Təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı - Ata Agro şirkətinin direktoru Səlal Ələkbərov

22:10 11.06.2023 310


Əziz oxucu! Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Samux rayonunun Qarayeri qəsəbəsində yerləşən Ata Agro şirkətinin direktoru Səlal Ələkbərov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

Ata Agro Azərbaycan yüksək keyfiyyətli müxtəlif növ kənd təsərrüfatı məhsullarının, o cümlədən, pomidor, xiyar, çiyələk, üzüm, xurma, günəbaxan tumu, qarğıdalı dəni, buğda və arpa dəni və yüksək keyfiyyətli elit toxumları istehsalı ilə məşguldur. Şirkət 25 illik zəngin təcrübəyə dayanaraq, dəyərli istehlakçılarının məmnuniyyətini qorumagı özünün əsas məqsədi sayır. Şirkət doğma torpaqlarımızın məhsulları ilə həm yerli bazarda, həm dünya bazarında qürurla insanlara xidmət göstərməkdədir.
...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Ata Agro şirkətinin direktoru Səlal Ələkbərov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur-iş adamı haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri iş adamını müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün ümumiyyətlə iş adamlarının böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Ata Agro şirkətinin direktoru Səlal Ələkbərov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən İŞ ADAMlarındandır.
...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Səlal Ələkbərovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Səlal müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir rəhbər sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.
Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.
Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Ata Agro şirkətinin direktoru Səlal Ələkbərovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Səlal müəllimin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.
... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Ata Agro şirkətinin direktoru Səlal Ələkbərovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!
P.S

"Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi və 2003-cü ildən bəri Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilən praqmatik xarici siyasət strategiyasının məntiqi nəticəsi olaraq, Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycan bu gün artıq dünya ölkələri arasnda da söz sahiblərindən birinə çevrilmişdir. Bu il qədirbilən Azərbaycan xalqı özünün xilaskar oğlu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd edəcək. Bu münasibətlə Ölkə Prezidenti cənab İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan olunması yaşadığımız bu ilə xalqımızın və dövlətimizin tarixində xüsusi bir önəm vermiş oldu. Qeyd olunmalıdır ki, Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərin Azərbaycan tarixində Heydər Əliyev epoxası adlandırılması da ilk növbədə bu dahi şaxsiyyətin dövlət və xalq qarşısında müstəsna xidmətlərindən xəbər verir. Məlum olduğu kimi, Azərbaycanın özünün dövlət müstəqilliyini bərpa etdiyi ilk illər ərzində ölkəmizin üzləşdiyi daxili və xarici təhdidlər və bu səbəbdən xalqımızın illər boyu həsrətində olduğu müstəqilliyi itirmək təhlükəsi bir daha sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq onu əldə etməkdən daha çətindir. 1991-1992-ci illərdə ölkədə yaranmış vəziyyət elə bir böhran həddinə çatmışdı ki, artıq dünyanın aparıcı beynəlxalq şərhçilərinin qeydlərində belə Azərbaycan dövlətçiliyini itirmək üzrə olan ölkə kimi xarakterizə olunurdu. Ən pisi də bu idi ki, həmin proqnozların reallaşması üçün ölkədə həqiqətən də son dərəcə təhlükəli bir zəmin artıq tam olaraq formalaşmışdı. 1993-cü ilin 18 oktyabr tarixində, Dövlət Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqına ünvanladığı təbrikində Ulu Öndər Heydər Əliyev demişdir: “Müstəqilliyi əldə etmək, dövlətin tam müstəqil olmasına nail olmaq üçün xalqımız çətin yollardan keçmişdir. Ancaq müstəqilliyi əldə saxlamaq, onu möhkəmləndirmək, dövlətin tam müstəqilliyinə nail olmaq və bütün vətəndaşlara müstəqil dövlət şəraitində layiqli həyat tərzi təmin etmək daha çətindir.”

Bunu Azerinform.az-a Ata Agro şirkətinin direktoru Səlal Ələkbərov bildirib.

Şirkət rəhbəri deyib: "Ölkə Prezidenti cənab İlham Əliyevin Azərbaycanda hakimiyyətə gəldiyi 2003-cü ildən keçən dövr ərzində Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf, demokratik və müasir dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə olmuşdur. Bu gün gücü, qüdrəti və beynəlxalq nüfuzu durmadan artan, beynəlxalq mövqeləri getdikcə möhkəmlənən Azərbaycan hər gün yeni zirvələr fəth edir, Heydər Əliyevin ideyaları əsasında dinamik inkişaf edir. Ulu öndər hələ 1994-cü ildə, mart ayının 9-da Pekin İctimai Elmlər Akademiyasında etdiyi çıxışında ölkəmizin beynəlxalq əlaqələrinin gücləndirilməsinin zəruriliyini vurğulayaraq demişdir: “Dövlət istiqlaliyyətinin əldə edilməsi Azərbaycan xalqı üçün tarixi hadisədir və bizim vəzifəmiz, məqsədimiz istiqlaliyyətimizi, beynəlxalq mövqelərimizi hər vasitə ilə möhkəmləndirməkdən ibarətdir.” Bu gün Azərbaycanın Avrasiya məkanında getdikcə daha çox aparıcı mövqelərə sahiblənməsi, xüsusilə Avropanın enerji təhlükəsizliyi məsələlərində artan rolu ümummilli liderimizin müəyyən etdiyi inkişaf strategiyasının doğruluğunu bir daha nümayiş etdirir. Əlbəttə ki, bütün bu nailiyyətlərin əsasında ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursu Ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirməsi faktı dayanır."

