Nə qədər ki, cəmiyyət var müəllim olacaq...

10:13 30.03.2017 2 396
Nə qədər ki, cəmiyyət var müəllim olacaq...

Hər bir insanın taleyi, az da olsa müəllimin əlində olmuşdur. Həyatımızda işıqlı nə varsa, hamısı – həqiqət, müdriklik, xeyirxahlıq, qardaşlıq, bəşəriyyətin təmənnasız xidmətçisi olan müəllimdən gəlir...

Müəllim xüsusi hazırlıq keçmiş və peşəkarcasına pedaqoji fəaliyyətlə məşğul olan insandır. Yalnız o, pedaqoji biliklərə müvafiq olaraq hərəkət etməyi bacarır, öz peşə borcunu keyfiyyətlə icra etmək üçün müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Müəllim masası arxasında oturan insan hər şeyə cavabdehdir, o, çox şeyi bilir və bacarır. Hər bir insanın bu qədər çox asılı olduğu başqa fəaliyyət növünü təsəvvür etmək çətindir.
Müəllimlik peşəsi insan fəaliyyətinin çox mürəkkəb növünə aiddir. Pedaqoji funksiya müəllimə peşə bilikləri və bacarıqlarını tətbiq etmək istiqamətini göstərməkdir. Əlbəttə, pedaqoji fəaliyyətin başlıca istiqamətlərini şagirdlərin təlimi, təhsili, inkişafı və formalaşması təşkil edir. Bu istiqamətlərin hər birində müəllim çoxlu konkret işlər görür. Amma bütün bu işlərin kökünə baxanda məlum olur ki, müəllimin başlıca funksiyası təlim, tərbiyə, təhsil, inkişaf, formalaşma proseslərini idarə etməkdir. O, özünün bu başlıca funksiyasını nə qədər dərindən başa düşsə, öz şagirdlərinə bir o qədər müstəqillik, təşəbbüskarlıq, sərbəstlik verər. Öz işinin mahir ustası təlim-tərbiyə prosesində sanki şagirdlərin sərbəst həyata keçirdikləri seçimin hüdudlarından kənarda, “kadr arxasında” qalır, əslində isə o, özünün idarə etdiyi seçimin arxasında durur.
Nə qədər ki, cəmiyyət var müəllim olacaq...
Müəllim əməyinin səciyyəvi xüsusiyyətləri və özünəməxsusluğu nədir? Tədqiqatçılar bununla bağlı onlarla model fikirləşmiş və həyata keçirmişlər. Bu modellərdən biri pedaqoji idarəetməni müəllimin başlıca funksiyası hesab edir. Məqsəd müəllimin və onun şagirdlərinin əməyini ümumi nəticəyə nail olmağa doğru istiqamətləndirir. Təlim prosesinin idarə olunması, hər şeydən əvvəl, şagirdlərin hazırlıq səviyyəsinə, imkanlarına, tərbiyəliliyinə, inkişafına əsaslanır. Bu konkret şəraitdə müəllim öz işinin nəticələrini qabaqcadan görmək bacarığında özünü göstərir.
Müəllimin layihələşdirici funksiyası gələcək fəaliyyətin modelini qurmadan, müəyyən olunmuş şəraitdə və vaxtda məqsədə nail olmaq üçün yolları və vəsaitləri seçməkdən ibarətdir. Müəllim həmçinin informasiyavermə, təşkiletmə, qiymətləndirmə, nəzarətetmə funksiyalarını da yerinə yetirir.
Müəllim şagirdləri nəzərdə tutulan işə cəlb etməklə məqsədə nail olmaq üçün onlarla əməkdaşlıq edir. Müəllim şagirdlər üçün informasiya mənbəyidir. O, çox şeyi – öz fənnini, onun tədrisi metodikasını, pedaqogikanı, psixologiyanı bilir.
Pedaqoji prosesi inkişaf etdirmək üçün təsirli stimullar yaradarkən müəllimə lazımdır. Nəzarəti həyata keçirən, bilikləri qiymətləndirən zaman şagirdlərin təkcə nailiyyətlərini yox, həm də uğursuzluğunun səbəbləri aydın olur. Toplanan informasiya prosesə düzəliş etməyə, ona təsirli stimullar daxil etməyə, səmərəli vasitələrdən istifadə etməyə imkan verir.
Müəllim başa çatan işi təhlil edir, onun səmərəliliyini müəyyənləşdirir. Əgər göstərici nəzərdə tutulduğundan azdırsa, gələcəkdə bu geriliyi doğuran səbəbləri aradan qaldırmaq üçün yollar axtarır.
Müəllim peşəsi yer üzündə qibtə olunası peşədir. Nə qədər ki, cəmiyyət var müəllim olacaq. Hər bir insanın taleyi, az da olsa müəllimin əlində olmuşdur. Həyatımızda işıqlı nə varsa, hamısı – həqiqət, müdriklik, xeyirxahlıq, qardaşlıq, bəşəriyyətin təmənnasız xidmətçisi olan müəllimdən gəlir.
Müəllimin xüsusi peşə olması və ictimai funksiyaları onun şəxsiyyətinə, əxlaqi simasına yüksək tələbər verir. Hər şeydən əvvəl, nəzərə almaq lazımdır ki, praktik pedaqoji fəaliyyətin ancaq yarısı rasional texnologiyanın payına düşür. Onun o biri yarısı ustalığın payına düşür. Ona görə də müəllimə verilən başlıca tələb onun pedaqoji qabiliyyətlərə malik olmasıdır. Pedaqoji əməyin tanınmış biliciləri belə hesab edirlər ki, xüsusi pedaqoji qabiliyyətlər mövcuddur. Bu məsələ hazırda intensiv sürətdə öyrənilir. Pedaqoji qabiliyyətlər müəllimin şəxsi keyfiyyətləridir. Onlar özünü uşaqlarla işləməyə meyildə, uşaqlara məhəbbətdə, onlarla ünsiyyətdən həzz almaqda göstərir.
Müəllim uşaqları birləşdirmək, onları məşğul etmək, vəzifələri bölüşdürmək, işi planlaşdırmaq, görülən işə yekun vurmaq və s. bacarığında özünü göstərir.
Müəllimin mühüm peşə keyfiyyətlərinə daxildir: əməksevərlik, intizamlılıq, məsuliyyətlilik, qarşıya məqsəd qoymaq və nail olmaq, yolunu seçməyi bacarmaq, mütəşəkkillik, qətiyyəlilik, əzmkarlıq, öz peşə səviyyəsini, əməyininin keyfiyyətini sistematik və plana uyğun yuksəltmək.
Bizim həyatımızda pedaqoqun insani keyfiyyətləri: təlim-təhsil-tərbiyə prosesində əlverişli münasibətlər sırasında humanistlik, xeyirxahlıq, düzlük, ədalətlilik, obyetivlik, əliaçıqlılıq, insanlara hörmət, nikbinlik, ünsiyyətə tələbat, şagirdlərin həyatına maraq göstərmək, özünə tənqidi münasibət, emosianal mədəniyyat və s. vardır.
Müəllim üçün ən vacib keyfiyyət humanizmdir. Bu, yer üzərində ən yüksək dəyər olan insana münasibətdir. Bu münasibət konkret işlərdə və hərəkətlərdə ifadəsini tapır. Humanist münasibətlətlər şagirdin şəxsiyyətinə maraqdan, onun vəziyyətinə şərik olmaqdan, fikrinə hörmət etməkdən, tədris fəaliyyətinə yüksək tələbkarlıqdan, şəxsiyyətinin inkişafına qayğı göstərməkdir.
Müəllim həmişə fəal, yaradıcı şəxsiyyətdir. Sinif və uşaq kollektivi kimi mürəkkəb orqanizmə pedaqoji rəhbərliyi həyata keçirmək üçün müəllim inadlı, qətiyyətli olmalı, hər hansı bir situasiyanı müstəqil həll etməyə hazır olmalıdır. Dözümlülük, özünü ələ ala bilmək müəllim peşəsi üçün zəruri olan keyfiyyətlərdəndir.
Müəllim sistematik olaraq şagirdlərin bilik, bacarıq və hərəkətlərini qiymətləndirməlidir. Ona görə də onun qiymətləndirilməsi ilə bağlı mühakimələri, fikirləri məktəblilərin inkişaf səviyyəsinə uyğun gəlməlidir.
Müəllim tələbkar olmalıdır. Bu onun müvəffəqiyyətli işinin mühüm şərtidir. Çünki özündə olmayan şeyi başqalarından tələb etmək olmaz. Pedaqoji tələbkarlığın ağlabatan olması, inkişaf edən şəxsiyyətin imkanlarını nəzərə almalıdır. Müəllimin yumor hissi pedaqoji prosesdə mövcud ola bilən güclü gərginliyi neytrallaşdırır.
Deyirlər ki, şən müəllim qaraqabaq müəllimə nisbətən yaxşı öyrədir. Bu sinifdə emosional fon yaratmağa kömək edir. Öz peşəkar əməyinə məhəbbət elə keyfiyyətdir ki, onsuz müəllim olmaq mümkün deyil. Müasir müəllimin şəxsiyyəti bir çox halda onun yüksək mədəni səviyyəsi ilə müəyyən olunur. Müasir dünyadan sərbəst baş çıxarmaq istəyən şəxs bir çox elm sahələrini bilməlidir. Səciyyəvi haldır ki, şagirdlərin qəlbində yaranan obrazı daim qalır, sinifdən-sinifə keçdikcə o obraz dəyişir. İbtidai sinif müəllimi idealdır, onun tələbləri qanundur.

Nazilə Məmmədova
Nərimanov rayonu, 45 N-li tam orta məktəbin direktoru
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video