azerinform.az xəbər verir ki, Yeni Moskvada Kaluqa şosesinin 23-cü km-də inşa edilən tunel martın 2-də çöküb, hadisə nəticəsində ölən ikinci fəhlənin meyiti tapılıb.
Bu barədə RİA Novosti-yə xüsusi xidmətlərdə olan mənbə bildirib.
Agentliyin həmsöhbətinin sözlərinə görə, cəsəd martın 3-də 09:00-da aşkar edilib.