Ağsu şəhərində arxeoloqların aşkarladığı qədim tarixi abidənin ərazisində aparılan qazıntı sahəsi baxımsız qaldığından zibilxanaya çevrilib.
Oxu.Az Xəzər TV-yə istinadən məlumat verir ki, bərbad vəziyyətə düşən abidə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşib.
2012-2013-cü illərdə həmin ərazidə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun Ağsu arxeoloji ekspedisiyası tərəfindən qazıntı işləri aparılıb. Hazırda 14-17-ci əsrlərə aid abidənin ətrafına məişət tullantıları atılır.