Aparılacaq təmir işləri ilə əlaqədar iyulun 4-ü və 5-də paytaxtın “3-cü mikrorayon” dairəsi üzərindən keçən yolötürücüsünə “20 yanvar dairəsi” istiqamətindən giriş müvəqqəti olaraq məhdudlaşdırılacaq.
Yenisabah.az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinə sitinadən xəbər verir ki, sürücülər alternativ olaraq prospektin köməkçi yolundan, həmçinin Asif Məhərrəmov, Ceyhun Səlimov və Əbdulvahab Salamzadə küçələrindən istifadə edə bilərlər.