DGK-da FÖVQƏLADƏ VƏZİYYƏT - Bu il ŞİŞİRDİLMİŞ PLANI ödəyə bilməyəcəklər...

16:19 27.02.2020 684
DGK-da FÖVQƏLADƏ VƏZİYYƏT - Bu il ŞİŞİRDİLMİŞ PLANI ödəyə bilməyəcəklər...


Bütün dünyanı ağuşuna alan Koronavirusu bütövlükdə iqtisadiyyata ciddi ziyan vurmağa başlayıb. Artıq dünya birjalarında neftin qiyməti kəskin olaraq ucuzlaşmağa başlayıb.
Çin kimi böyük bazar dünyaya qapanıb. İdxal-ixrac əməliyyatlarında kəskin azalmaların baş verəcəyini artıq dünya ölkələrinin gömrük qurumları aşkar etiraf edirlər. Çinlə ticarət əlaqələri olan neft ölkələri(dünyada ən çox neft idxal edən ölkələr sırasında Çin ilk beşlikdədir), ticarət dövriyyələrində azalmanın baş verdiyini etiraf etməsələr də, virusun təsir müddəti bir neçə ay da davam edərsə, o zaman gömrük göstəriciləri kəskin azala bilər.

Azərbaycanın da neft ölkəsi olaraq iri ticarət tərəfdaşlarından biri də Çindir.

Bu ilin yanvar ayına olan məlumata əsasən Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 120 milyon 72,5 min ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilin yanvar ayı ilə müqayisədə 29 milyon 819,9 min dollar və ya 33% çoxdur. Lakin idxal rəqəmləri daha böyükdür. yanvar ayında ixracın həcmi 3 milyon 309,3 min dollar və ya 2,2 dəfə artaraq 6 milyon 80 min dollar, idxalın həcmi isə 26 milyon 510,6 min dollar və ya 30,3% artaraq 113 milyon 992,4 min dollara çatıb.

Rəqəmlər yanvar ayına aiddir və göründüyü kimi, Dövlət Gömrük Komitəsi iddia edir ki, idxalat 30 faizdən də çox artıb.

Lakin başqa bir statistik məlumata əsasən isə 2020-ci ilin yanvar ayında 107 milyon 912,4 min dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici ötən ilin eyni ayı ilə müqayisədə 23 milyon 201,3 min dollar və ya 27,4% çoxdur

Yəni ümumi ticarət dövriyyəsində mənfi saldo artıb.

Hələlik Dövlət Gömrük Komitəsi fevral ayına görə Çinlə ticarət dövriyyəsinə dair rəsmi rəqəmləri açıqlamayıb. Dünya üzrə Çinlə ticarət əlaqələrini məhdudlaşdıran ölkələrin sayı hər gün artır. Azərbaycanın Çinlə yanaşı, qonşusu olan İranda da virus sürətlə yayılır və Azərbaycanla İran da ciddi ticarət əlaqələri olan ölkədir.

Hazırda Azərbaycanla İran arasında ticarət dövriyyəsi 446 milyon dollardır, bunu 414.8 miyon dolları İrandan idxal, 31,2 milyon dolları isə Azərbaycandan İrana ixracdır. Yəni idxal ixracatdan ən azı 12 dəfədən də çoxdur. Azərbaycan İrandan əsasən ərzaq və kənd təsərrüfatı məhsulları, o cümlədən də tibbi təyinatlı dərman pereparatları idxal edir.

Dünəndən isə Azərbaycan Gürcütsanla da sərhəddə ciddi məhdudiyyətlər tətbiq etməyə başlayıb. Gürcüstanla Azərbaycanın idxal ixrac əməliyyatları mühim göstəricilərlə müşayyət edilməsə də, nəticədə Gürcüstan Azərbaycanın Türkiyə və dünya bazarları üçün strateji dəhliz rolunu oynayır. Əgər gömrükdə bu qonşu ilə məhdudiyyətlər tətbiq edilirsə, deməli Azərbaycanın İranla sərhəddə tətbiq etdiyi məhdudiyyətlər, sonuc olaraq alternativ bazar kimi Türkiyədən istifadə imkanlarını da məhdudlaşdıracaq. Üstəlik də, Azərbaycan daxili bazarını ucuz kənd təsərrüfatı məhsulları ilə təchiz edən İrana alternativ olaraq Türkiyə bazarının təklifçi olaraq çıxması da mümkünsüzdür. Çünki Türkiyədə kənd təsərrüfatı məhsulları İranla müqayisədə çox bahadır.

Deməli İran, Gürcüstan, Türkiyə ilə sərhədlərdə məhdudiyyətlərin tətbiq edilməsi, fevral ayı üçün gömrük hesabatlarının kəskin aşağı düşməsi, proqnoz öhdəliklərinin yerinə yetirilə bilməməsi ilə müşayyət ediləcək.

Lakin Dövlət Gömrük Komitəsi hələ ki, mövcud vəziyyətlə bağlı heç bir açıqlama verməyib. Gundeminfo.az-a gömrük sistemindəki mənbələrdən daxil olan informasiyada bildirilir ki, büdcə öhdəliklərini rəsmi və süni rəqəmlərlə eyniylə əvvəlki aylarda olduğu kimi göstərmək tapşırığı verilib. Tapşırıq birbaşa komitə sədrindən gəlib deyən mənbə iddia edir ki, Səfər Mehdiyev nə olursa-olsun büdcə ödəmələri üzrə hesabatları ən yüksək səviyyədə saxlamağın vacib olduğunu deyib.

Məlumata əsasən S.Mehdiyev hətta bununla bağlı olaraq qapalı toplantı da keçirib və yüksək vəzifəli məmurlara "gedin evlərinizi, maşınlarınızı satın" göstərişini də verib. Yəni hesabatlar olduğu kimi qalmalı və Komitənin heç nə olmamış kimi davranması üçün qara kassalar formalaşdırılmağa başlanılıb.

Mövzu ilə bağlı DGK-nin də mövqeyini dərc etməyə hazırıq.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi