Ağsu Rayon İcra Hakimiyyəti TƏKZİB EDİR

15:42 31.07.2020 1 469
Ağsu Rayon İcra Hakimiyyəti TƏKZİB EDİR

Ağsu Rayon İcra Hakimiyyəti “Hürriyyət” Onlayn İnformasiya Agentliyinin “Hurriyyet.org” saytında və “Sozcu.az” xəbər saytında Cəfərova Nüşabə Əlisa qızının müraciəti ilə bağlı yayımlanmış video-informasiyanı təkzib edir.Təkzibdə deyilir:

Ağsu şəhəri, Qaçaq Nəbi küçəsi, 5 saylı evdə yaşayan Nüşabə Cəfərova “Hürriyyət” Onlayn İnformasiya Agentliyinin “Hurriyyet.org” saytında və “Sozcu.az” xəbər saytındayayımlanan müraciətində Ağsu dolaylarında yerləşən iaşə obyektinin Ağsu Rayon İcra Hakimiyyəti və digər mərkəzi icra hakimiyyəti orqanlarının əməkdaşları tərəfindən söküldüyünü bildirməklə ona köməklik göstərilməsini xahiş etmişdir.

Bildirirk ki, respublika ərazisində turizmin inkişafı ilə bağlı Şimal-qərb turizm koridoru-kommersiya obyektlərinin inkişaf konseptinə uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Dövlət Turizm Agentliyinin, peşəkar memarlar və aidiyyəti qurumların nümayəndələri tərəfindən Muğanlı-İsmayıllı və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazilərindən keçən hissəsində fəaliyyət göstərən iaşə obyektlərinə vizual baxış keçirilmiş və əksər obyektlərin sanitar-gigiyenik tələblərə, Tikinti Norma və Qaydalarına uyğun olmadığı, mənəvi cəhətdən köhnəldiyi, yolun mühafizə zolağında tikildiyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müqavilələri olmadığı müəyyən edilmişdir.

Həmin obyektlərin sahibləri ilə söhbətlər aparılmış, obyektlərin layihə əsasında yenidən rekonstruksiya olunması barədə razılığa gəlinmiş və sahibkarlar tərəfindən tikinti-quraşdırma işlərinə başlanılmışdır. Bu sahədə aparılan işlər mərkəzi icra hakimiyyəti orqanlarının nümayəndələrindən ibarət səlahiyyətli komissiyanın nəzarəti altında həyata keçirilir.

Söküntü materiallarının daşınması və digər işlərin görülməsində müraciətləri əsasında RİH tərəfindən sahibkarlara müvafiq köməkliklər göstərilmişdir.Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sahibkarlar arasında obyektlərin yerləşdiyi torpaq sahəsindən istifadəyə görə müqavilə bağlanacaqdır.

Nəzərinizə çatdırırq ki, N.Cəfərovanın 14 avqust 2002-ci il tarixdə rayonun Aratlı Curuğlu kənd sakini Səfdərov Cabir Seyidrza oğlundan alqı-satqı müqaviləsi ilə aldığı Bakı-Qazax şosse yolunun 150.1 km-də, yolun sağ tərəfində 39 kvm sahədə yerləşən ümumi sahəsi 10.4 kvm olan yeməkxana binası yolun mühafizə zolağında və meşə fonduna aid ərazidə qanunsuz tikilmişdir. Bununla əlaqədar onun tərəfindən rayon İcra hakimiyyətinə təqdim olunan Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi “Yolnəqliyyatservis” Departamenti Yolların Mühafizəsi Xidməti MMC-nin hələ 27 dekabr 2004-cü il tarixdə ona ünvanlanan 01/92 saylı məktubundan bir daha aydın olur ki, ona məxsus kafenin nəqliyyat vasitələrinin hərəkətinə maneəçilik törədən qurğuları sökülmüş, lakin kafenin mühafizə zolağına düşən 5 metrlik hissəsinin də kənarlaşdırılması tələb olunmuşdur. 30 noyabr 2004-cü il tarixli ərizəsi nəzərə alınaraq kafenin söküntüsü gələcəkdə yolun genişləndirilməsi və layihələndirilməsi zərurəti yaranacağı halda sökülüb yol oxuna nisbətində 30 metir məsafəyə çəkilməsi onun tərəfindən həyata keçiriləcəyi şərti ilə dayandırılmışdır.

Bundan əlavə, yeməkxanın yerləşdiyi ərazi Şamaxı Regional MeşəTəsərrüfatı Mərkəzinin Ağsu meşəbəyliyi 8 saylı meşə dolayının 32-ci kvartalının 28-ci bölməsində yerləşməklə meşə fonduna aiddir. Müqavilə şərtlərinə əsasən ona istifadə üçün verilən ərazidə və onun əhatəsində heç bir əsaslı tikinti aparmadan, meşə fond torpaqlarının vəziyyətini pisləşdirmədən, ətraf mühitə zərər vurmadan, meşədə yanğına qarşı təhlükəsizlik, sanitariya-gigiyena qaydalarına əməl etməklə ərazidə müvafiq olaraq çadır tipli və ya sökülüb-yığılan yüngül konstruksiyalı qurğulardan istifadə etməli olduğu halda buna əməl edilməmiş və orada əsaslı tikinti aparılmışdır. 2004-cü ildə Şamaxı Meşə Mühafizəsi və Bərpası Müəsissəsi ilə hüquqi qüvvəsi olmayan bir il müddətində icarə müqaviləsi bağlanılmışdır.

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin rayon İcra hakimiyyətinə təqdim etdiyi 03 iyun 2020-ci il tarixli, 388 nömrəli məktubdan aydın olur ki, N.Cəfərova tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğuna görə inşa olunan qanunsuz əsaslı tikili qardaşı Cəfərov Ağanəsib Əlisa oğlunun iştirakı ilə Şamaxı Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları tərəfindən sökülmüş və sökülən tikinti materialları ünvanına aparılmışdır.

N.Cəfərovaya bildirilmişdir ki, ərazidə tikinti quraşdırma işlərinə başlayacağı təqdirdə inşa ediləcək obyekt üçün ona xərci ödənilmədən tikinti layihəsi təqdim ediləcəkdir.
Odur ki, N.CəfərovanınAğsu Rayon İcra Hakimiyyəti qarşısında tələbi əsassızdır.

Əlavə olaraq bildirirk ki, Muğanlı-İsmayıllı və Bakı-Şamaxı-Yevlax avtomobil yolunun rayon ərazilərindən keçən hissəsində fəaliyyət göstərən iaşə obyektlərində aparılan tikinti-quraşdırma işlərini N.Cəfərova istisna olmaqla bütün obyekt sahibləri razılıqla qarşılayır, işləri böyük ruh yüksəkliyi və həvəslə icra edirlər.

Ağsu Rayon İcra Hakimiyyəti

AZERİNFORM.AZ
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:59

İmişli rayon İH başçısı aparatının şöbə müdirinin müavini - sektor müdiri Aqil Hüseynovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:37

Tərtər Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Murad Zeynalovun barəsində yayılan məlumatlar həqiqəti əks etdirmir - MÖVQE

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko

10:51

Bu, ABŞ-ın tək qaldığı ilk müharibədir

18:00

İranda hərbi çevriliş?!

14:19

Sabitlik və təhlükəsizlik olmadan inkişaf mümkün deyil

17:11

"Azərbaycan türkü faktoru rəsmi Tehran üçün əlavə narahatlıq yaradır" - Təhlükəsizlik eksperti Naxçıvana hücumu şərh ETDİ

15:55

Naxçıvana qarşı dron hücumu regionda sabitliyə qarşı təhlükəli təxribatdır

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır