“BÖYÜK QƏHRƏMANLIQLARA VƏ İTKİLƏRƏ HAZIR OLMALIYIQ” - Deputatdan müharibə anonsu

23:06 10.05.2019 1 100
“BÖYÜK QƏHRƏMANLIQLARA VƏ İTKİLƏRƏ HAZIR OLMALIYIQ” - Deputatdan müharibə anonsu

Bütöv Azərbaycan Xalq Cəbhəsi (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevlə müsahibə

- Qüdrət bəy, Şuşanın və Laçının işğalından 27 il keçir. Necə düşünürsünüz, torpaqlarımızı işğaldan azad edə biləcəyikmi? Yoxsa bəzi adamların dediyi kimi, Şuşaya yalnız turist kimi getmək barədə düşünməliyik?

– Fakt budur ki, müharibəni xalq olaraq uduzmuşuq. Bizi XIX-cu əsrdə Rusiya imperiyasının tərkibinə könüllü, yaxud zorla qatanda kiçik xanlıqlar şəklində yaşayırdıq. O zaman mərkəzləşmiş dövlətimiz və vahid milli şüur olmayıb. Ona görə də rəhmətlik Elçibəy deyirdi ki, güclü dövlət quruculuğu MİLLƏTLƏŞMƏKdən keçir.
Sovet hakimiyyəti illərində repressiya mühiti ali dəyərlərə yiyələnmiş millət kimi formalaşmağımıza imkan vermədi. Onun nəticəsi idi ki, qorxu mühitində yaşamış xalqımız ermənilərin qarşısına yaxşı dövlət adamları, diplomatlar, siyasətçilər, hərbçilər, jurnalistlər çıxara bilmədi. Nəticədə, güclü siyasətçilərimiz və diplomatlarımız olmadığı üçün özümüzə müttəfiq tapa bilmədik. Hətta xalqımızın ruhunu, gen yaddaşını oyadıb onu savaşa səfərbər edəcək şeirlər, əsərlər yazılmadı. Hazırlıqlı jurnalistlərimiz və düzgün informasiya siyasətimiz olmadığı üçün informasiya müharibəsini uduzduq. İşğala məruz qaldığımız halda bizə sanksiyalar tətbiq olundu. Peşəkar hərbçilərimiz yetərincə olmadığı üçün döyüş meydanında uduzduq. Siyasi şüurun zəifliyi xalqımızı təxribatlar qarşısında midafiəsiz qoymuşdu. Repressiya mühiti insanlara qorxu və satqınlıq hissləri aşıladığından aramızdan çoxlu xainlər çıxsa da, həmin xainlərə və güclü düşmənlərimizə qarşı dayana biləcək yetərli sayda qəhrəmanlar ortaya qoya bilmədik. Təəssüf ki, uzun illərin müstəqillik və “atəşkəs” dövründə də bu nöqsanları tam aradan qaldıra bilməmişik. Sovet dövrü qonşularımız dünya elminə və mədəniyyətinə çıxış imkanı verən rus dilini əsasən mənimsədiyi halda biz bunu bacarmadıq. SSRİ Ali Sovetində olan deputatlarımız rəqiblərə cavab vermək imkanı olmayanda çarəni sap düyünləyib, cadu edib onların dillərini bağlamaqda görürdü. İndi onlar dünya dili olan ingilis dilini mənimsəyir, biz isə rus dilində təhsil verən məktəblər açırıq. Hətta bu misalla da müharibəni niyə uduzduq sualına cavab tapmaq olar. Bu gün də yüksək ballar toplayan istedadlı gənclərimizi ali hərbi məktəblərə cəlb edə bilməmişik. Hər il beş yeni tank almaqdansa, yaxud İTV kimi beş kanalı saxlamaqdansa informasiya müharibəsində rəqabətə davamlı olmaq üçün avropalıların 35%-nin etibarlı informasiya mənbəyi kimi qəbul etdiyi “Əl Cəzirə” (Al Jazeera) kimi ingilis dilli bir kanalın açılmasının vacibliyini qəbul edə bilməmişik və s.
“BÖYÜK QƏHRƏMANLIQLARA VƏ İTKİLƏRƏ HAZIR OLMALIYIQ” - Deputatdan müharibə anonsu
Ona görə də təxribatçı agentlər bilərəkdən insanları mənən sındırmaq üçün “Şuşaya turist kimi gedəcəyik” kimi fikirlər səsləndirirlər. Amma etiraf edək ki, real vəziyyəti təhlil edib ümidsizliyə qapılaraq artıq “Qarabağ gedib” deyə düşünənlər, hətta bu barədə açıq danışanlar da var.

