Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi

22:30 2.02.2021 751
Bakcell Bakıda yeni konsept mağazasını təqdim etdi


Bakcell Bakı şəhərində, Nəriman Nərimanov metro stansiyasının yaxınlığında yeni konsept mağazasını istifadəyə verib. Müştərilərin rahatlığını təmin etmək məqsədilə yeni dükan özündə nömrə və aksessuar satışı ilə yanaşı müştəri xidməti funksiyasını birləşdirərək ən innovativ “hər şey bir arada” konsepsiyası əsasında qurulub.

Təbriz küçəsi 108 ünvanında yerləşən yeni Bakcell mağazasının açılmasında əsas məqsəd abunəçiyə daha yaxın olmaqdır. Yeni mağaza müştəri-yönümlü yanaşmadan istifadə edərək “Bakcell”in yenilənmiş brend qaydalarına uyğun olaraq dizayn edilib, bu isə ziyarətçilər üçün isti bir atmosferin yaradılması üçün imkan yaradıb.

Müştəri və satış məsləhətçisinin bir arada olması və interyerin sadə zona bölgüsü sayəsində müştərilər üçün bütün lazımi məlumatlar daha əlçatan olub, müştəri xidməti təmsilçiləri və dükan əməkdaşları ilə ünsiyyət isə daha da asanlaşıb. Yeni dükanda “Bakcell”in bütün məhsul və xidmətləri ilə yanaşı geniş çeşiddə telefon aksessuarları da təqdim edilir. Bundan əlavə, müştərilər burada Bakcell müştəri xidmətlərindən rahatlıqla istifadə edə bilərlər.Biz daim çalışırıq ki, “Bakcell”in məhsul və xidmətlərini həm Bakı ərazisində, həm də Azərbaycanın bütün bölgələrində yaşayan abunəçilərimiz üçün daha əlçatan edək. Bu fəaliyyətin davamı olaraq bu gün biz böyük məmnuniyyətlə Bakı şəhərinin mərkəzində yeni konsept mağazasını təqdim edirik. Burada bütün xidmət prosesi “hər şeyin mərkəzində müştəri dayanır” yanaşması üzərində qurulub. “Müştəri yönümlülük” adlanan bu standartı Azərbaycanda tətbiq etmiş ilk şirkətlərdən biri “Bakcell”dir. Planımız biznesimizi sistematik qaydada rəqəmsallaşmaya doğru aparmaqla müştərilərə daha çox rahatlıq verməkdir. Müştərilərlə ünsiyyət prosesinin daha rahat və effektiv olması üçün maksimal dərəcədə rəqəmsallaşmalıdır. Biz bunu öz “Mənim Bakcellim” mobil tətbiqini istifadəyə verməklə əyani şəkildə nümayiş etdirmişik”, deyə Bakcell şirkətinin baş kommersiya direktoru Reinhard Zuba bildirib.

Qeyd edək ki, dükanın açılışı günündən bir həftə ərzində keçiriləcək xüsusi kampaniya çərçivəsində yeni Bakcell mağazasında əldə olunan bütün aksessuarlara 20% endirim təqdim edilir.

Yeni Bakcell mağazasının müştərilərini mobil rabitə xidmətlərinə aid bütün məsələlərlə kömək etməyə hazır olan xüsusi hazirlanmış əməkdaşlar qarşılayacaq.

Bakcell şirkəti özünün üstün müştəri təcrübəsi və ölkədə ən yüksək sürətli mobil şəbəkəni Azərbaycanın bütün bölgələrində yaşayan müştərilərinə daha yaxın etmək məqsədilə həm mobil rabitə şəbəkəsini, həm də müştəri xidməti və satış şəbəkələrini genişləndirməyə davam edəcək. Şirkət bu ilin sonunadək bir neçə yeni mağazanın açılışını planlaşdırıb.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru Bakcell şirkəti müasir mobil telekommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl mobil internet xidməti göstərir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video