Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov...

12:50 11.10.2021 1 098
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov...

Əziz oxucu! Bir az toxta, dur! Məmurların qanunsuzluqlar, sosial problemlər, kresloda oturanların vətəndaşlara təhkimçi kimi baxmaları, korrupsiya və maliyyə maxinasiyaları ilə toplanan milyonlardan, kapitaldan bəhs edən məlumatlardan bir qədər uzaqlaşaq. Sizə çoxlarının yazacaqlarımıza inanmadığı, şəxsiyyəti və real əməli ilə bizi də fəth edən bir şəxsdən - Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov barədə bəhs edəcəyik. Onun haqqında elini-obasını sevən bir insan kimi gördüklərimizi, bildiklərimizi və başqalarının fikirlərini təqdim edəcəyik. Amma ilk öncə..

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov Vətənə ləyaqət nümunəsi sayılacaq vəzifə sahiblərindəndir.

...Müasir mediada çox nəsnələrin təmənnalı yazılıb, elə təmənnalı da pozulduğu bir vaxtda tanınmış bir məmur haqda xoş yazı yazmağın necə qarşılanacağını bilməmiş deyiləm. Hər kəs sual edəcək: Görəsən nə baş verib ki, işi-gücü tənqid olan bir saytın rəhbəri məmuru müdafiə edən yazıya imza qoyur? Biz bu yazını qələmə almağı özümüzə vicdan borcu saydıq. Bu gün məmurların böyük əksəriyyətinin hansı səviyyəyə malik olduğunu, elmdən uzaq, yalnız pul yığmağı bacaran ənənəvi tiplər kimi tanıdığımızdan az qala ONUN haqqında da belə düşünəcəkdik. Amma… Amması bu ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov vəzifənin hörmətə mindirdiyi yox, vəzifəni hörmətə mindirən dövlət MƏMURlarındandır.

...Adının cəkilməsini istəməyən Azərbaycanın tanınmış jurnalistlərindən biri Hikmət Şikarovu yaxından tanıdıgını deyir: “Fürsət düşdükdə Hikmət müəllimlə görüşürəm. Söz-sənət sahiblərinə qiymət verməyi bacaran adamdir. Kübar, çox ziyalı, lazım olanda yumuşaq, lazım olanda sərt insandır. Təşkilatçı bacarığı da öz yerindədir. Bircə "zəif" cəhəti var ki, başqa bir məmur sərt tədbirlər görəcəyi halda, o, insani xüsusiyyətindən irəli gələrək başa salır ki, belə olmaz, belə deyil. Mümkün və sona qədər ancaq başa salmağa çalışır. Çox vaxt da buna nail olur. İnsanlara elə gəlir ki, o yumşaq xasiyyətli, həlim bir rəhbərdir. Amma görünür o, bizim bildiklərimizdən daha çox bilir və dərk edir ki, cəmiyyəti inzibati üsullarla yox, sözlə də islah etmək olar”.

...Bütün deyilənləri, yazılanları kənara qoyaraq bir elin, obanın təəssübünü cəkən fədəkar bir insan kimi tanıdığımız Hikmət Şikarovun haqqında bəzən bədhaqları tərəfindən yayılan uydurmalar da olur ki, əslində bu insanda gülüş doğurur. Yalana bükülüb ləkə kimi atılanlara cavab olaraq gerçək olanı deyək: Bəri başdan deyirik ki, Hikmət Şikarov təsəvvürünüzə gətirmədiyiniz dərəcədə zəngindir. Briliant, qızıl, ləl-cəvahirat nədir ki, onun sərvətinin yanında. Adamın saf, təmiz qəlbi var. Neyləsin ki, xalqına, el-obasına bu qədər baglıdır. Saysız-hesabsız ehtiyacı olanlara "Əl tutmaq Əlidən qalıb" deyə əl tutması, simsar olmasını göz önünə gətirin. Həndəsi silsilə ilə artan bir sərvət! Sizsə görün nələrdən danışırsız? Hələ bu sıraya yüzlərlə xeyirxah əməllərini də artırsaq onda böyük bir xəzinə yaranar. Yəqin bu həqiqəti bilən kimsə, sizin yanınızda "Hikmət Şikarovun böyük, tükənməz bir xəzinəsi var”-deyib, sadəcə, siz hər şeyi baş-ayaq anlamısız…

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik.

Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarovun Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir. Maraqlıdır ki, onun adı ölkənin kütləvi informasiya vasitələrində az da olsa çəkilsə də, mahiyyət etibarı ilə onun həyatı və fəaliyyəti barədə ətraflı və dolğun informasiya əldə etmək elə də asan deyil. Bəlkə də bu Hikmət müəllimin fəaliyyətinin müəyyən özəllikləri ilə əlaqədardır. Onu yaxından tanıyan bir çox insanlar bu halı onun yüksək təvazökarlığı və diqqət mərkəzində olmaqdan heç də xoşlanmaması ilə də əlaqələndirirlər. Əlbəttə ki, bu keyfiyyətlər hər bir insana yalnız baş ucalığı gətirə bilər.

... İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edirik ki, o, vətəni, dövləti, xalqı uğrunda fədakarlıq göstərən əqidə adamıdır.

... Bəli, insan var olduğu dövr üçün çalışdığı kimi həyatda olmayacağı dövr üçün də çalışıb, gələcək nəsillər üçün gözəl şərait, abad məmləkət, ədalətli quruluş, ləyaqətlə yaşayıb ləyaqətlə dünyadan köç etmək örnəyini qoymalıdır. Bu həqiqət GÜN İŞIGI kimidir: Bütün bölgədə kimdən soruşsanız onu belə xarakterizə edəcəklər - yüksək qabiliyyəti ilə seçilən təşkilatcı rəhbər, gözəl insan və əsl Vətən daşı!

P.S

“Xalqımız 30 ilədək davam edən bir ləkəni üstündən təmizlədi, tariximizi cəsur, mübariz Azərbaycan əsgərinin şücaəti ilə yenidən yazdı. 1 milyondan artıq insana 30 ilədək bir müddətdə köçkünlük acısı yaşadan, dədə-baba torpaqlarımıza işğal yolu ilə sahiblənib sərvətini mənimsəyən, mədəni abidələrimizi, yurd yerlərimizi viran qoyan Ermənistan haqq savaşında məğlub oldu.“

Bunu Azerinform.az-a Şamaxı Rayon İcra Hakimiyyəti başçısının yeni birinci müavini Hikmət Şikarov bildirib.

Qəhrəman ordumuzla qürur duyduğunu vurğulayan rayon ziyalısı deyib: “Əzəli Azərbaycan torpağı olan Qarabağın geri qaytarılması, Xocalının intiqamı uğrunda başladığımız müqəddəs müharibənin xalqımızın böyük və ehtişamlı Qələbəsi ilə sona çatması xalqın və haqqın Qələbəsidir. Sivil xalqlar tarixləri boyu müharibəni heç vaxt dəstəkləməyiblər. Azərbaycan dövləti də həmişə sülh missiyasını yerinə yetirib, münaqişələrdən qaçaraq əmin -amanlığın tərəfdarı olub. Amma çox təəssüf ki, qəsbkar qonşularımız hərbdən başqa yol qoymadılar. İşğal etdikləri torpaqlarımızdan xoşluqla çəkilmək istəmədilər. Hər bir səbrin də bir həddi-hüdudu olur. Müharibə lənət sayılsa da, azadlıq uğrunda hər cür müharibə müqəddəs hesab edilib. Azərbaycanın apardığı bu müharibə də müqəddəs müharibə-Vətən müharibəsi idi və qələbə ilə bitməsi də tarixi yekun oldu.“

Azerinform.az
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:06

Paşinyan “Turan birliyi”ni dəstəklədi – İstanbulda dəhlizlə bağlı suala şok CAVAB

18:48

“Şlyapa Zahid”in işində Nəcməddin Sadıkov yenə - Məhkəməyə çağırıldı

11:24

İsrail darmadağın edir, SEPAH-ın mediası Bakını “suçlayır”…

11:18

İsrail-İran münaqişəsi belə bitəcək – Türkiyədən proqnoz

14:25

MOSSAD İranda ermənilərdən bu cür istifadə edb – Şok faktlar

12:50

TDT-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyində Milli Qurtrluş günü GENİŞ QEYD OLUNMUŞDUR

21:19

Tahir Kərimli Vəhdət Partiyasının sədrliyindən getdi – Yeni rəhbər məşhur politoloqdur - FOTO

17:54

Yevlaxın ilk qadın kamança ifaçısı Sürəyyə Hüseynova ilə görüş kecirildi/Fotolar

11:46

Bakıda dəhşət: gənc qız küçənin ortasında 61 yaşlı kişini öldürdü

12:54

Rusiyada hər il 200 min insan bu səbəbdən ölür - Şok faktlar

15:54

Stomotoloq Fikrət İbrahimov – Peşəkarlığın, Vətənpərvərliyin və İnsanlığın Nümunəsi

11:46

Əvəz Zeynallı sağlıq durumunu, gələcək planlarını açıqladı – VİDEO

14:42

Hakan Fidan Moskvada Putinin köməkçisi ilə görüşdü

14:34

Doktor: "Xəstələr nazirliklə TƏBİB-in toqquşan maraqları arasında qalıb" - MÜSAHİBƏ

13:32

Əl üstə kimin əli? - Bu birliyin gücü qanunları alt-üst edir

08:48

Qocaman arxeoloq vəfat etdi

16:20

"Şəki” restoranının sökülməsinə görə ödənilən fantastik məbləğ...

16:18

Rəşad Dağlı, Cahangir Hacıyev, Hüseyn Abdullayev əfv oluna bilərmi? - AÇIQLAMA

12:16

Ərdoğan, Tramp, Salman və Şara görüş keçirdi

14:12

Nə qədər ki, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır...

17:00

"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

15:00

“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

16:54

Rusiya qeyri-dost addım atdı – Rəsmi Bakı

12:34

Putin üçün həssas məqam: Kiyev paradı vuracaq?

17:30

“Nar”ın dəstəyi ilə tələbələr üçün təlimlər keçirildi

21:26

Bağırsaq xərçənginin geniş yayılmasının SƏBƏBİ

21:24

Benyamin Netanyahunun səfəri ilə bağlı rəsmi açıqlama: Beş gün Azərbaycanda olacaq

15:26

Pezeşkian Bakı ilə bağlı Bakıda xəbərdarlıq etdi

15:00

“Nar”ın sərfəli xidmətləri indi Bakı hava limanında

00:55

Ərdoğan Azərbaycana gəlir

00:52

“Yetər artıq, Tramp!” – 7 ölkə ABŞ-a ultimatum verdi

19:04

Tikinti şirkəti Nəsimidə göydən daş yağdırdı - 1 qadın həkimlik oldu -FOTOLAR, VİDEO

17:00

"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir - VİDEO

12:30

“Nar” region qadınlarının yaradıcılıq imkanlarına töhfə verir