Vəziyyətdən çıxış yolu daxildə islahatları dərinləşdirməkdən, Rusiya ilə danışıqlar aparıb anlaşmağa cəhd etməkdən və bu alınmasa xarici siyasətdə qərbyönümlü, avroatlantik məkana inteqrasiya xətti götürüb torpaqlarımızın azadlığı üçün böyük qəhrəmanlıqlara və itkilərə hazır olmağımızdan keçir.

Bunun alternativi heç bir qərar qəbul etmək gücündə olmayan ermənilərlə danışıqlar üçün hətta vaxt qoymaq belə imkanımızın olmadığı mənasız yüzillik danışıqlar aparmaq olacaq. Ermənilər isə torpaqlarımızı məskunlaşdıracaq, təbii sərvətlərimizi talayacaq. Biz isə güclü dövlətimizin olmasından ağızdolusu danışacaq, hərbi paradlarda Ordumuza baxıb qürur hissi keçirəcək, Qarabağın işğaldan azad olunması üçün möcüzə gözləyəcəyik. Əsl həqiqət bundan ibarətdir.

“İranda yaşananlar bizi ciddi narahat edir”

- İran-ABŞ münasibətləri barədə fikirləriniz nədir? Qarşılıqlı hədələr hara aparıb çıxaracaq?

– İran həm azərbaycanlıların dövlətidir (tam milli haqlarına sahib olmasalar da), həm də bizə qonşu müsəlman dövlətidir. Ona görə orada yaşananlar bizi ciddi narahat edir. Düşünürəm, İran rəsmilərinin müdrikliyi çatacaq ki, nəticəsi bəlli olan hərbi qarşıdurmadan yayınsınlar. Mətuatdan oxudum ki, Tramp İran Prezidentini danışıqlara dəvət edib. Məncə, bu şansdan yararlanmaq lazımdır. Ümumiyyətlə isə, mən İranın nüvə texnologiyasına sahib olmasını və gələcəkdə nüvə silahı əldə etməsini təhlükə kimi qəbul etmirəm. İrandan daha az demokratiyaya sahib olan ölkələr nüvə silahına malikdir. Nüvə silahının çəkindirici gücü bəşəriyyəti üçüncü dünya müribəsindən qoruyur. İran nüvə silahı əldə edərsə qısa bir müddət sonra Türkiyə də nüvə silahına sahib olacaq. Bu zaman regionda hərbi balans yaranacaq, bölgədə bir dövlətin hegemonluğuna son qoyulacaq. Region qanlı müharibələrdən sığortalanacaq. Bəzi insanlarımızı o narahat edir ki, İran nüvə dövləti olarsa azərbaycanlıların taleyi necə olacaq? Azərbaycanlıların taleyi ilə bağlı variantlardan biri budur ki, onlar çoxlu uşaq dünyaya gətirməlidirlər. Necə ki, Rusiya ilə müharibədən sonra çeçenlər bunu edir. İranın demokratikləşməsi qaçılmazdır. Azərbaycanlılar bu prosesdə yaxından iştirak etməlidirlər. O zaman onlar İranda siyasi hakimiyyəti götürüb xalqların milli hüquqlarını bərpa edər, İranı fars millətçiliyinə söykənən dövlət olmaqdan çıxarıb, çoxmillətli, bərabər hüquqlu bir İran dövlətinə çevirə bilərlər. Farslar Azərbaycan türklərinin idarəetməsində daha firəvan həyata sahib olar, yaxud istəməsələr ayrılıb öz dövlətlərini qurarlar. Çexlər və slovaklar kimi. Dinc və sivil formada. O zaman regionda ən azı türklərin yönəltdiyi iki dövlət nüvə silahına sahib olar ki, bu da regiona sülh, ədalət və rifah gətirər.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi