Biz artıq zirvədən zirvəyə doğru addımlayan dövlətik, xalqıq!

00:00 20.02.2024 150
Fevralın 7-də ölkəmizdə tarixi bir gün yaşandı. Müdrik xalqımız Azərbaycanın dövlətçilik tarixinə öz şanlı möhürünü vurdu. Hamılıqla, həmrəyliklə hər kəs seçki məntəqələrinə üz tutaraq öz tarixi seçimini etdi. Azərbaycan xalqı bu dəfə də inkişafa, tərəqqiyə, sabitliyə, əmin-amanlığa səs verərək kamil, müdrik bir xalq olduğunu bir daha göstərdi. Seçki günü vətəndaşlarımızın fəallığı mənə 2020-ci ilin 27 sentyabr tarixini xatırlatdı. Həmin vaxt insanlarımız yaşından asılı olmayaraq, dəstə-dəstə hərbi komissarlıqlara necə üz tuturdularsa, seçki məntəqələrinə də o cür istəklə, həvəslə gedirdilər. Baxın, budur Azərbaycan xalqının uğurlarının, qələbələrinin, misilsiz nailiyyətlərinin sirri - birlik və həmrəylik. Seçkilərin nəticələri göstərir ki, vətəndaşlarımız öz xoşbəxt gələcəyini, firavan həyatını, dövlətimizin daha da inkişafını, eləcə də dövlətçiliyimizin qorunmasını, müstəqilliyimizin möhkəmlənməsini cənab İlham Heydər oğlu Əliyevin ölkəyə rəhbərliyinin davamında görürlər. Xalqımız bu qənaətə, təbii ki, ölkəmizin son 20 ildə qazandığı uğurları, Heydər Əliyev siyasi kursunun effektiv nəticələrini görərək gəlib.

Bəli, ilk dəfə Azərbaycanın bütün ərazilərində keçirilən seçkilərin nəticəsində İlham Əliyev 92,12 % səs çoxluğu ilə beşinci dəfə Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. Bu, ölkə ərazisində vətəndaşlar tərəfindən böyük sevinclə qarşılandı. İlkin nəticələr açıqlanandan ölkədə konsert tədbirləri, atəşfəşanlıq başlanıldı. Hər kəs bu seçkinin tarixə həkk olunduğunu böyük sevinclə dilə gətirir.

Bu, Azərbaycan Liderinin, Prezindentinin necə böyük qüdrətə malik olduğunu və xalqla birlikdə nələrə qadir olduğunu göstərir. Cənab Prezidentin illərlə apardığı uğurlu daxili və xarici siyasət, təhlükəsizliklə bağlı siyasət Azərbaycanı böyük zəfərə gətirib çıxardı. İlk dəfə idi ki, bütöv Azərbaycan ərazisində seçki keçirilirdi. Azərbaycan suveren dövlət olaraq hər bir qarışında xalqını seçkiyə səsləyə bildi. Bu, müstəqil Azərbaycan tarixində ilk idi. Bu Azərbaycan xalqının qüruru idi və Cənab Prezident bunu qaytardı. Xalqımızın da Cənab Prezidentə olan mənəvi bir borcu vardı. Bu mənəvi borc elə bir borcdur ki, heç bir zaman onu qaytara bilmərik. Sadəcə olaraq qədirbilən xalqımız öz Liderinə, öz Prezidentinə, öz Müzəffər Ali Baş Komandanına olan mənəvi borcunu mütləq şəkildə qaytarmalı idi və qaytardı. Hesab edirəm ki, bu gün seçkiləri izləyən istər Qərb tərəfdən gələn müşahidəçilər, istər digər dövlətlərdən, beynəlxalq təşkilatlar tərəfindən gələn müşahidəçilər bu məsələyə vicdanla, şərəflə baxsalar, görərdilər ki, insanlar necə yüksək əhval-ruhiyyə, necə sevinclə bu seçkiyə qatılmışdılar. İnandırım ki, Azərbaycan xalqı elə bu cür sevincli seçkilərə qatılmağa layiq olan xalqdır. Biz hər zaman qonşu dövlətlərdə, xüsusən qonşu Türkiyədə insanların seçkilərə sevinclə qatıldığını görmüşdük. Bu il keçirilən seçkilərdə bunu Azərbaycanda da görə bildik. İnsanlar öz qohumlarını, dostlarını, ailəsini yığaraq seçkilərdə iştirak etməyi, vətəndaşlıq borcunu yerinə yetirməyi çox açıq formada nümayiş etdirirdilər. Bu da onu göstərdi ki, Azərbaycan xalqı illərlə seçkilərə böyük ümidlərlə getmiş, öz liderini seçmiş və ona böyük ümidlər bəsləmişdir. Bu gün isə artıq Azərbaycan xalqı o ümidlərin reallığa çevrildiyini gördü.

Xalq həm də özü ilə fəxr etdi ki, illər öncə Cənab Prezidentə, ondan öncə də Ulu Öndərimizə etimad göstərərək dövlətimizin Prezidenti olmasına şərait yaratmışıq. Biz həqiqətən də düzgün seçim etmişik ki, bu gün Cənab Prezidentimiz Ulu Öndərimizin layiqli siyasi davamçısı olaraq, onun siyasi vəsiyətini yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa etmiş və Azərbaycan xalqını qürurlandırmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı da Cənab Prezidentimizə olan mənəvi borcunu seçkilərdə ödəmək istəyirdi. Dünyanın hər bir ölkəsindən Azərbaycanda gedən seçkiləri izləmək mümkün idi. Azərbaycanda 1000-dən çox veb-kameralar quraşdırılıb və MSK-nın internet saytına daxil olmaqla həmin kameralar vasitəsilə seçki prosesini izləmək mümkün oldu.


Bu gün fevralın 7-də keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gələn İlham Əliyevin andiçmə mərasimi kecirildi.

Qeyd edək ki, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidenti seçkilərinin nəticələrini təsdiqləyib, seçkilərdə ən çox səs toplamış, namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev Prezident elan edilib. Konstitusiyanın 103-cü maddəsinə əsasən, Azərbaycan Prezidenti seçilmiş şəxs seçkilərin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içir. 

Bəli, artıq bizi böyük və uğurlu gələcək gözləyir. Azərbaycan böyük inkişafa gedəcək. Hesab edirəm ki, bundan sonra Azərbaycan tam fərqli formada inkişaf edərək güclü bir dövlətə çeviriləcək və xalqımız öz liderinin yanında möhkəm dayanaraq Azərbaycanı zirvəyə aparmağa, böyük hədəflərə çatmasına şərait yaradacaqdır.

Azərbaycan xalqını təbrik edirəm! Biz bildirməliyik ki, Azərbaycan xalqı bu gün qürurla yaşayır. Qürurludur ona görə ki, illərdir etimad etdiyi, dəstək göstərdiyi lideri onların etimadını doğrultdu. Azərbaycan xalqı qürurla gedib etimadı doğruldan şəxsə səslərini verdi. Həm də ona görə qürurludur ki, bütün işğaldan azad edilmiş ərazilərin hər birində seçki məntəqələri quruldu. Xalqımız bununla fəxr edir. Biz artıq zirvədən zirvəyə doğru addımlayan dövlətik, xalqıq!



Şaiq Vəliyev,
Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitki Mühafizəsi Şöbəsinin müdiri.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

06:03

İlham Əliyev ölkənin siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər və inkişaflar həyata keçirmişdir

14:00

“Nar” mobil rabitə təlimlərinə davam edir!

17:00

“Nar” inklüziv cəmiyyətə dəstək olmağa davam edir

17:02

“Nar” abunəçiləri üçün “NarKredit”dən data kredit xidməti

15:00

“Bakcell” UNEC-də keçirilən İnnovasiya Həftəsinin əsas tərəfdaşıdır

18:00

“Nar” Gəncədə tələbələr üçün mobil rabitə laboratoriyası təsis etdi

13:00

“Bakcell” BMT-nin Qlobal Sazişinə qoşulub

01:59

“Bakcell” “INMerge” İnnovasiya Sammiti ərəfəsində jurnalistlər üçün təlim təşkil edib

02:08

"Bakcell" “INMerge” İnnovasiya Sammitinin tərəfdaşıdır!

02:04

“Nar”ın dəstəyi ilə “Kudos” intellektual oyununun finalçıları mükafatlandırıldı

19:32

Rafael Huseynov Milli Məclis sədrinin müavini postuna namizəd olub - QƏRAR

21:26

Pezeşkianın Azərbaycana səfəri reallaşacaq? - ŞƏRH

03:27

Elman Paşayev həbs edildi

22:37

Bakıda təhlükəsizlik forumu keçirilib - FOTO

17:53

“Bakcell” “Formula 1” üzrə Azərbaycan Qran Prisinin tədbir sponsorudur

16:53

“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

02:55

“Bakcell”in stendi “Formula 1” azarkeşlərinin diqqət mərkəzində - Fotolar

01:54

Odessa Diasporundandan nümunəvi addım

16:55

“Nar”ın dəstəyi ilə "Breyn Rinq: BİLİK KUBOKU” uğrunda mübarizə başladı

13:00

“Bakcell” “Vodafone Group”la əməkdaşlıq edəcək

17:45

“Bakcell” və Bakı Şəhər Halqası Əməliyyat Şirkəti jurnalistlərlə görüşüb

14:07

"Nar" təhsilə dəstək göstərərək ən yüksək bal toplayan abituriyentləri mükafatlandırdı

21:06

Pənah Hüseyn istefa verir: Partiyanın fəaliyyəti dayandırılır? - AÇIQLAMA

22:11

"Tramp məni işdən qovub" – Emin Ağalarov

22:09

Paşinyan sərhəddə gəlir: Əliyevlə nə danışacaq? - AKTUAL

17:10

“Nar” intellektual oyunlara dəstəyini davam etdirir

16:42

“Nar”dan yeni dərs ili üçün sərfəli tarif: “CavanNar 10”

23:35

İlham Əliyev Bilal Ərdoğanı qəbul etdi

21:17

Qurbanovun bahalı köynəyi gündəm oldu - Qiymət, FOTO

18:39

Azərbaycanla Özbəkistan arasında münasibətlər

17:00

“Nar” “YAŞAT” Fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgəyə dəstək oldu

01:18

Ağsu rayonunda YAP-ın namizədi Əli Hüseynovla seçicilərin görüşü keçirilmişdir

18:34

Zahid Seyidzadə yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

02:20

Pərvin Səfərova yeni vəzifə verildi