Prezidentin bəyanatının hədəfində kim var?

11:59 8.06.2020 980
Prezidentin bəyanatının hədəfində kim var?

"Mənim ünvanıma gələn minlərlə məktubda korrupsiya, rüşvətxorluqla bağlı bizim mübarizə çox yüksək qiymətə layiq görülür. Vətəndaşlar bunu təqdir edir, bəyənir və biz görürük ki,yerlərdən artıq siqnallar gəlməyə başlayır. Mən bir daha demək istəyirəm ki, mütləq ictimai nəzarət olmalıdır”.

Rubrika.Az musavat.com-a istinadla bildirir ki, bunu prezident İlham Əliyev iyunun 3-də Ağcabədidə "ASAN Həyat” kompleksinin açılışında çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, məmur özbaşınalığı ilə bağlı hər bir siqnal araşdırılacaq: "Təbii ki, bu siqnallar ədalətli olmalıdır. Burada da hansısa qarayaxma kampaniyasına yol vermək və kortəbii yanaşmaq olmaz. Hər bir siqnal ciddi araşdırılacaq. Çünki istisna deyil ki, kimsə yalandan ortalığa bir məlumat ata bilər, kiminsə kimdənsə xoşu gəlmir, onun haqqında nəsə yaza bilər, belə hallar da var. Ona görə ilk növbədə ədalət və ictimai nəzarət təmin edilməlidir. Əminəm ki, biz korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də qalib gələcəyik”.

Dövlət başçısının məmurlara yönəlik bu fikirləri məmurlara mesaj kimi qəbul olunur. Növbəti məmur həbslərinin əslində anonsunun verildiyi qeyd edilir. Eyni zamanda, bununla prezidentin öz xalqını məmurların qanunsuz əməllərindən, rəftarlarından bir daha qoruduğu vurğulanır.

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli proseslərin davamlı olacağını düşünür: "Prezident öz nitqində korrupsiyaya, rüşvətxorluğa, məmur özbaşınalığına son qoyulması üçün ilk növbədə ədalət və ictimai nəzarətin təmin edilməsinin vacibliyini vurğuladı. Düşünürəm ki, hər iki prinsipin əsasında ciddi islahatların anonsu dayanır. Nə üçün ədalət? Çünki bütün korrupsiya halları ilə bağlı problemlərin həlli yolları məhkəmə-hüquq sistemində aparılan islahatlardan keçir. Məhkəmə-hüquq sistemində aparılan islahatların təməl fəlsəfəsi dövlətin ədalətinin bərqərar olunmasını, vətəndaşın məhkəmə-hüquq sisteminə olan inamın və etimadını təmin etməkdir. Bu halda istənilən vicdanlı Azərbaycan vətəndaşı korrupsiya, rüşvət, məmur özbaşınalığı ilə bağlı faktları məhkəmə müstəvisinə çıxarmaqdan çəkinməyəcək, hüquqlarının qanunvericilik səviyyəsində qorunacağına şübhə etməyəcək. Bu məqsədlə müvafiq addımlar atılır, amma islahatların daha da dərinləşəcəyi qənaətindəyəm. Bu geniş, uzunmüddətli bir prosesdir. Kimliyindən asılı olmayaraq, Azərbaycanda hər kəsi qanunlarla yaşamaq vərdişinə alışdırmaq lazımdır. Yəni məhkəmə-hüquq sistemində aparılan islahatlar təkcə qanunvericilik aktlarına edilən əlavə və dəyişikliklərlə, eləcə də bu əlavə və dəyişikliklərin icrası ilə məhdudlaşmamalı, bu istiqamətdə geniş marifləndirmə işi həyata keşirilməlidir.


