İstanbul Polis İdarəsinin terrorla mübarizə şöbəsinin əməkdaşları “İslam dövləti” terror qruplaşmasının tərəfdaşlarına qarşı əməliyyat keçiriblər, əməliyyat nəticəsində 35 nəfər saxlanılıb.
Oxu.Az xəbər verir ki, bu barədə çərşənbə günü hüquq-mühafizə orqanlarında olan mənbəyə istinadən “Anadolu” agentliyi məlumat yayıb.
Polislər İstanbulun Sultanbəyli və Pendik rayonlarında eyni anda 41 ünvan üzrə axtarış keçiriblər. Axtarışların nəticəsində İŞİD-ə aid olan əsgər ləvazimatı və sənədlər aşkar edilib.
Saxlanılan şəxslərin terrorizm ilə mübarizə şöbəsinə gətirildikləri bildirilib.