələrin iqtisadiyyatına ciddi ziyan vurması, neftin qiymətinin kəskin aşağı düşməsi fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq müstəvidə baş verən problemin ¬yarada biləcəyi fəsadların neytrallaşdırılması istiqamətində zəruri ¬addımlar atılmaqla yanaşı, bütün infrastruktur layihələri də uğurla və ardıcıl şəkildə davam etdirilir. Bu sahədə görülən işlər, əldə edilən göstəricilər, Azərbaycan üçün böyük nailiyyətdir və Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasətin bariz ifadəsidir.

İyulun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilmişdir. Müşavirədə Azərbaycanda bütün infrastruktur layihələrinin ardıcıl şəkildə icra edildiyini və respublikamızın sürətlə inkişaf etdiyini vurğulayan cənab prezident ölkəmizdə elektrik enerjisinin istehsalı ilə bağlı böyük həcmli işlər görüldüyünü və itirilmiş güclərin bərpası məsələlərinin öz həllini tapdığını qeyd etmişdir. Real həqiqətdir ki, bu gün dünyanın bir çox dövlətləri Azərbaycandan daha çox enerji ehtiyatlarına malik olsalar da, bu sahə üzrə hələ də daxili imkanlar hesabına etibarlı təminatlarını həyata keçirməkdə çətinlik çəkirlər. Ancaq Azərbaycan malik olduğu enerji ehtiyatlarından nəinki təkcə ölkə iqtisadiyyatının gücləndirilməsi üçün istifadə edib, həm də bu sahə üzrə artıq tam təhlükəsizliyə nail olub.

Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə imkan yaratmışdır ki, biz özümüzü artıq uzun müddət ərzində elektrik enerjisi ilə təmin edək. Əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımız da yaranıb, 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Ölkəmizdə həyata keçirilən genişmiqyaslı infrastruktur layihələri sırasında qazlaşdırmaya aid olanların da mühüm əhəmiyyəti vardır. Məhz onların gerçəkləşməsi nəticəsində şəhərlərin, rayon mərkəzlərinin, iri kənd və qəsəbələrin mavi yanacaq problemi tam həll olunmaqla yanaşı, ən ucqar dağ kəndləri də qazla təmin edilmiş və ölkəmizdə qazlaşdırma 96 faizə çatmışdır. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Respublikamızda nəqliyyat infrastrukturu da böyük dərəcədə müasirləşmişdir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə isə 12-ci yerdədir. Avtomobil yollarının keyfiyyətinə görə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bir sözlə, Davos hesabatında bizim yüksək yerə malik olmağımız reallığı əks etdirir.

Ölkəmizdə icra edilən infrastruktur layihələri arasında su layihələri xüsusi yer tutur. Prezident İlham Əliyevin müşavirədəki nitqində vurğulandığı kimi, Azərbaycanda 2004-cü ildən ilk regional inkişaf proqramı qəbul ediləndən bəri ölkənin həm təsərrüfat, həm də içməli su ilə təchizatının yaxşılaşdırılması üçün vacib tədbirlər həyata keçirilmişdir. Məhz həmin tədbirlər nəticəsində ölkədə içməli su ilə təchizat 40 faizdən 70, bölgələrdə 9 faizdən 63 faizə çatmışdır. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faizdən, təxminən 82 faizə yüksəlmişdir.

Göründüyü kimi bu istiqamətdə məqsədli formada uzaq hədəflərə hesablanan layihələr icra olunmaqdadır. Oğuz-Qəbələ-Bakı su kəməri, Taxtakörpü su anbarının tikintisi, Ceyranbatan su anbarının yenidən qurulması və müasir təmizləyici qurğuların inşa edilməsi, Şəmkirçay, Göytəpə, Tovuzçay su anbarları bu qəbildən olan layihələrdir. Ümumiyyətlə Azərbaycanda içməli su və suvarma suyu ilə təminatın 100 faiz təmin olunması üçün bir sıra iri layihələr davam etdirilir.
Düzdür, bu sahədə problemlər hələ də mövcuddur. Çünki qlobal iqlim dəyişilmələri ilə əlaqədar dünyada, o cümlədən Azərbaycanda müşahidə olunan uzun sürən quraqlıqlar, o cümlədən son 2-3 ildə çaylarda baş verən sel və daşqınlar içməli su problemi yaratmaqdadır.

Su çatışmazlığı ilə yanaşı, digər ciddi bir məqam isə çayların, xüsusilə transsərhəd çaylarının sularının qonşu ərazilərdə çirklənməsi və keyfiyyətlərinin pisləşməsi ölkədə sosial-ekoloji gərginliyi gücləndirən əsas amildir. Digər ciddi bir məqam isə qlobal miqyasda su qıtlığının yaranması ilə bağlı olan məsələdir. Belə ki, dünya alimlərinin də hesablamalarına görə, sonrakı dönəmlərdə dünyada su qıtlığı getdikcə daha da artmış olacaqdır. Odur ki, itkilərin kəskin azaldılması ilə bağlı kompleks tədbirlər görülməli, su ehtiyatlaırndan düzgün istifadəni edilməli və bu istiqamətdə indidən addımlar atılmalıdır. Çünki su həyat deməkdir. İlk növbədə, insanların sağlamlığı böyük dərəcədə təmiz içməli sudan asılıdır.

Şəmil ZİYADOV,
Bərdə Rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəisi.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi