“Din amili öndə olsaydı, o zaman gərək İran Ermənistana dəstək verməsin”

15:32 23.07.2020 808
“Din amili öndə olsaydı, o zaman gərək İran Ermənistana dəstək verməsin”

Rəsmi İrəvanın 12 iyul hərbi avantürasından sonra Ermənistan-Azərbaycan münaqişəsinidə yeni mərhələnin başlandığını söyləyə bilərik.

Yenisabah.az xəbər verir ki, bu mərhələdə Bakının artıq təcavüzkarla öz dilində danışmağı prinsip olaraq qəbul etdiyi müşahidə edilir. Əslində Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” bəyanatından sonra rəsmi Bakı “hücum diplomatiyası”na keçid almışdı. İstər danışıqlar prosesində, istərsə də hərbi müstəvidə işğalçı ölkəyə adekvat münasibətin sərgilənməsinə başlanılmışdı.

Söz yox ki, əvvəllər də Azərbaycan bütün müstəvilərdə özünün haqlı mövqeyini lazımi qaydada müdafiə edirdi. Lakin bu müdafiə siyasəti sülh danışıqlarının pozulmaması üçün təmkinlə aparılırdı. Amma Ermənistanın Baş naziri Nikol Paşinyanın avantürist bəyanatları, eyni zamanda işğalçı ölkənin hərbi təxribatları Bakının “ən yaxşı müdafiə hücumdur” prinsipilə davranmasını zərurətə çevirdi.

12 iyulda baş verənlər isə ritorikanın daha da sərtləşməsinə səbəb olub. İndi Bakı hətta ATƏT-in Minsk qrupunu imitasiyada ittiham edir, Ermənistanla əlaqələr quran ölkələri İrəvanla münasibətlərə yenidən baxmağa çağırır. Xüsusilə, Ermənistanla iqtisadi-siyasi əlaqələr quran müsəlman ölkələrinə konkret mesajlar verir. İlham Əliyevin bir neçə gün əvvəl səsləndirdiyi fikirləri xatırlatmaq yerinə düşər:

“Bəzən, bəzi müsəlman ölkələrinin dövlət başçıları Ermənistana rəsmi səfərlər edirlər. Əlbəttə ki, bu, bizi haqlı olaraq narahat edir. Bunu açıq şəkildə deyirik, həmrəylik sözdə yox, əməldə olmalıdır.

Müsəlman məscidlərini dağıdan Ermənistanla hansı əlaqələr ola bilər? Açın baxın internetdə, görün Ağdam məscidi nə gündədir, Şuşa məscidi nə gündədir, digər şəhərlərdəki məscidlər nə gündədir, onları söküblər”,

Göründüyü kimi dövlət başçısı səviyyəsində müsəlman ölkələrindən sözdə yox, əməldə həmrəylik tələb olunub. Azərbaycanın təcavüzə uğrayan tərəf olduğunu nəzərə alsaq, bu haqlı tələbdir.

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa mövzunu Azerinform.az-a şərh edərkən deyib ki, dünya ölkələri dini mənsubiyyətindən asılı olmayaraq Ermənistan-Azərbaycan münaqişəsində həqiqətin tərəfində olmalıdır. Konkret olaraq müsəlman ölkələrinə gəlincə, deputatın fikrincə, Azərbaycanın diplomatik korpusu ciddi iş aparılmalıdır:

“Ərəb ölkələrindən tutmuş digər müsəlman dövlətlərə qədər hamısı ilə çevik münasibətlərin qurulmasına çalışılmalıdır. Onların real dəstəyini qazanmaq əlbəttə ki, Azərbaycan üçün avantajdır.

Amma bir məqamı qeyd edim ki, bu məsələdə təkcə müsəlman ölkələrindən söhbət getmir. Əgər din amili öndə olsaydı, o zaman gərək İran Ermənistana dəstək verməsin. Nəzərə almaq lazımdır ki, Azərbaycanda kafaca İrana yaxın şəxslər var. Ermənistanın hərbi təcavüzü nəticəsində onların da qohumu, qardaşı şəhid ola bilər. Ən azı İran bunu nəzərə alaraq Ermənistana dəstək verməyə bilərdi. Amma dəstək verirsə, deməli, din amili, müsəlman birliyi məsələsi siyasi maraqların arxasına keçir.

Mənim fikrimcə, dini mənsubiyyətindən asılı olmayaraq Azərbaycanla səmimi şəkildə yaxınlıq edən bütün ölkələrlə bu məsələni müzakirə etmək olar”, - deyə Fazil Mustafa bildirib.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:27

Kəşfiyyat iranlıların telefon danışığını dinlədi və şoka düşdü

23:10

Kimlərinsə "qarışqadan fil düzəltmək" EŞQİ - Əslində Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırova KİMDİR...

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO