Polisin ölüm işində müəmma: “Binə” sahibi medianı niyə hədələyir? - Təfərrüat

00:40 3.06.2017 1 483
Polisin ölüm işində müəmma: “Binə” sahibi medianı niyə hədələyir? - Təfərrüat

Polisin ölüm işində müəmma: “Binə” sahibi medianı niyə hədələyir?

Bir neçə gün öncə Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunub.

Ulus.Az-ın məlumatına görə, Kəbirə Məmmədova hadisəyə sərt münasibət bildirib. O, unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır:

"O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun”.

Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo” avtomobilini vurub. Hadisə zamanı polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallı dünyasını dəyişib.

Qeyd edək ki, yenicag.az-ın məlumatına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.

Yəni xəbəri yayan yenicag.az olub. Bunu istinadla verən sayltarı məhkəmə ilə hədələmək əsassızdır. Eyni zamanda yenicag.az-I da məhkəmə ilə təhdid etmək yersizdir.

Çünki sayt böhtan, təhqir, ittiham yazmayıb. Sadəcə, xəbər əldə edib ki, qəzanı törədən bazaar sahibinin qohumudur.

Ulus.Az-ın məlumatına görə, Kəbirə Məmmədova haqqında faktlar və real məlumatlar yayılanda susur, açıqlama vermir.

Məsələn, sahibkarlara edilən zülmlər, yer haqlarının artırılması, qeyri-qanuni pul yığılması haqda mətbuatda kifayət qədər məlumat var. Ancaq “Binə” sahibi bunlardan danışmır.

Klinikasının maşınının yanması və üç adamın ölməsindən danışmır, bacısının yanan evində mühafizəçinin ölümünə dinmir, lakin “Porşe”li cavandan danışanda median təhdid edir.

Ümumiyyətlə, sahibkarlar “Binə” bazarını kütləvi şəkildə tərk edir. Kəbirə Məmmədovanın qeyri-qanuni tələbləri sahibkarların buradan uzaqlaşması ilə nəticələnib. 2013-cü ildə baş verən mitinqini da yada salmaq yerinə düşər.

Kəbirə Məmmədova və qoçularının bazarda yaratdıqları dözülməz vəziyyət sahibkarları buradan didərgin salıb. Dişini-dişinə sıxaraq hələ də dözən sahibkarlar isə artıq üsyan həddindədir.
Oxşar xəbərlər

XƏBƏR LENTİ

13:23

TƏBİƏTİN SƏSSİZ HARAYI

12:20

“NUR” çörək zavodu ətrafında NƏ BAŞ VERİR: Həqiqətin ən etibarlı dayağı faktdır, cənablar...

15:09

İDDİA İLƏ FAKTIN ARASINDA: Ramin Qasımov haqqında yazılanlara MÜNASİBƏT

14:21

Xaricə gedən Azərbaycan vətəndaşlarının sayı azalıb

14:18

İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun iştirakçılarına müraciət ünvanlayıb

14:16

HƏRBÇİLƏRİN MAAŞI ARTIR, PENSİYA SİSTEMİ İSƏ ... - Nələr dəyişir? + TƏHLİL

14:13

Ərdoğan “artırılmalıdır” dedi, dünyaya səsləndi – Türkiyə siyahıya əlavə oluna bilər

11:58

Qəbul edilmiş proqramlar 4 il ərzində icra edilməlidir

16:58

Tənqid başqa, əsassız ittiham başqa: Elman Rzayev haqqında yazılanlara BİR BAXIŞ

19:05

Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam

14:32

TƏBRİK EDİRİK! Yusif İmanovun uğuru – Lirik rayonunun təhsil salnaməsinə yazılan yeni səhifə

10:58

"MƏKTƏB MƏNİM ÖMRÜM OLDU" - Bir “Əməkdar müəllim”in həyat hekayəsi...

13:03

Mehriban Əliyevanın doğum günüdür

12:19

Carlsberg Azerbaijan PepsiCo-nun Azərbaycanda bottleri olacaq

12:48

Bakıda güclü külək: xəsarət alanlar var

12:44

Bu ölkə Azərbaycandakı səfirliyini bağlayır

12:42

Ağcabədidə 33 yaşlı kişi suvarma kanalında batdı

12:05

SƏNƏT ECAZKARLIĞI

12:24

Azərbaycanda yumurta ucuzlaşdı

12:22

Azərbaycanla bu ölkə arasında viza tələbi ləğv edilir

10:07

Laçında sakinlərdən təbiətə dəstək addımı - Təkpalıda qırqovullar buraxıldı

14:50

Nuridə Məmmədova: "Bu gün Azərbaycan dövlətçiliyinin xilası və yeni tarixi inkişaf mərhələsinin başlanğıcıdır"

12:28

Zelenskidən Rusiyanın qisas planına REAKSİYA

12:25

Azərbaycanda keçmiş deputat vəfat etdi - Foto

12:22

Cərimə balının limiti artırılır? - Video

12:19

İlham Əliyev Trampa təşəkkür etdi - Foto

12:17

Pezeşkianla bağlı müəmmalı xəbər: İranda nə baş verir?

20:47

Kənan Əliyev: Dövlətyalı kəndində yeni salınan müasir yaşayış massivində bütün şərait qurulur-VİDEO+FOTO

15:16

AMEA-nın vəzifəli şəxsi Türkiyədə öldü

13:14

Ermənistan MDB-dən çıxır? – Baş katibdən vacib açıqlama

11:12

Dərslər həftədə 2 gün evdən keçirilə bilər – İnqilabi dəyişikliyin anonsu verildi

11:08

Burak Dəniz saxlanıldı

10:57

Sabir Rüstəmxanlı “Turan bilgəsi” mükafatına layiq görüldü

10:54

Putin buna ümid edirdi, lakin İran müharibəsi... - Timoçko