Şər və Böhtan yazanlara tutarlı cavab

18:31 11.06.2023 436
Şər və Böhtan yazanlara tutarlı cavab


10.06.2023-cü il tarixdə “Ağsudan Xəbər” adlı sosial şəbəkədə rayonun bir neçə vəzifəli şəxsinin qumar oynadıqları üçün tutularaq Ağsu Rayon Polis Şöbəsinə aparıldıqları  barədə həqiqətə uyğun olmayan yazı dərc olunmuşdur. Həmin yazıda adı çəkilən şəxslərdən biri də, guya Ağsu Rayon İcra Hakimiyyəti Başçısının müavini Elçin Məmmədovdur. Media nümayəndəsi olaraq həmin məsələ ilə bağlı Elçin Məmmədovla əlaqə saxladıq. Elçin Məmmədov bizə bildirdi ki, qeyd olunan hadisə barədə məlumatsızdır və Polis Şöbəsinə aparılmayıb. Verilən yazının qarayaxma, şər-böhtandan başqa bir şey olmadığını nəzərimizə çatdırmışdır. Bildiririk ki, həmin səhifə Ağsu rayonunun iqtisadi inkşafına kölgə salan yazılar yazmaqla məşğuldur. Yazılan yazılar vəzifəli şəxsləri hörmətdən salaraq, onların işgüzar nüfuzuna ziyan vurmaqdanibarətdir.
Biz rayon sakinləri ilə mütəmadi olaraq əlaqədə olan insanlarıq. Elçin Məmmədovu biz və rayon əhalisi yaxşı tanıyırıq. Sosial Müdafiə Fondunda işləyən vaxtdan indiyə qədər işlədiyi bütün qurumlarda özünəməxsus hörməti, nüfuzu olan bir insandır. Onun yaxın çevrəsində qumara meyilli olan şəxs və ya şəxslər yoxdur.                    

              Elçin Məmmədovu yaxından tanıyan hər bir kəs o yazıda Elçin müəllimin adının hallanmasının yalnız ədavət və şəxsi prinsiplərdən irəli gəldiyini anlayır.
Media nümayəndələri olaraq adı çəkilən səhifəni  yazılan məlumatların ciddi araşdırılaraq paylaşılmasına, hər hansı şəxsi ədavət ucbatından kimlərisə qaralamaq, şər böhtan xarakterli məlumat paylaşmamağa çağırırıq. Son da onu da, qeyd edək ki, Elçin Məmmədov Azerinform.az vasitəsilə müraciət edərək bildirib ki, adının çəkildiyi bu qərəzli yazı barədə məhkəməyə iddia ərizəsi ilə müraciət edəcək.


P.S. Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - gözəl insan, xeyriyyəçi Ağsu İcra Hakimiyyəti Başçısının müavini Elçin Məmmədovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Ağsu İcra Hakimiyyəti Başçısının müavini Elçin Məmmədov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Elçin Məmmədovun diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Elçin Məmmədov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Ağsu İcra Hakimiyyəti Başçısının müavini Elçin Məmmədova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Ağsu İcra Hakimiyyəti Başçısının müavini Elçin Məmmədovdur. Ağsu İcra Hakimiyyəti Başçısının müavini Elçin Məmmədov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Məmmədov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin Məmmədov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Elçin Məmmədov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.Elçin Məmmədov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Elçin Məmmədov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Ona etibar edilən bütün işlərdə Elçin Məmmədov özünü doğruldub. Bizdə hörmətli Elçin Məmmədovu dövlətimizə, xalqımıza şərəfli xidmətində yeni-yeni uğurlar diləyirik. 
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir