Ulu Öndər Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi

20:40 7.06.2023 424
Azərbaycan xalqının adət-ənənələri qədim köklərə söykənir. Dahi lider Heydər Əliyev hər zaman adət-ənənələrin misilsiz rolunu yüksək qiymətləndirmişdir.

Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi bütün dövrlərdə - istər 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra, istərsə də müstəqil Azərbaycan Respublikasının Prezidenti olandan sonra   milli-mənəvi dəyərləri ön planda tutaraq siyasət yürütmüşdür. Heç şübhəsiz ki, onun müdriklik fəlsəfəsinin əsasında da məhz Azərbaycançılıq ideyaları dayanır. 15 iyun 1993-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin iclasındakı çıxışında  “Azərbaycan on illərlə, yüz illərlə bu torpaqda yaşayan bütün insanların vətəni olub, bundan sonra da vətəni olmalıdır” fikrini səsləndirən Ümummilli Lider Heydər Əliyev vətəni qorumağın yolunu sadiqlikdə görmüşdür: “Yaşayırıq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. Bu yolda hamımız bir olmalıyıq”. Ulu Öndər hər zaman azərbaycanlı olmağı ilə fəxr etmiş, bunu bir çox çıxışlarında fəxrlə səsləndirmişdir. Rəhbər vəzifəyə gəldiyi gündən Azərbaycanın rifahı üçün çalışan dahi lider Heydər Əliyev vəzifələrə təyin etdiyi şəxslərə də azərbaycanlı olduqlarını və bu ada layiq davranmaqlarını vurğulamışdır. Biləsuvar, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lerik rayonlarından seçilmiş xalq deputatları və həmin rayonlardan olan rəhbər işçilər və ziyalılarla görüşdə (13 avqust 1993-cü il) demişdir: “Biz hamımız azərbaycanlıyıq,  hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik”. Bu ideologiyaya naxələf çıxanların cəzasının ağır olacağını xatırladan Ümummilli lider Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il): “Kim bizim əxlaqımıza, mənəviyyatımıza, milli ənənələrimizə zidd olan yollarla gedəcəksə, o cür həyat tərzi ilə yaşayacaqsa, onların Azərbaycanda yaşamaq hüququ yoxdur” - söyləmişdir.
Ümummilli liderin Azərbaycançılıq məfkurəsi fonunda  qiymətləndirdiyi milli-mənəvi dəyərlərin özü də çoxstukturludur. Belə ki, uzaqgörən liderin çıxışlarında bu dəyərlərin  sütunu üç yerə bölünür: dil, adət-ənənə və din. Hər çıxışında da bu üç məsələnin vəhdəti özünü göstərir: “Biz heç vaxt öz dinimizi, tariximizi, milli-mənəvi dəyərlərimizi unutmamalıyıq. Onları yaşatmaq, onlardan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.

Ulu Öndər adət-ənənələri yaşatmağı, nəsildən-nəsilə ötürməyi vacib amil hesab etmişdir. “Bizim ənənələrimiz, mənəvi, milli, dini dəyərlərimiz ölməzdir və bundan sonra da yaşayacaqdır”

Azərbaycanın milli qəhrəmanları və şəhidlərin ailə üzvləri ilə görüşdə çıxışında (27 dekabr 1993-cü il)  Ulu Öndər   “vətəndaş” sözünün böyüklüyünü, müqəddəsliyini diqqətə çatdıraraq demişdir: “Hər bir vətəndaş öz vətəninə sadiq olmalıdır, onu göz bəbəyi kimi qorumalıdır və vətəninin uğrunda, torpağının uğrunda, anasının, atasının müdafiəsi yolunda şəhid olmağa hazır olmalıdır”.

Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının müsbət cəhətlərindən söz açarkən xalqın  qəhrəmanlığını, döyüşkənliyini, eləcə də torpağa bağlılığını dəyərlər sırasında göstərmişdir.  Ermənistan silahlı qüvvələrinin yeni hücumları və təcavüzü ilə bağlı milli televiziya və radio ilə xalqa müraciətində (2 noyabr 1993-cü il) demişdir: “Azərbaycan xalqının potensialı - həm qəhrəmanlıq, həm döyüşkənlik, həm də intellektual potensialı böyükdür”. 

Xalqın soy-kökünə, etnopsixologiyasına dərindən bələd olan lider bizim milli kimliyimizdən fəxrlə söz açmışdır: “Bizim xalqımızın mənəvi-əxlaqi mentaliteti onun ən böyük sərvətidir, xalqımızın milli-mənəvi dəyərləri onun milli sərvətidir... Biz tarixi köklərimizi həmişə iftixar hissi ilə qiymətləndirməliyik və tarixi köklərimizin mənasını dünyaya bəyan etməliyik, yaymalıyıq, təbliğ etməliyik, onunla fəxr etməliyik... Öz milli-mənəvi dəyərlərimizi ümumbəşəri dəyərlərlə birləşdirib, zənginləşdirib Azərbaycan xalqının ümumi dəyərlərini, mənəvi dəyərlərini yaratmalıyıq... Ümumbəşəri dəyərlərlə milli-mənəvi dəyərlərin vəhdəti, sintezi bizim milli ideologiyamızın bu günü və gələcəyidir”. 

Azərbaycanın zəngin beynəlmiləlçilik ənənələrini də yüksək qiymətləndirən Ümummilli Lider Azərbaycanda  bir çox millətlərin nümayəndələrinin yaşadığını qeyd etmiş və bunu Azərbaycanın sərvəti hesab etmişdir: “Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq, onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır".

Torpaqlarımızın işğaldan azad olunmasının yolunu illər öncə bizə göstərən Dahi Lider vurğulamışdır: “Xalqımız nə qədər tez birləşərsə, Azərbaycan xalqı bir-biri ilə nə qədər həmrəy olsa, nə qədər hamının sözü bir olsa, o qədər torpaqlarımızı tez geri qaytaracağıq, azad edəcəyik, ərazi bütövlüyümüzü təmin edəcəyik”. 

44 günlük Vətən Müharibəsində Azərbaycan xalqının həmrəy olaraq zəfər çalması bu fikrin sübutudur. 

Ayaz Əsgərov,  
Yardımlı rayon İcra hakimiyyətinin başçısı.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir