
Gürcüstanın Xarici İşlər Nazirliyi Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş “referendum”la bağlı bəyanat yayıb.
Bəyanatda deyilir ki, Gürcüstan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımır. Buna müvafiq olaraq fevralın 20-də keçirilən referendumu və onun nəticələrini də tanımır.
Gürcüstan XİN hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında nizamlanması üçün dialoq davam etdirilməlidir.