Hakimiyyət erməni lobbisi, anti-Bakı dairələr, korporativ güclərlə kəllə-kəlləyə... - TƏCİLİ

00:04 10.06.2017 1 387
Hakimiyyət erməni lobbisi, anti-Bakı dairələr, korporativ güclərlə kəllə-kəlləyə... - TƏCİLİ

Azərbaycan Cənubi Qafqaz regionunun lider dövləti olmaqla yanaşı, müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır. Regional güc mərkəzi olan Azərbaycanın beynəlxalq mövqeyi davamlı olaraq möhkəmlənir.

Ölkəmiz beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında mütəmadi yüksəlişə malikdir. Bu barədə Ulus.Az-ın Siyasət Şöbəsi məlumat yayıb. Şübhəsiz, bunun əsasında güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır.

Milli maraqlara müvafiq surətdə reallaşdırılan xarici siyasət sayəsində ölkəmiz həm ikitərəfli münasibətlər, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri formalaşdırıb.

Ümumiyyətlə, istər yerləşdiyi Cənubi Qafqaz regionunda, istərsə də Avrasiya geosiyasi məkanında baş verən hadisələr Azərbaycanın həm beynəlxalq hüquq normaları əsasında fəaliyyət göstərdiyini, həm də regional və qlobal təhlükəsizliyin təmin olunmasında müstəsna rol oynadığını sübuta yetirir.

Şübhəsiz ki, indiyə qədər ayrı-ayrı mərkəzlərin, müəyyən dairələrin müstəqil milli dövlətlərin daxili işinə qarışması halları bir çox ziddiyyətlərin, qarşıdurma və münaqişələrin meydana çıxmasına səbəb olub.

Reallıq budur ki, müstəqil siyasət yeridən ölkələr daha çox hədəf kimi seçilir və daxili işinə qarışılır. Bu mənada zaman-zaman bəzi qərəzli dairələrin Azərbaycanın da daxili işinə qarışmaq cəhdləri müşahidə edilir.

Ulus.Az xəbər verir ki, bəzi hallarda müəyyən mərkəzlər öz korporativ maraqları əsasında müstəqil Azərbaycanın inamla və ləyaqətlə həyata keçirdiyi daxili və xarici siyasət kursuna müdaxilə etməyə çalışırlar.

Bu baxımdan, özünü büruzə verən əsas tendensiya Azərbaycanın yürütdüyü müstəqil siyasət kursunu məhdudlaşdırmaq, öz milli maraqlarının müdafiəsinə xidmət edən manevr imkanlarını azaltmaqdır.

Əlbəttə, bütün hallarda, Cənubi Qafqaz geosiyasi məkanının güc mərkəzi - lider dövləti olan Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir və Azərbaycan xalqına, dövlətinə qarşı yönələn bu cür məkrli niyyətlər, qərəzli planlar və uğursuz cəhdlər heç bir nəticə verməyəcək.

Nəticə etibarilə, hər hansı bir güc mərkəzindən asılı olmayan, milli mənafelərin təminatını əsas prinsip olaraq qəbul edən Azərbaycan dövlətinin suveren siyasi iradəsi onu tələb edir ki, ölkələrarası münasibətlər sırf bərabərhüquqlu tərəfdaşlıq, qarşılıqlı hörmət əsasında davam və inkişaf etdirilsin.

Bəzi xarici anti-Azərbaycan dairələr, xüsusilə də Ermənistan və erməni lobbisi uzun illərdir Gürcüstanla Azərbaycan arasında olan isti münasibətləri pozmağa və iki dost ölkə arasında gərginlik yaratmağa cəhd göstərir.

Azərbaycanla Gürcüstan bir çox fundamental məsələdə ortaq mövqeyə malikdir, strateji tərəfdaşlığa malik dövlətlərdir. Xüsusən enerji, nəqliyyat və digər sferalarda iki ölkənin çox sıx münasibətləri var.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko