SABUNCU. 239 saylı körpələr evi-uşaq bağçası: BURADA HƏR ŞEY GÖZƏLDİR...

21:54 13.09.2018 3 304
SABUNCU. 239 saylı körpələr evi-uşaq bağçası: BURADA HƏR ŞEY GÖZƏLDİR...

İsti havaların şaxı sınır. Avqustun sərin mehi ürəklərə sanki bahar ruhiyyəsi gətirir. Dibçəkdəki güllər, çiçəklər, çiyin–çiyinə vermiş bəzək kolları elə bil sərinlik üçün, göy üzünün genişliyi, duruluğu üçün darıxıblar. Bir az o yanda baş–başa vermiş sərv ağacları, bu yayın qızmar istisindən bezmiş kimi qollarını pəncərələrə söykəmiş tənəklər həzin-həzin dalgalanır. Pəncərənin o üzündən süzülən körpələrin həzin nəğməsi könlümə bir istilik, hərarət gətirir:

Mən çəkirəm belə–belə nazını sənin,
Gözləyirəm belə–belə yazını sənin.
Ay gilənar, ay gilənar, bağımızın göyçək qızı,
Ay gilənar, ay gilənar, yanaqların al–qırmızı.

Ətrafdakı ideal səliqə–sahman, gözəllik göz oxşayır. Bu gözəlliyi yaradan da, süsləyən də, qoruyub saxlayan da insan əlləridir.
Bu gözəlliyin memarı ömrünü balalarımızın sağlam, gümrah, xoşbəxt böyüməsinə sərf edən Sabuncu rayonunun Maştağa qəsəbəsində yerləşən 239 saylı körpələr evi-uşaq bağçasının direktoru, öz işinin mahir bilicisi, təcrübəli pedaqoq Könül xanım Həsənovadır.

Bəri başdan qeyd etmək yerinə düşər ki, bu gün respublikamızın ən nümunəvi uşaq təlim–tərbiyə ocaqlarından birinə cevrilən bu körpələr evi–uşaq bağçasında hər şeyi Könül xanım Həsənova öz əlləriylə qurub–yaradıb. Bu bağçanın hər qarışında onun alın təri, əllərinin hərarəti, can yanğısı, sevgisi var. Bu ağacların hamısını öz əlləri ilə əkib, gülləri, çiçəkləri özü sulaıb. Bura da mənim evim, ocağımdır, deyib. Onun bu bağçaya balacalara olan tükənməz sevgisi bağlayıb. Onları o qədər sevir ki, bunu sözlə ifadə eləmək çətindi. Həmişə qürurla, fərəhlə deyir ki: “Bunlar müstəqil, azad vətənimin balalarıdır”.

Yadımdadır, əvvəllər bura nə vəziyyətdə idi, indi isə elə bil cənnətin bir parçasıdır. Bu bağçada tərbiyə alan, məktəbə gedən, ali məktəblərdə təhsil alan nə qədər istedadlı uşaqlar var ki... Onlar illər keçsə də, bu baxcanı, Könül müəlliməni unutmurlar. İlk dəfə büdrəyə–büdrəyə qədəm basdıqları bağçaya baş çəkir, buranın necə dəyişdiyini, gözəlləşdiyini öz gözlərilə görür, bağça haqqında xoş sözlər deyirlər, bu da Könül xanıma təbii ki, ruh verir, qol–qanad verir.

Könül xanım özünü işlədiyi yerdə müdir kimi, tərbiyəçi kimi yox, ulu öndərimiz Heydər Əliyev kursunun davamçısı kimi ararır. Heydər Əliyev nə deyirdi? Deyirdi ki, uşaqlar bizim gələcəyimizdir. Onlar sağlam, gümrah, xoşbəxt böyüməlidirlər.
Biz də ulu öndərin bu sözlərini işimizdə əsas tuturuq. deyir Könül xanım Həsənova...

Bağçada unikal Heydər Əliyev muzeyi yaradılıb. Orda ulu öndərlə bağlı kitablar, sənədlər, şəkillər, xatirələr öz əksini tapıb.
Könül xanım Həsənova əvvəllər də, elə indinin özündə də heç vaxt imkan verməyib ki, kimsə uşağına evdən bir şey gətirsin. Sponsor yoluyla, şəxsi vəsaiti hesabına uşaqların sağlamlığı, fiziki tərbiyəsi üçün əlindən gələni edir. Bunu ona görə edir ki, uşaqlar qayğıdan məhrum olmasınlar, sıxıntı çəkməsinlər.

Qeyd edək ki, qrupların hamısında uşaqların əqli inkişafı üçün kompyuterlər var. Bağçada 2–3 yaşından başlayaraq uşaqlar əməyə alışdırılır. Qrupların hamısında dibçəklərdə əkilmiş müxtəlif güllər, bəzək ağacları, kolları var. Gündə bir uşaq növbə ilə o çiçəkləri, gülləri sulayır, onlara qulluq edir. Yaz vaxtında hər qrup öz balaca əkin sahəsində işləyir. Ləklərdəki bitkilərə qulluq edir. Bu əmək tərbiyəsi uşaqlar, körpələr üçün çox gərəklidir. İki, üç, dörd, beş yaşında olan uşaq əməyə alışır, onda torpağa, ana təbiətə məhəbbət hissi oyanır. Mən müşahidə edirəm, uşaqlar bir ağacı əkəndə, onu sulayanda, dibini belləyəndə necə sevinirlər.

Uşaqlar arasında diqqət, hafizə, düşüncə, riyazi təfəkkür, nitqin inkişafı ilə bağlı testlər aparılır, onların intellektual səviyyəsinin yüksəlməsi daim diqqət mərkəzində saxlanılır. Balacalara rəsm, əmək, riyaziyyat, ətraf mühitlə tanışlıq, musiqi kimi fənlərin ilkin əsasları böyük həvəslə öyrədilir.
Müəllim və uşaqların əl işlərini əks etdirən müxtəlif əşyalardan, çınqıllardan hazırlanmış rəngarəng çiçək buketləri bağçanın divarlarını bəzəyir. Dəniz və səmanı xatırladan, mavi çalarları ilə otağın interyerini tamamlayan rəngli əşyalar musiqi otağına xüsusi yaraşıq verir. Burada müxtəlif oyun guşələri vardır. Artıq kiçik yaşlarından balacalar inşaat alətləri, tərəzi və oyuncaqlardan necə istifadə etməyi, yol hərəkəti qaydalarını öyrənirlər.


Könül xanım Həsənovanın bir amalı var: Körpələrimizi ailəsinə, vətəninə sevgi ruhunda böyüdüb, tərbiyə etmək! Çünki ailəsini, atasını, anasını, doğmalarını, dostlarını sevməyən insan heç vaxt vətəninin təəssübünü çəkməz. O sevgiylə böyüyən uşağın qəlbində vətən həmişə müqəddəs, bölünməz olacaq.

Öyrənirik ki, hər il 20 Yanvar günü, Xocalı şəhidlərinin və 1918–ci il mart qırğınları şəhidlərinin anım günləri bağçanın uşaqları qruplarla Şəhidlər Xiyabanını, Xocalı abidəsini ziyarət edirlər, bağçadakı şəhidlərə həsr olunmuş eksponatların önünə qərənfillər düzürlər. Belə unudulmaz anlar uşaqların yaddaşında əbədi həkk olunur.
"Bu bizim hərbi vətənpərvərliklə bağlı birinci məşğələmiz olur. Uşaq əyani şəkildə görür və dərk edir ki, bizim düşmənimiz kimdir və əsgərlərimiz vətən uğrunda niyə şəhid olublar" deyir Könül xanım Həsənova...

Bəli, bu günlər balaca dostlarımız indi qarşıdan gələn İlk zəng bayramı karnavalına hazırlaşırlar.

Hər uşaq bir dünyadı, bir möcüzədi. Onları sevmək, qayğısını, nazını çəkmək, sağlam böyümələri üçün çalışmaq onun gündəlik qayğılarıdı.
Cünkü özü də anadır. O, xalqımızın gələcəyi olan övladlarımızın təlim və tərbiyəsi üçün çalışdığı üçün özünü xoşbəxt sayır.


AZERİNFORM.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir