Bayram Zeynalov dövlətə və dövlətçiliyimizə sadiq adamdır

12:41 23.08.2023 413



Yaxud, el məsəlində deyildiyi kimi: “Çörəyi ver çörəkçiyə, birini də üstəlik”

Azərbaycan dövləti bütün sahələrdə Prezident İlham Əliyevin rəhbərliyi altında ildən-ilə yüksək nailiyyətlərə imza atır. Ölkəmizdə aparılan istər daxili, istərsə də xarici uğurlu siyasət bütün dünyada Azərbaycanı qüdrətli dövlət kimi tanıdıb. “Zəfər Qələbəsi” hərb sahəmizin də yüksək inkişafda olduğunu təsdiqləməklə, dövlətimizin şöhrətini beynəlxalq siyasi arenada bir qədər də artırdı. Artıq Azərbaycan regionun ən güclü dövlətlərindən biri kimi qəbul edilir.

Daxili siyasətində də inkişaf yolu ilə irəliləyən məmləkətimiz, əhalisinin rifah halının yaxşılaşdırılması baxımından qonşu dövlətlərdən çox irəlidədir. Daxili uğurların təmin olunmasında, asayişin qorunmasında, təhlükəsizliyin bərqərarında, təbii ki, polislərimizin əməyi danılmazdır. Azərbaycan polisinin peşəkarlığı imkan verir ki, bu gün insanlarımız sabitlik və əminamanlıq içərisində firavan ömür sürsün. Eləcə də, ölkəmizin avtomobil yollarında hər gün on minlərlə avtomaşınların sərbəst, təhlükəsiz hərəkətini təmin edən də polislərimizdir – dövlət yol polisləri!.. Əslində, bu yazıya başlamağımızın səbəbi də elə yol polislərinin, bir az da dəqiqləşdirsək, Baş Dövlət Yol Polisi nəzdində fəaliyyət göstərən Qeydiyyat-imtahan və texniki baxış məntəqələrinin xidmətindən bəhs etməkdir. Belə regional məntəqələrdən biri də “Ağsu rayon 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış məntəqəsidir.

Məntəqənin hazırda rəisi “Ağsu rayon 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış İdarəsinin rəisi Bayram Zeynalovdur. “Ağsu rayon 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış İdarəsinin rəisi Bayram Zeynalovu həm də xeyirxah vətəndaş kimi digər məziyyətləri ilə oxucularımızı da yaxından tanış etmək istəyirik.

Əvvəla qeyd edək ki, hər zaman vətəndaşların böyük marağına səbəb olan bir məsələ - sürücülük vəsiqələrinin və dövlət nömrə nişanlarının verilməsi, daha doğrusu, bu sahədəki yeniliklərdir. Bəli, illərdir ki, bu sahədə vətəndaşların xeyri üçün bir sıra yeniliklər tətbiq edilir. Bütün əlavə söz-söhbətlərə və şübhələrə son qoyan bu yeniliklər nəticəsində, şəffaflıq tamamilə təmin olunub, əvvəllər müşahidə olunan bəzi nöqsanlar aradan qaldırılıb. 3 saylı rayonlararası imtahan-qeydiyyat və texniki baxış məntəsində də vətəndaşları razı salan yeniliklərdən uğurla istifadə edilir. Belə ki, məntəqədə vətəndaşlara olunan xidmətlər daxili kameralar vasitəsilə şəxsən rəis Bayram Zeynalovun özü tərəfindən izlənilir, proseslərin şəfaf həyata keçirilməsi daim nəzarətdə saxlanılır. Əgər, vətəndaş tərəfindən hər hansı şəkildə narazılıq olarsa, Bayram Zeynalov vədəndaşı qəbul edərək, problemi araşdırır və aidiyyatı üzrə göstərişlərini verir. Ümumiyyətlə, Bayram Zeynalov 3 saylı RQİTB məntəqəsində vətəndaşların rahatlığı naminə elə bir iş prinsipi formalaşdırıb ki, istər sürücülük vəsiqəsinin alınmasında, istərsə avtomobillərin qeydiyyata salınmasında və istərsə də texniki baxışdan keçirilməsində nə gecikmələr, nə də saxtakarlıq hallarının yaşanması mümkün deyil. Yəni, Bayram Zeynalov ona nazir tərəfindən etimad olunmuş vəzifənin məsulliyətini yaxşı dərk etdiyindən, rəhbəri olduğu sahədə etibar itirə biləcək hər hansı bir iş nöqsanının yaşanmasına şərait yaratmır.

Yuxarıda qeyd etdik ki, Bayram Zeynalov həm də xeyirxah vətəndaş kimi ona müraciət edənlərin rəğbətini qazanıb. Belə ki, O, qazilərin, şəhid ailələrinin, veteranların da yaxın dostudur. Onların hər bir müraciətini, əsl Azərbaycan polisinə yaraşan şəkildə, dinləyir və səlahiyyətləri çərçivəsində onlardan köməyini əsirgəmir. O cümlədən, onun tərəfindən sadə vətəndaşların da müraciətləri həssaslıqla nəzərə alınır, qanunlar daxilində istəkləri həll edilir. Çünki, Bayram Zeynalov özünü daim Ulu Öndər Heydər Əliyevin siyasi kursunun davamçısı, ölkəmizin hazırkı lideri, Ali Baş Komandan, cənab İlham Əliyevin əsgəri hesab edir, heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmadan vətəndaşlara xidmət edir, cəmiyyət-dövlət arasındakı qırılmaz bağın qorunmasında hərtərəfli xidmət göstərir. Bu üzdən, Bayram Zeynalov, xidmət göstərdiyi regiondan asılı olmayaraq, həmişə yerli sakinlərin hörmətinə layiq ola bilib.

Çalışdığı peşəyə, tutduğu vəzifəyə, göstərilən etimada daim rəğbət bəsləyən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış məntəqəsinin rəisi, Bayram Zeynalova biz də dövlətçilik ənənələrinə sadiqliyinə, vəzifəsinə olan hörmətinə, əhalinin həssas qrupuna qarşı qayğıkeşliyinə görə, saytımız adından minnətdarlığımızı bildiririk, gələcək işlərində daha böyük naliyyətlər, davamlı vəzifə və rütbə yüksəlişində açıq yol arzulayırıq.

Hazırladı: Azerinform.az-ın baş redaktoru Musayev Valid
Oxşar xəbərlər

XƏBƏR LENTİ

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb