Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır

14:08 6.02.2019 806
Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır














Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti ölkənin ən genişmiqyaslı loyallıq proqramını həyata keçirməklə öz abunəçilərini eksklüziv endirimlər və imtiyazlarla təmin etməyə davam edir.
Artıq 5 ildən çoxdur ki Azərbaycanda ən uğurlu loyallıq proqramlarından biri hesab olunan “Ulduzum”un geniş partnyor şəbəkəsi 270 yerli və beynəlxalq tərəfdaşın 400-dən artıq satış və xidmət nöqtəsindən ibarətdir və bu göstərici gündən günə artmaqdadır.

“Ulduzum” proqramının ən aktiv və populyar tərəfdaşları siyahısında yer alan “158 Taxi” xidməti və “Pierre Cardin” mağazalar şəbəkəsi ötən ilin oktyabr ayından başlayaraq istifadəçi sayının artımı üzrə yüksək templər nümayiş etdirirlər.

2018-ci ilin oktyabr ayından bəri “Ulduzum” proqramının tərəfdaşı olan “Pierre Cardin” mağazalar şəbəkəsinin təklif etdiyi kampaniyadan təkcə son 3 ay ərzində min nəfərdən çox Bakcell abunəçisi yararlanıb. “Ulduzum” istifadəçilərinə Pierre Cardin mağazalarında yeni kolleksiyaya 10%, 50%-dək endirimli məhsullara isə 5% endirim təqdim olunur.
“Pierre Cardin”, “Karaca” və “Roman” brendləri olaraq “Ulduzum” ilə əməkdaşlıqdan çox razıyıq. Ulduzum proqramı həm texniki həm də marketinq baxımından Azərbaycanda ən inkişaf etmiş proqramlardan biridir. Həmçinin proqram vasitəsi ilə biz də öz müştərilərimizin loyallığını artıraraq, onlara maraqlı kampaniyalar təqdim etmiş oluruq. Əməkdaşlığımız zamanı müxtəlif kanallar vasitəsi ilə brendimiz təşviq olunur və daha çox kütləyə tanınır. Proqram çərçivəsində Ulduzumun dəstəyi ilə müştərilərimiz ilə əlaqəmiz daha da möhkəmlənir” deyə “Pierre Cardin”, “Karaca” və “Roman” mağazalarının rəhbəri Onur Efe qeyd edib.

2018-ci ilin oktyabr ayından etibarən “Ulduzum” tərəfdaşı olan “158 Taxi” xidmətinin xüsusi təklifindən qısa müddət ərzində min nəfərdən çox Bakcell istifadəçisi yararlanıb. Xüsusi kampaniyanın şərtlərinə əsasən “Ulduzum” kodu vasitəsilə sifariş olunmuş hər 5 gedişdən sonra abunəçilərə 1 PULSUZ gediş təqdim edilir.

“Hər bir Ulduzum istifadəçisi 158 Taxi sifariş verərkən pulsuz gedişlər qazana bilər. Bunun üçün əsas şərt müştərinin Ulduzum istifadəçisi olmasıdır. Pulsuz gedişlər 158 TAXI müştəriləri üçün olduqca cəlbedici və effektivdir. Kampaniyanın, yalnız Ulduzum istifadəçilərinə şamil edilməsi isə rəqabət şəraitində müştərilər arasında səmərəli seçim şansı yaradır. Bakcell şirkəti ilə uğurlu əməkdaşlıq qurmaqdan böyük məmnuniyyət duyuruq. Düşünürük ki, bu əməkdaşlığın davamlı olması rəqabətli bazar mühitində atılan səmərəli addımlardan biridir” deyə “158 Taxi” xidmətinin Müştəri Marketinqi üzrə meneceri İbrahim Osmanov bildirib.

Bu günə kimi “Ulduzum” loyallıq proqramına 3 milyondan artıq Bakcell abunəçisi qoşulub. Proqramın istifadəçiləri populyar restoran və otellər, nüfuzlu geyim, parfümeriya və elektronika mağazaları ilə yanaşı, sağlamlıq, idman və əyləncə mərkəzləri, ən populyar kinoteatrlar, banklar, kitab dükanları, kabel televiziya provayderləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlarımızın təklif etdiyi özəl kampaniyalar və endirimlərdən yararlanmaq imkanına malikdirlər.

Hər bir Bakcell müştərisi “Ulduzum”a qoşula bilər. Bunun üçün heç bir abunə haqqı tələb edilmir. Loyallıq proqramında iştirak etmək üçün “1” rəqəmini 5555 nömrəsinə SMS vasitəsilə göndərmək kifayətdir. Ulduzum barədə daha ətraflı məlumat www.ulduzum.az səhifəsində əldə oluna bilər.

Bakcell abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır
Oxşar xəbərlər

XƏBƏR LENTİ

16:48

Sürücülərin nəzərinə: Bu yolda DƏLƏDUZLAR peyda oldu

15:58

✍️UNUTSAQ UNUDULARIQ: Rasim Musayev – səssiz xeyirxahlığın generali...

17:15

Çağdaş ədəbiyyatımızın FƏZİLƏT YOLÇUSU

11:33

ABŞ-la Strateji tərəfdaşlıq nə vəd edir?

20:48

"Carlsberg Azerbaijan" 2025-ci ili yüksək göstəricilərlə başa vurub

14:42

Fəzail Ağamalı dəfn edildi – VİDEO

19:59

Prezidentin işdən çıxardığı Saleh Məmmədov KİMDİR... - DOSYE

12:46

Şərurlu İsfəndiyarın NƏVƏSİ YOL GÖSTƏRDİ: "Get binadan özünü at..." – "Jasmine Park"da NƏ BAŞ VERİR...

15:43

Agciyər Xəstəlikləri Mərkəzi PHŞ Yevlax Regional Xəstəxanasında tədbir keçirilib-Fotolar

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir