“Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi

02:14 6.11.2018 1 273
“Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi














Hər zaman Azərbaycan xalqının zəngin keçmişi, adət-ənənələri və milli-mədəni irsinə bağlılıq nümayiş etdirən “Nar”, Göyçayda keçirilmiş ənənəvi Nar festivalında aktiv iştirak edib. Mobil operator tərəfindən festival çərçivəsində təşkil edilmiş kompleks tədbirlər geniş ictimai marağa səbəb olub. Müxtəlif maraqlı müsabiqələr və əyləncəli oyunlarla müşayiət olunan tədbir zamanı qurulmuş “Nar” çadırı ikiqat bayram əhval-ruhiyyəsi yaradıb. Nar bayramında iştirak edənlər “Nar” çadırına gələrək, mobil operator tərəfindən keçirilən tədbiri maraqla izləyib.

“Nar” çadırında iştirakçılar üçün xüsusi müsabiqə təşkil edilib və qalib gələnlərə müasir telefonlar hədiyyə edilib. Abunəçilərə mobil operatorun ölkənin regionlarına göstərdiyi diqqəti, xüsusi olaraq bölgələr üçün nəzərdə tutulan və dəqiqəsi cəmi 1 qəpiyə danışmaq imkanı verən “Yerlim” tarifi haqqında ətraflı məlumat verilib. Bundan başqa, “Nar” əməkdaşları tədbir iştirakçılarına mobil operatorun fəaliyyət istiqamətləri, şəbəkənin təkmilləşdirilməsi ilə bağlı görülən işlər, 2018-ci il ərzində ölkə ərazisində qurulan yeni baza stansiyaları və digər işlər barədə geniş məlumat veriblər. Tədbir iştirakçıları müxtəlif hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin, “Nar” öz abunəçiləri üçün Nar bayramı ilə əlaqədar Göyçaya tur təşkil edib. Beləki, mobil operatorun oktyabrın 30-da sosial mediada abunəçiləri arasında keçirdiyi müsabiqədə qalib gələn 20 nəfər, “Nar” əməkdaşları ilə birgə Göyçaya səfər edib və “Nar” çadırında təşkil edilən tədbirlərdə aktiv iştirak ediblər.

Qeyd edək ki, Göyçay bütün dünyada məşhur olan Azərbaycan narının vətəni hesab olunur. Nar festivalı hər ilin noyabr ayında məhz bu rayonda möhtəşəm bayram əhval-ruhiyyəsində keçirilən bir tədbirdir.

“Nar” kampaniyaları, məhsul, xidmət və tarifləri haqqında məlumatı nar.az internet səhifəsindən öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. 2017-ci ildə keçirilmiş mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən “Nar” şəbəkəsi mobil zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olub. Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan “P3 Communications” keçirib və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri təcrübəsinə əsaslanıb.


“Nar” Göyçayda keçirilən festivalda aktiv iştirak etdi
Oxşar xəbərlər

XƏBƏR LENTİ

14:20

GÜLLƏRİN DİLİ, VƏTƏNİN RƏNGİ...

21:45

2025-ci ildə Ağsu rayonunda görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib - FOTOLAR

12:20

Nihatın həyatı sizin əlinizdədir: Anası yardım gözləyir! - YENİLƏNİB

20:11

Məşhur deputat və polis rəisi Allahverdi Həsənov vəfat edib - VİDEO

12:02

Putin AZAL-ın vurulan təyyarəsi ilə bağlı vədinə əməl etmir - Eurasia.net

11:55

Kirayə verən də, qalan da cərimələnə bilər – Proses başladı

11:51

Bu şəxslərin pensiyasında 50 manata yaxın artım olacaq

16:58

Qaradağ icra başçısı Süleyman Mikayılov və Kəmaləddin Heydərov haqqında ŞOK FAKTLAR - Narkotik ticarəti, Rusiya əlaqələri və .../VİDEO

12:42

Bu gün Prezident İlham Əliyevin doğum günüdür

15:08

Onun pulu Azərbaycan büdcəsindən 33 dəfə çoxdur

11:26

Ramiz Mehdiyevin ekologiya nazirliyində, prokurorluq və məhkəmə orqanlarında bir qrup adamı ifşa olundu

18:34

Tahir Kərimli deputat seçilmədiyinə görə mövqeyini dəyişib? - AÇIQLAMA

22:40

Bu gün Rusiya Ukraynanı birdəfəlik itirdi, dağılmağa başlayır

22:37

Prezidentin çıxışından sonra hərəkətə keçdilər

13:59

Təyyarə qəzası ilə bağlı qorxunc şübhə: Həmin an orada… – “Türkiyə”dən ŞOK

13:52

XRİSTİYAN–YƏHUDİ VƏ XRİSTİYAN–MÜSƏLMAN TOQQUŞMALARI GÜNDƏLİKDƏ - Yeni savaşlar alovlandırılır?

13:49

Təyyarənin qəza səbəbi: kənar müdaxilə... - EHTİMAL VAR Kİ...

13:46

Avropa Rusiya ilə genişmiqyaslı müharibə hazırlaşır – Vuçiç

16:41

Şiriyev İrəvanda: Zəngəzur dəhlizi “Tramp yolu”na aid deyil

11:49

Rusiya Ukraynada nə qədər əsgər itirib? – Trampdan dəhşətli rəqəm

11:40

Üç ölkədən Rusiya ilə bağlı gözlənilməz həmlə

21:16

"Çelsi"yə görə "Qarabağ"ın oyununun yeri dəyişdirildi

02:23

Ali təhsil müəssisələri arasında “Zəfər” şahmat turniri keçirilib - FOTOLAR

12:14

TƏBİB-in keyfiyyətsiz KADR SİYASƏTİ... - Əgər müsbət nəsə baş vermirsə...

02:34

Bu razılaşma regiondakı logistik və iqtisadi proseslərin dayanıqlılığına mühüm töhfə verir

13:19

Rusiya azərbaycanlı rejissorun filmini qadağan etdi

12:07

Tramp Netanyahunu sammitdən niyə kənarda qoydu?

18:00

Azərbaycan artıq öz ərazisində münaqişəyə son qoyub, sülhpərvər ölkə kimi tanınıb

17:17

Peyvənd olunmada aktivlik müşahidə edilən regionlar açıqlandı

17:13

Nazirlik Ənvər Həsənovla bağlı bundan imtina etdi

17:11

NATO: Təhlükə yaradan Rusiya təyyarələri vurulmalıdır

17:09

Baş həkim işdən niyə çıxarılıb? - RƏSMİ CAVAB

17:07

Ermənilər “günah keçisi” axtarışında - GƏLİŞMƏ

14:05

Putin: Krımı alsaq, Rusiyada 400 münaqişə başlayar - Video