Korrupsiya və rüşvət faktları nəticədir. Nəticənin aradan qaldırılması vacibdir, amma korrupsiyaya və rüşvətə zəmin yaradan səbəblərin aradan qaldırılması bundan daha vacibdir. Məhz bu səbəbdən, ələbaxımlılığa imkan yaradan əməkhaqqı siyasətindən başlamış bütün məqamlar diqqətlə incələnməli və korrupsiyaya zəmin yaradan halların aradan qaldırılması üçün çevik mexanizmlər tətbiq olunmalıdır. Bu məsələdə ictimai nəzarət xüsusi yerə malikdir. Nə üçün ictimai nəzarət? Çünki ictimai nəzarəti təmin etmədən şəffaflığa nail olmaq mümkün deyil. Şəffaf olmayan istənilən işdə isə korrupsiya halları olacaq. Bununla yanaşı ictimai nəzarətin özü də şəffaf bir prosesə çevrilməlidir. "İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa yenidən baxılmalı, formalizmə imkan yaradan bütün hallar aradan qaldırılmalı, dövlət qurumları üzərində tam şəffaf ictimai nəzarət təmin edilməlidir. Düşünürəm ki, bu məsələdə Kütləvi İnformasiya Vasitələrinin, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakının təmin edilməsində böyük ehtiyac var. Prezidentin məmur özbaşınalığı ilə bağlı siqnallar araşdırdığı barədə fikirlərinə gəldikdə isə, bu prosesin davamlı olacağı qətiyyən şübhə doğurmur. Dövlət başçısı bununla həm də cəmiyyətə mesaj verir, vətəndaşları islahat prosesində fəal və obyektiv olmağa çağırır. Bununla yanaşı, məmur özbaşınalığına zəmin yaradan halların aradan qaldırılması istiqamətində də ciddi addımların atıldığının, məmur-vətəndaş təmaslarının minumuma endirildiyinin şahidi oluruq. Yəni Azərbaycan islahatları konseptual və praktiki həll mexanizmləri ilə həyata keçirir. Bu təhtəlşüur bir proses deyil. Ardıcıl xarakter daşıyan, şəffaflığın təmin edilməsi üçün konkret və işlək mexanizmlərin tətbiq olunduğu bir prosesdir. Bu arada Azərbaycanın korrupsiyaya qarşı mübarizə sahəsində Avropa Şurasına üzv 50 ölkə arasında 7-ci, MDB məkanında isə 1-ci yerə yüksəlməsi faktını da xüsusi qeyd etmək istəyirəm. Bu kifayət qədər ciddi bir göstəricidir və ölkəmizdə həyata keçirilən islahatların effektivliyini bir daha təsdiqləyir”.

REAL-ın icraçı katibi Natiq Cəfərli: "Azərbaycanda korrupsiyaya qarşı mübarizə hələ ki, nəticələrlə mübarizədən keçir. Bu da lazımdır. Korrupsiyaya bulaşmış istənilən məmurun cəzalandırılması, həbs olunması, işdən çıxarılması bir cəza mühitinin formalaşmasına səbəb olur. Bu da pozitiv bir məsələdir. Amma hələ ki, nəticənin yox, səbəblərin aradan qaldırılması üçün ciddi addımların atılmasına böyük ehtiyac var. Azərbaycanda korrupsiya sahəsində ən böyük problemlərdən biri büdcə korrupsiyasıdır. Büdcədən ayrılan vəsaitlərin normal xərclənməməsi var. Qeyri-şəffaflıq hökm sürür. Bu da orta və yüksək səviyyəli məmurların büdcə vəsaitlərinin xərclənməsində korrupsiya sxemlərindən istifadə etmələrinə imkanlar, fürsətlər yaradır. Bu istiqamətdə qanunvericilik səviyyəsində dəyişikliklərə böyük ehtiyac var.

Burada hətta bir çox ölkələrin təcrübəsindən də istifadə etmək olar. Məsələn, Türkiyədə tenderlər canlı yayımda həyata keçirilir. Nəticədə insanlar şəffaf şəkildə mübarizə aparırlar. Əslində bu bir çox ölkələrin praktikasında var. Sadəcə, bizim insanlar türk telekanallarına daha çox baxırlar. Bizdə qanunvericilik səviyyəsində məsələlər həll olunmasa, korrupsiyanın özü ilə mübarizə aparmaq o qədər də effektli və məntiqli deyil. Söhbət ondan gedir ki, korrupsiyanı yaradan səbəblərin aradan qaldırılması üçün ciddi işlər görülməlidir - həm qanunvericilik, həm də insanların məlumatlandırılması səviyyəsində. Dünyada korrupsiyaya qarşı mübarizədə ən effektli alətlərdən biri vətəndaş cəmiyyəti və mediadır. Azərbaycan hökuməti və dövləti media, vətəndaş cəmiyyəti əməkdaşlıq edərək bu prosesdə onların da dəstəyinə arxalanaraq bu işdə ciddi nəticələr əldə edə bilər”.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi