Naməlum şəxs bayram paradında avtomobili bayram iştirakçılarının üzırinə sürüb. Hadisə nəticəsində 30-a yaxın adam xəsarət alıb.
Verilən məlumatlara görə, hadisə zamanı sürücü "güclü intoksikasiya" vəziyyətində olub və başqa avtomobillə toqquşmadan yayınaraq nəqliyyat vasitəsini əhalinin üzərinə yönəldib. Bu məlumat ilkin olaraq yerli polis tərəfindən təsdiq edilib.
azerinform.az Associated Press-ə istinadən xəbər verir ki, ABŞ-ın Yeni Orlean şəhərində baş verən bu hadisənin səbəkarı saxlanılıb və tədqiqat aparılır. Hadisə nəticəsində 28 adam xəsarət alıb, onlardan 21-i xəstəxanaya yerləşdirilib.