Səlal Ələkbərov sonda bildirib:"Ulu öndərin 1993-2003-cü illər ərzində həyata keçirdiyi daxili və xarici siyasət kursunun ən mühüm prioritet istiqamətlərindən biri də əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün möhkəm zəminin hazırlanması olub. Ümummilli Lider Heydər Əliyev bütün fəaliyyəti dövründə Azərbaycanın bu məqsədə nail olacağına bir an belə olsun şübhə etməmişdi. Xocalının erməni işğalçılarından müdafiəsində iştirak etmiş, şəhid olmuş milli qəhrəmanların, döyüşçülərin valideynlərinə, ailə üzvlərinə və fərqlənənlərə 26 fevral 1999-cu il tarixində Prezident iqamətgahında “Qızıl ulduz” medalları, “Azərbaycan bayrağı” ordenlərini təqdimetmə mərasimində söylədiyi nitqində Ulu Öndər demişdir: “Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Bu, bizim müqəddəs borcumuzdur, əcdadlarımız qarşısında borcumuz, bugünkü nəsil qarşısında borcumuz, gələcək nəsillər qarşısında borcumuzdur.” 2020-ci ilin noyabr ayının 10-da dahi liderin bu tarixi kəlamları həyata keçdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan milli ideologiya 2003-cü ildən etibarən Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilərək milli birliyimizin daha da möhkəmlənməsinə öz misilsiz töhfəsini verdi. Torpaqlarımızın azad edilməsi uğrunda aparılan 44 günlük Vətən müharibəsi bunun ən bariz təcəssümü oldu. Əldə olunmuş tarixi Qələbə Heydər Əliyev milli ideyası əsasında formalaşmış ümumxalq birliyinin, həmrəyliyinin gücünü bir daha nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz torpaqlarımızın 30 illik işğalına son qoydu və bununla da Ümummilli Liderimizin ən böyük vəsiyyəti yerinə yetirildi."


Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:48

Avropa nüvə planını AKTİVLƏŞDİRDİ – Köhnə qitədə III Dünya Savaşına hazırlıqlar BAŞLAYIR

13:42

Partiya yoldaşları Trampa QARŞI ÇIXDI – “Ukraynaya yardım dərhal bərpa OLUNMALIDIR”

18:00

“Bakcell” xanım jurnalistləri 8 Mart münasibətilə təbrik etdi - Fotolar

14:43

Pezeşkianın istefa verməsi xəbəri yayıldı

17:21

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

15:00

Trampın təhdidi milyarderi qorxutdu – Xüsusi tapşırıq

14:54

Dünya siyasətində bir dövr başa çatır – Yaxın Şərqin taxtına o əyləşir

12:38

Xocalı soyqırımından 33 il ötür

17:19

Yollar buz bağlayacaq: DYP-dən xəbərdarlıq...

15:36

Yevlax təhsilində "ƏNDİRABADİ" OYUNLAR - Zurnaçalan məktəb direktoru, məktəbi dolmaxanaya çevirmiş Zərif-Namidə cütlüyü...

12:25

Genişmiqyaslı mübarizə başlayır: Qüvvələr bölünür, iki cəbhə olacaq

12:13

Pensiya alanlara şad xəbər!

17:04

Qərbi Azərbaycan adət-ənənəsi: Bakıda baş tutan ŞAH TOYU...

13:21

"Bizdən Yaşar Nurinin evinə su damırdı, gecə qapı döyüldü, əlində konyak gəldi" - Rafiq Əzimov

14:56

“Nar” “Böyük Qayıdış” mövzusunda rəsm müsabiqəsi keçirib

13:35

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

13:24

Bu rayonumuza 71 sm qar yağdı

12:16

Bakı “dəhliz” təklifini rədd etdi, İrəvanda hazırlıq başladı – “Ya müharibə, ya da…”

12:02

Ömrünü səhiyyəyə həsr etmiş FAZİL İSMAYILOV

23:07

“Bir kəmər, bir yol” – Yeni coğrafi xəritə, dostluq körpüləri və yeni üfüqlər

22:48

Qərbi Azərbaycan həqiqətlərinə həsr edilmiş «Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Hekayə Müsabiqəsinə start verilməsi ilə əlaqədar mətbuat konfransı keçirilib

17:00

“Nar”ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır

13:09

Ağsu rayonunda yas mərasimləri zamanı ehsan süfrəsi artıq bir-neçə ildir ki, ləğv olunub

10:55

“Bakcell” yeni prestijli 100 seriyalı nömrələrini təqdim edir

12:40

Mətin Mirzəyə yeni vəzifə verildi

14:22

“Bakcell” “İnnovasiyalarla Müxtəlifliyə Doğru” tədbirinə dəstək oldu

22:19

Rəna Soltanova yoxlama aparanlara telefon çırpıb, təhqir edibmiş - Bakıda 5 yerdə klinikası var - FOTO

21:06

Ruslar keçmişin həsrəti ilə yaşayır - Putinin itaət formulu

20:57

Arifə Hüseynova: "Biz gələcəyimizi quran, keçmişimizi şərəfləndirən, türk kimliyini bütün dünyaya tanıdan bir baxışın təmsilçiləriyik"

00:31

UNEC-in Zaqatala filialının direktoru Raqif Qasimovun haqqında yazılan HƏQİQƏTLƏR...

22:40

Naxçıvanın Səhiyyə naziri Samiq Sadıxov dövlət büdcəsinə niyə qənim kəsilib?

22:24

Lavrovun “qara qutu” eyhamı: Rusiya bunu niyə yaydı?

22:19

Qərb bunu etsə, Rusiyaya məğlub olacaq - Hoces

22:17

Bayden Putindən danışdı: Yaxşı oğlan deyil!