AZƏRBAYCANLI QIZ RUSİYADA QƏHRƏMAN OLDU - Foto/Video
gundem / olke
13:30
10.06.2020
1 718
Onları bugünlərin əsl qəhrəmanları da adlandırmaq olar. Çünki tibb işçiləri insanların sağlamlığını, həyatını təhdid edən koronavirusa qarşı mübarizədə fədakarlıq göstərirlər. Onlar öz peşələri gərəyincə həyatlarını riskə ataraq, ilk növbədə, şübhəli şəxsləri müayinə edir, onları təcrid olunan ərazilərə aparır, infeksiyaya yoluxan şəxslərin birbaşa müalicəsi ilə məşğul olurlar. Belə qəhrəmanlardan biri də həmyerlimiz, əslən Gəncə şəhərindən olan Nuranə Eminovadır. O, Rusiyanın Krasnoqorsk şəhərində yaşayır. 2 nömrəli şəhər xəstəxanasında tibb bacısı işləyən Nurənə xanımı indi bütün Rusiyada tanıyırlar: Sadəcə qəhrəman tibb işcisi kimi! "Krasnoqorskie vesti" qəzetində onun qəhrəmanlıgı barədə maraqlı yazılar, şəkillər dərc olunub.
Öz peşəsinə, Hippokrat andına sadiq olan Nuranə Eminova ilk gündən koronavirusa qarşı mübarizədə böyük əzmkarlıq, cəsarət nümayiş etdirib. Bir ay müdətində 6000 nəfərdən artıq xəstədən nümunə götürən Nuranə xanım inanılmaz rekorda imza atıb. O, deyir ki, əsas odur ki, mən sadəcə öz vəzifə borcumu yerinə yetirmişəm. Mən oz millətimə xas olan ən yüksək xüsusiyyətləri nümayiş etdirərək və öz həyatımı risk altına ataraq xəstələrə xidmət göstərmişəm. Bir azərbaycanlı olaraq ən azından bu mənimm insanlıq borcumdur.
Bəli, qəhrəmanlıq bizə tariximizin dərinliklərə uzanan qatlarından gəlir. Uzaq ellərdə xalqımızın başını ucaldan qəhrəman tibb bacısı Nuranə Eminova bu gün də iş başındadır. Kimlərinsə evindən, mənzillərindən çölə çıxmasına qadağa qoyulduğu bu günlərdə daim öz pasiyentlərinin, infeksiyaya yoluxma şübhəsi olan şəxslərin yanındadır.
"Hər qaranlıq gecənin bir işıqlı sabahı var” deyib ulular. Bütün dünyada pandemiyaya çevrilmiş koronavirus təhlükəsi də sovuşacaq. Öz vəzifə borcunu ləyaqətlə yerinə yetirən tibb işcilərinin əməyi isə heç zaman unudulmayacaq.
Qaynarxett.az olaraq aşagıda foto- faktları oxuculara təqdim edirik: