Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - ATU-nun Tədris Stomatoloji Klinikasının həkim stomatoloqu Əlikram Hacıiev barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə.. ...Deyirlər vəzifə insan üçün bir növ məhək daşıdır, insanın bütün xarakterik xüsusiyyətlərini üzə çıxarır. Kreslo çoxlarının gözünü tutur, dost-tanışı tanımır, el-oba qeyrətinə, Vətən məhəbbətinə aparan bütün yollar belələrinin cibindən o yana keçə bilmir. Bu hisslər haqqında söhbət acacagım Əlikram həkim üçün yaddır. O, sözün əsl mənasında böyük ziyalı, bütün varlığı, canı, qanı ilə Vətəninə, xalqına bağlı olan bir adamdır. Elə bu səbəbdəndir ki, onu şöhrətin zirvəsinə aparan cığırı böyük yola çevirərək əsl xalq adamı tanıda bilmişdir. Daim ürəyigenişliyi ilə seçilən Əlikram həkim tutduğu vəzifədən asılı olmayaraq həmişə böyüklə böyük, kiçiklə kiçikdir. Gülərüzlüdür, xoş təbəssümüdür, sadəliyi ilə seçilir, ehtiyacı olanlara əl tutur, ürəyi xalqı ilə bir vurur, vətənin ağrı-acısını qəlbində daşıyır Əlikram həkim. Ancaq təkcə bu ağrı-acıya ağlayıb-sızlamadı, ondan çıxış yollarını düşündü. Könüllü olaraq 44 ğünlük müharibəyə yolandı. Əlindən gələn həkimliyiydi ki, azgın düşmənlə döyüşən əskərlərin qullugunda dayandı.
Şəkil 44 günlük Vətən müharibəsində cəkilmişdir.Dərin zəkası, şəfalı əlləri ilə yüzlərlə xəstə əskərə şəfqət əli uzatdı Əlikram həkim. Yüksək insani keyfiyyətləri, elitar mədəni səviyyəsi, ünsiyyət qurmaq bacarığı sayəsində əskərlərlə qaynayıb-qarışdı. Böyük Qələbə qazanılanda ürəklə "oxayy" dedi, sevindi ki, bu qələbədə az da olsa əməyi var....Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan ATU-nun Tədris Stomatoloji Klinikasının həkim stomatoloqu Əlikram Hacıiev Hippokrat andına ləyaqət nümunəsi sayılacaq ozman doktorlarımızdandır.
Şəkil 44 günlük Vətən müharibəsində cəkilmişdir.
...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir həkim stomatoloq haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə həkimlərimizin böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, ATU-nun Tədris Stomatoloji Klinikasının həkim stomatoloqu Əlikram Hacıiev vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən səhiyyə məmurlarındandır.
Şəkil 44 günlük Vətən müharibəsində cəkilmişdir.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri həkim stomatoloq Əlikram Hacıievi yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Əlikram həkimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir vəzifəli həkim sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir həkimdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.
Şəkil 44 günlük Vətən müharibəsində cəkilmişdir.
ATU-nun Tədris Stomatoloji Klinikasının həkim stomatoloqu Əlikram Hacıievin Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Əlikram həkimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
Şəkil 44 günlük Vətən müharibəsində cəkilmişdir.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. ATU-nun Tədris Stomatoloji Klinikasının həkim stomatoloqu Əlikram Hacıievi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.
... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən həkim stomatoloq, gözəl insan və əsl Vətən daşı!
Aygül.Azerinform.az