İnam ünvanı, ümid qaynağı... - Tovuzlu Bilici Fazil

23:12 2.05.2023 1 912

Əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Gördüklərim, eşitdiklərim məni bu qənaətə gətirib ki, el arasında Bilici Fazil kimi tanınan, Tovuz rayon sakini, xeyriyyəci Fazil Abuzər oğlu Həsənov xalqının, dövlətinin etimad və etibarını qazanmağı bacara bilmişdir. El-oba arasında sayılıb-secilməyi insana daşıdığı vəzifə yox, o vəzifəyə layiq olan insan özü qazandırır. O, insanın xarakterində, bütövlüyündə, bir sözlə, işi ilə əməlinin vəhdətində olmalıdır. Əgər sən insanların istəyini və sevgisini qazanmaq istəyirsənsə ilk növbədə onlarla səmimi olmalısan…

İnanc inamdı. İnamla inancın arası bir duyumluqdu; inanırsan, bu inam sənin düşüncələrinlə doğmalaşır, düşüncələrinin mənəvi bürüncəyinə dönür. İnam yaşantılardadı, inancda səmavilik də var. Uşaqlığımızda bizə elə gələrdi ki, yaz yağışına qoşa ovuc açsaq, göz açıb-yumunca ovcumuz dolsa, bütün niyyətlərimizə çatacağıq. Niyyətlərimiz nə idi? - uşaqlıq dünyamızı əhatələyən oyunlar.

Təkcə təbiət hadisələrinə deyil, bəşərə də belə inanclar olub, var, olacaq da. Bilici Fazilin kəraməti kimi...

İnanclarımız da bax belə formalaşır...

 Bilici Fazil haqqında coxdan eşitmişdim. Onu duruluq çeşməsi adlandırırlar, ona çarəsizliyin çarəsi deyirlər. Deyilənlər olmuşlara görə deyilir, söz kimi dildən-dilə gəzir, fakt kimi, hadisə kimi yaşadılır. Bu da inancın nəticəsiydi; hər nəticə gerçəkliyin ifadəsidirmi? Yox, nəticə nələrin ümumiləşdirilməsindən də asılıdı, necə ümumiləşdirilməsindən də. Gerçəkliyə belə ümumiləşdirmələr yaddı. Ümumiləşdirmə gerçəkliyin özündədi. İnanc buna görə inancdı. İnanc ürəyə sarıldısa, ümumiləşir. Min illəri belə yaşamışıq, belə də yaşayacağıq...

Tanıyanlar deyirlər ki, Bilici Fazilin bənzəri olmayan həqiqət dünyası var. Kürreyi-ərz sığarmış bu dünyaya. Nəsimilik kimi. Ona görə hamı onun müdrikliyinə tapınır. İndi yaxın-uzaq ellərin güvənc yeri olub  Bilici Fazilin ocagı, ümid yeri, məsləhət ünvanı olub...

Gözəl boy-buxuna, qamətə malik olan bu adam kimi gözütoxdur. Təmiz, səliqəli geyimi-kecimi gözlərə də xoş gələrmiş, könüllərə də:"Ömür halal yaşamaqdı, oğul. Tanrımızın lütfüdü halal ömür, yaxşı ad. Belə yaşayın ki, sizdən sonra da belə yaşasınlar..." Müdrik insanın gözəl kəlamlarıdı.

 Bilici Fazili yaxından tanıyanlar deyirlər ki, bu kəramət sahibi təmənnasız adamdır. Nə edibsə, təmənna güdmədən edib. Yəni onun yaxşılıqları imana söykənib. Həm də yaxşılığı ömür fəlsəfəsi bilib. Hamı ona kəramətinə görə hörmət edib, o, söykökünün baslanğıcının müqəddəsliyinə...

İlk gördüyü adamın gözlərinə baxınca kimliyini təxmin edə bilir;  Bilici Fazil fəhmli adamdır. Həm də kövrək adam kimi tanıyıb onu tanıyanlar. Onun adında da işıq olub, üzündə də. Özü olan yerdə özü, özü olmayan yerdə sözü keçərli olub.  Bilici Fazil adı çəkilən yerdə hirs-hikkə sovuşar, qəzəb sovuşar, əl kəsməyə meyillənən əl kəsmək istədiyi əli isidər.  Bilici Fazil belə yaşayır... "Həyat körpü, insanlar yolçu, gördüklərimiz dərs, aldıqlarımız ibrətdir", -  Bilici Fazilin kəlamlarındandır.  Bilici Fazil həm də mahiyyəti pedaqoji örnək kimi yaşadılmalı kəlamlarıyla da yadda qalır, yaşayır: "Böyüyünü saymayan Allahını da saymaz", "Nəfsi iti olan mömindən mömin olmayan daha fərzdir", "Kimin ki, nəfsi çox oldu, ondan xeyir gözləmə", "Xoşxasiyyət adamla yoldaşlıq et, bədxasiyyətdən isə uzaq qaç ki, xasiyyəti sənə də keçər"...

Hər adam el-obanın nüfuz rəmzi, inam rəmzi, inanc rəmzi olmağa qadir deyil.

Yazımın əvvəlində qeyd etdim ki, əgər insan doğru-düzgün bir yoldadırsa, heç vaxt ona zaval olmur. Bəli bu həqiqətdir, gün işıgı kimi, axar su kimi... El arasında Bilici Fazil kimi tanınan, Tovuz rayon sakini, xeyriyyəci Fazil Abuzər oğlu Həsənov kimi. Bilmirəm onu sizə tanıda bildimmi?

Bir faktı qeyd edim. 2020 ci ildə Azərbaycan Ordusu işğal altında olan ərazilərimizin azad edilməsi uğrunda əməliyyatlara başlayandan dövlət qurumları, özəl sektora daxil olan şirkətlər, həmçinin fiziki şəxslər Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna ianələr edirdilər. Onlar bu addımları ilə Ordumuza dəstək olduqlarını nümayiş etdirirdilər. O vaxt Musavat.com xəbər verdi ki, belə xeyirxah əmələ imza atanlardan biri el arasında Bilici Fazil kimi tanınan, Tovuz rayon sakini Fazil Abuzər oğlu Həsənovdur. O, şəxsi vəsaitindən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 5 min manat köçürüb. Şərhə ehtiyac yoxdur.


Sadəlik insanın yaraşığı, təvazökarlıq isə gözəlliyidir. Hər iki xüsusiyyət Bilici Fazildə var. Heç nəyə biganə deyil. Bəzi vəzifə sahibləri var ki, qapısına gələn zavallı insanlara simsar olub köməklik göstərməkdənsə biganəlik göstərir.. İnsani dəyərləri unudur. Belələrini görəndə istər-istəməz Bilici Fazillə görüşlərimi, ona müraciət edənlər və onların ağzı dualı oranı tərk etmələrini xatırlamalı oluram. Kimsənin dərdinə biganə qalmayan Bilici Fazilin xeyirxah əməllərini, mərhəmətini hər kəs bilir. Bu yerdə yenə də Məhəmməd Peyğəmbərin (ə.s.) kəlamlarından misal çəkmək istərdim:

Hansı əməl yaxşıdır?- İnsan ürəyini sevindirmək, acları yedirtmək, darda qalanlara kömək etmək, əldən düşənlərin kədərini azaltmaq və ziyan çəkənlərin zərərini ləğv etmək. Məhz Bilici Fazil da Peyğəmbərimizin buyurduğu kimi davranır.

Allah təaladan istəyimiz odur ki, Bilici Fazil kimi insanları pənahında saxlasın. Bizim xalqın, Vətənimizin belə qeyrətli, dəyanətli, mərhəmətli, səxavətli mərd insanlara ehtiyacı var. Allah sizi qorusun Bilici Fazil. Amin.

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir