
Bakı Ağır Cinayətlər Məhkəməsində vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilən Ramil Qədimov, Vüqar Həsənov və Nurlana Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, R. Qədimov 6 il, V. Həsənov isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
N. Hüseynova barəsində isə 3 il sınaq müddəti təyin edilməklə şərti cəza seçilib.
İttihama görə, Vüqar Həsənov Ramin Qədimov ilə birlikdə qrup yaradaraq Yaşar Babayevə hədə-qorxu gəliblər. R. Qədimov özünü ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Elnur adlı vəzifəli şəxsi kimi təqdim edərək Yaşar Babayevdən külli miqdarda pul tələb edib. Yaşar Babayevin hüquq-mühafizə orqanlarına etdiyi şikayətdən sonra təqsirləndirilən şəxslər tutulub.
V. Həsənov və R. Qədimovun barəsində həbs qətimkan tədbiri, N. Hüseynova isə barəsində isə başqa yerə getməmək barədə qəti imkan tədbiri seçilib.