Ucar Pambıq Emalı Zavodu məhsulun 90 faizindən çoxunu Türkiyəyə ixrac edir

16:27 28.05.2019 1 542
Ucar Pambıq Emalı Zavodu məhsulun 90 faizindən çoxunu Türkiyəyə ixrac edir

Qarlı-şaxtalı qışın arxada qalması, parlaq günəşli, gur yağışlı baharın yurdumuza qədəm qoyması sanki hər şeyə həyat verib. Təbiətdəki canlanma cəmiyyətə də siyarət edib. Hər kəsin hərəkətində, davranışında qurub yaratmaq, əkib becərmək enerjisi hiss olunmaqdadır.
Baharın gəlişi kənd yerlərində daha çox hiss olunur. Artıq arpa və buğda əkilən sahələr yaşıllaşıb. Dağların döşünə yayılan qoyun-quzular təzə-təzə yerdən çıxan yaşıl otlardan yeyərək qış aclığını aradan qaldırır, ətlərini təzələyir. Payızdan şumlanmış pambıq əkin sahələri isə arata qoyulur və malalanaraq çiyid səpini üçün hazırlanır, yaxud da səpin aparılır.
Pambıq emalı müəssisələri də mövsümə ciddi hazırlaşırlar. Böyük tarixə malik Ucar Pambıq Emalı Zavodunda da həyat qaynayır. Keçən ildən ölkə Prezidenti İlham Əliyevin tapşırığı əsasında ənənəvi əkin sahələrinin, o cümlədən də pambıqçılığın inkişafı ilə bağlı genişmiqyaslı işlərə başlanması zavoda yeni nəfəs verib. Uzun fasilədən sonra müəssisə keçən il böyük həcmdə məhsul qəbuluna başlasa da, burada çalışmış təcrübəli işçilər sayəsində işləri yoluna qoymaq mümkünləşib. Xüsusən də təcrübəli rəhbər Şaban Səmədov işlərin öz məcrasında getməsi üçün bütün bilik və bacarığını sərf edib. Pambıq qəbulu dövründə burada uzun zaman istifadə olunmuş avadanlıqları ram etməyi bacaran Ş.Səmədov yığımdan sonra sahələrin şumlanmasına texnikaların cəlb olunmasına nail olub. Beləliklə də müəssisə keçən il 3 min hektar sahə üzrə fermerlərlə müqavilə bağlamışdısa, bu il həmin həcm artıq 8 min hektara yaxındır.
Bundan başqa, keçən il Ağsu, Ağdaş və Zərdab olmaqla 3 rayonun fermerləri ilə müqavilə bağlandığı halda bu il Ucar fermerləri də artıq zavodla (keçən il Ucardakı zavod gec fəaliyyətə başladığı üçün ucarlı fermerlər Ağcabədidəki analoji qurumla müqavilə imzalamışdılar) iş birliyinə başlayıblar. Konkret olaraq cari il üçün orta hesabla 750 müqavilə imzalanıb. Həmin prosesdə təxminən 3 min nəfərə yaxın insanın iştirak edəcəyi gözlənilir. Bura şumdan tutmuş arat, malalama, becərmə, yığılma və sair işlər daxildir.
Direktor Şaban Səmədov bildirdi ki, keçən il məhsuldarlıqla bağlı vəziyyət ürəkaçan olmayıb. Bu da onda xeyli narahatlıq yaradıb. Səbəb isə həmişə nümunə göstərilən bir müəssisənin indi üzərinə götürdüyü öhdəliyə əməl edə bilməməsi, sınaqdan tam çıxa bilməməsidir. Halbuki burada da obyektiv və subyektiv səbəblər var. Əgər bunlardan biri pamıq əkininə gec başlanması idisə, digər səbəb pambıq yığımı dövründə havaların yağmurlu keçməsidir. Bu da hər hektarın orta məhsuldarlığının cəmi 12 sentnerə yaxın olması kimi qeyri-qənaətbəxş bir vəziyyətlə müşayiət olunmuşdu.
“Hazırda yeni mövsümlə bağlı şum, arat və malalama işlərinə başlanıb” - deyən müsahibimiz Ağdaş rayonundan olan fermerlərdən xüsusi razılıq ifadə etdi. Onun sözlərinə görə, artıq bu rayonda torpaq şumlanıb, arat edilib və malalanmaya start verilib. Bu günədək 3 min hektardan çox sahə şumlanaraq arat edilib. Keçən il isə bu həcm cəmi 1100 hektar olub. Real olaraq ağdaşlıların əkin mədəniyyəti qənaətbəxşdir. Hər işi də öz xərcləri ilə icra edirlər. Əkin və becərmə üçün zavoddan avans şəklində vəsait də götürülmür.
Təcrübəli təsərrüfat başçısı deyir ki, bu qış qarın çox yağması da şumlanan sahələrdən daha çox məhsul götürülməsinə münbit zəmin yaradıb. Konkret olaraq şum dəyib. Artıq təsərrüfatlara lazım olan bütün texnikalar verilib.
Keçən il zavod fermerlərdən 3 min 26 ton pambıq qəbul edib. Bunun da 90 faizindən çoxu mahlıc şəklində Türkiyəyə satılıb. Çiyid isə Şirvan şəhərindəki Yağ-Piy Kombinatına gedir. Ümumi məhsulun 50 faizi çiyid, 40 faizi mahlıc, qalanı da ikinci dərəcəli məhsuldur. Hazırda bu müəssisə ən yüksək mahlıc sentneri verən zavoddur.
Texniki təminat da getdikcə yaxşılaşdırılır. Müəssisə bu yaxınlarda 8 ədəd yeni pambıqyığan kombayn alıb. Əlavə 2 ədəd də gözlənilir. Bundan başqa, əkin məqsədilə Türkiyədən 150 ton çiyid gətirilib. Əlavə olaraq 20 ton da keçən ildən qalandır.
Belarusdan tələb olunan səviyyədə azot, fosfor və kalium gübrələri alınıb. Ümumi həcm 200 tondur. Həmin gübrələrin maladan qabaq əraziyə verilməsi nəzərdə tutulur.
Qeyd olunanlardan da göründüyü kimi, bu il ilk sınaq ili ilə müqayisədə sahələrdən dəfələrlə çox məhsul götürmək üçün təminatlar var. Sadəcə olaraq məqsədə nail olmaq üçün iki vacib məsələ qalır: bunlardan da biri ürəklə işləmək, ikincisi isə təbiətin istehsalçılara verəcəyi şansa bağlıdır.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir