Pakistan terrorla mübarizə çərçivəsində Əfqanıstanla sərhədə ağır artilleriya toplayıb.
Trend RİA Novosti-yə istinadən xəbər verir ki, ötən həftə Pakistanda 88 nəfərin ölümü ilə nəticələnən terror aktından sonra rəsmi İslamabad bəyan edib ki, baş verən hadisələr Əfqanıstan ərazisindəki qüvvələr tərəfindən təşkil olunur və buna qarşı cavab tədbirləri görüləcək.
Hazırda Əfqanıstanla sərhəddə qeyri-qanuni giriş-çıxışın qarşısını almaq üçün patrul xidməti gücləndirilib.